
Səudiyyə Ərəbistanının Həcc qərarı
İcazəsiz gələnlərin ölkəyə girişi 10 il müddətinə qadağan ediləcək
İcazəsiz gələnlərin ölkəyə girişi 10 il müddətinə qadağan ediləcək
Xameneyi isə Səudiyyə-ABŞ münasibətlərində anlaşmazlığı alovlandırmaq istəyir
Qəzaya uğrayan qayığın göyərtəsində 45 nəfər olub
Sonsuz qumsallıqların altında tarix nələri gizlədir?
“Standard & Poor's” qeyri-neft sektorunun böyüməsini yüksək qiymətləndirib
Səudiyyə Ərəbistanının 100 milyonluq serialı Misirdə və İraqda qadağan edilib
7000 bina təhlükə altındadır
Misir piramidalarında sirli bir enerji növü meydana çıxıb
ABŞ-ın ən yaxşı qazanan intellektual şirkətlər haqqında hesabat hazırlanıb
Bir əsrdən sonra daha bir firon məzarı aşkarlanıb
Putin-Tramp danışığından sonra uçan səhmlər bugünkü görüşdən sonra yerlə bir olub
Üçüncü Səhra Ordusu Sinay yarımadası və Qəzza zolağı ilə sərhədlərin təhlükəsizliyini təmin edir
Məbədlərin, nəhəng heykəllərin, gəmilərin və artefaktların batmış dünyası
Dünyanın ən sirli möcüzəsinin altında gizlənmiş kəşflər bütün məlum tarixə meydan oxuyur
Əfv müqabilində ambisiyalarından və siyasətdən uzaq duracağını vəd edən “Müsəlman qardaşlar” ...
Qahirə bu məbləği 4 ildən sonra ilk dəfə tam şəkildə alacaq
«The New Statesman» məcmuəsinin məqaləsi Səudiyyə Ərəbistanı ilə Qətər arasında davam edən böhranın tarixi səbəblərinə həsr olunub.
Məqalədə deyilir ki, Səudiyyə Ərəbistanının kiçicik Qətər dövlətinə qarşı embarqolarına təkcə Körfəz ölkələri, Misir və Liviya deyil, həm də Məhəmməd ibn Əbdül Vəhhabın 200 səudiyyəli törəməsini birləşdirən Əl Əş-Şeyx icması qoşulub. Bu həmin Əbdül Vəhhabdır ki, İslam dininin Səudiyyə təriqəti olan Vəhabiliyin əsasını qoyub.
Məqalə müəllifi Con Cenkins (John Jenkins) yazır ki, son onilliklərdə Yaxın Şərqdə baş verənləri izləyənlər üçün Qətər böhranı heç də gözlənilməz olmayıb.
Hələ 1971-ci ildə belə bir plan vardı ki, Qətər və Bəhreyn konfederasiya əsasında aşağı Körfəzdəki şeyxliklərə qoşulacaqlar. Lakin o vaxt hər iki ölkə müstəqil olaraq qalmağa üstünlük vermişdi. Qətər getdikcə varlanırdı, lakin o qədər də səs çıxarmırdı. Amma 1995-ci ildə Qətərin o vaxtkı başçısı xarici səfərdə olarkən öz oğlu tərəfindən devrildi. Bu qansız çevriliş Səudiyyə Ərəbistanını xeyli narahat etmişdi.
Məhz bundan sonra Dohanın sürətli qaydada fiziki və siyasi inkişafı nəzəri cəlb etməyə başladı.
Atasını hakimiyyətdən uzaqlaşdırmış Şeyx Həməd 1950-ci illərdən bəri çox da dəyişməmiş bu ölkəni göydələnlər, ecazkar ofis və otellər məkanına çevirdi.
Bu həmin vaxtlar idi ki, Qətər beynəlxalq meydana çıxmaq üçün Körfəz İqtisadi Əməkdaşlıq Şurasına o qədər möhtac deyildi. Qətər o vaxtlar Həməs və Fətah, habelə Əfqanıstan Talibanının müxtəlif dəstələri, Yəmən və İran arasında vasitəçilik edirdi.
Səudlar inanırdılar ki, Qətər hər hansı bir şəkildə 2003-cü ildə vəliəhd şahzadə Abdullanın qətlə yetirilməsi üçün Liviya lideri Müəmmər əl-Qəzzafinin qəsdi ilə bağlıdır.
Bəhreynlilər və səudlar həm də bundan şübhəli idilər ki, Qətər onların bəzi tayfaları ilə manipulyasıya edir. Birləşmiş Ərəb Əmirlikləri isə Qətərdə mənzillənmiş Əl Cəzirə telekanalının və başqa Qətər mediasının onun hökmdarlarının legitimliyini sual altına alan verilişlərindən narazı idi.
2011-ci ildə Liviyada Qəzzafiyə qarşı üsyan başlananda, Qətər anti-Qəzzafi qüvvələrinə qarşı döyüşənlərə dəstək verən ilk ölkələrdən biri olmuşdu.
Lap bu yaxınlarda isə Qətər hakim ailə üzvləri də daxil 20 vətəndaşının İraqda İrana bağlı şiə qruplaşması tərəfindən oğurlanmasından sonra onların azad edilməsi üçün birbaşa qaydada Hizbullah, İran və əl-Qaidənin Suriya qolu ilə danışıqlara girişmişdi. Bu qətərliləri 2015-ci ilin dekabrında Bəsrə yaxınlığında ov edərkən oğurlamışdılar.
Cenkins yazır ki, bütün bunlardan başqa Qətərin Müsəlman qardaşları təşkilatı ilə iddia olunan əlaqələri Səudiyyə başda olmaqla bəzi ərəb dövlətlərini narahat edirdi. Çünki bir çox ərəb ölkələrinin hakimləri Müsəlman qardaşlarını öz hakimiyyətlərinə təhlükə hesab edirlər.
Belə görünürdü ki, bütün bu ziddiyyətlər 2014-cü ildə Şeyx Təmim atasından sonra hakimiyyətə gələndən bəri geridə qalıb. O vaxt Təmim Riyada gəlmiş mərhum kral Abdulla və Körfəz Əməkdaşlığı Şurasının liderləri ilə görüşmüşdü. Deyilənlərə görə o Qətər müstəsnalığının sürətinin bir qədər aşağı salmağa razılaşmışdı.
Bu da xəbər verilir ki, Trampın Səudiyyəyə səfərindən əvvəl Qətər və oradakı sammitə toplaşan başqa ərəb ölkələrinin arasında ciddi ziddiyyət olub. Deyilənlərə görə bu görüşdə Qətər İrana bu qədər diqqət verməyin əleyhinə imiş.