
Trampın “Axilles dabanı”
İngilislər ABŞ prezidentinə təsir etməyin ən rahat yolunu açıqladı
İngilislər ABŞ prezidentinə təsir etməyin ən rahat yolunu açıqladı
Zelenski Trump-Putin görüşünə Kiyevsiz hər hansı razılaşmanı rədd edir
Vaşinqtonun Yeni Dehliyə gömrük faizi 50-yə yüksəldi
“Saky” bazası hədəfə alındı, bombardman təyyarələri vuruldu
“Müharibənin əvvəlində bizi Rusiya nefti almağa təşviq edirdi”
Görəsən, onun zəifləməkdə məqsədi nədir?”
Almaniyaya təhdid, Ukraynada irəliləyiş
Avropa Birliyi liderləri Si Cinpinin açıqlamalarına sərt cavab verdi
Vaşinqton Ukraynaya 322 milyon dollarlıq silah satışına razılıq verdi
ABŞ Ukraynaya zirehli texnika və raket sistemləri göndəriləcək
Azərbaycan və Rusiya münasibətlərindəki böhran hara gedir?!
Navalnayanın təzyiqi nəticə verdi
Rusiya və Ukrayna arasında qarşılıqlı hücumlar
İlham Əliyev: “Aktau təyyarə qəzası ilə bağlı Rusiya beynəlxalq məhkəməyə veriləcək”
Çin, Avropanın Rusiyaya tətbiq etdiyi sanksiyaların “ciddi mənfi təsirlərini” tənqid etdi
Ukrayna kəşfiyyatının gənc və cəsur komandiri – Kiril Budanov
Rusiya siyasətində maraqlı ənənə yaranmaqdadır. Virtualaz.org xəbər verir ki, məşhur bloqqer və Putinə qarşı ən populyar müxalif lider, Korrupsiyaya qarşı Mübarizə Fondunun rəhbəri Aleksey Navalnı ilə özbək əsilli milyarder-oliqarx Əlişir Usmanov arasında qarşıdurma sonuncunun opponentinə qarşı onun öz metodundan istifadəsi ilə davam etməkdədir.
Qarşıdurmaya səbəb Navalnının baş nazir Dmitri Medvedyevin barəsində kompromatların əksini tapdığı səs-küylü filmidir. Həmin filmdə Navalnı Əlişir Usmanovu da korrupsiyada, rüşvət paylamaqda, oğurluqda günahlandırıb, habelə onun sovet dövründə Özbəkistanda zorlama maddəsi ilə həbsdə yatdığını bildirib.
Milyarder-oliqarx buna cavab olaraq Navalnını məhkəməyə verib. Üstəlik bir neçə gün əvvəl Navalnıya videomüraciət hazırlayaraq internetdə yayıb. Həmin müraciətdə oliqarx müxalif lideri yalan danışmaqda, boşboğazlıqda günahlandırır, axırda da ona tüpürür: «Tfu sənə, Navalnı».
Aleksey Navalnı isə Usmanova eyni üsulla cavab verib, onun ünvanına korrupsiya və oğurluq ittihamlarını təkrar edib, ancaq milyarderə tüpürcək ünvanlamayıb.
Bununla belə Usmanov özünün videobloqqerlik qabiliyyətini kəşf etmiş kimi görünür və rəqibinə qarşı daha bir videocavab hazırlayıb, özü də yenə tüpürcəkli. Bu dəfəki müraciətində oliqarx Navalnını məşhur rus yazıçısı Mixail Bulqakovun «İt ürəyi» povestindəki Poliqraf Şarikova bənzədir. Bildirir ki, Navalnı ilə üzbəüz debata çıxmaq fikrində deyil. Usmanov tam əmindir ki, Navalnının yalanını ifşa edib və ona belə məsləhət verir: «De ki, mən səhv etmişəm. Bu, səni yüngülləşdirəcək, Aleksey Poliqrafoviç Navalnı».
Video bu sözlərlə bitir: «Tfu sənə, bir daha».
İndi müxalifət liderinin bu videoya necə cavab verəcəyini gözləyirlər.