
Səudiyyə Ərəbistanının kredit reytinqini “A+” oldu
“Standard & Poor's” qeyri-neft sektorunun böyüməsini yüksək qiymətləndirib
“Standard & Poor's” qeyri-neft sektorunun böyüməsini yüksək qiymətləndirib
Putin-Tramp danışığından sonra uçan səhmlər bugünkü görüşdən sonra yerlə bir olub
Dünyanın ən zəngin ölkələrindən birində xalq elektrik enerjisinin kəsilməsindən bezib
Yəmən Silahlı Qüvvələrinin generalı ABŞ-ın Husilərin raket sistemini vurmasından narazı qalıb
Əl-Alimi Husilərin mühasirəsində olan Taizə gedib
ABŞ Səudiyyə Ərəbistanına 2,8 milyard dollarlıq hərbi satışa razılıq verib
Səudiyyə Ərəbistanında ilk dəfə çimərlik geyimi nümayişi keçirilib
ABŞ Çinin sərhədlərinə yaxınlaşarkən, Pekin Vaşinqtonun oylağında at oynadır
Şahzadənin toxunlmazlığına görə Qaşıqçının ölümündəki şübhəli şəxslər barədə cinayət işinə işə xitam verilib
Si Tsinpin Səudiyyə Ərəbistanına tarixi səfəri ilə Qərbə meydan oxuyur?
Səudiyyə Ərəbistanında 12 nəfər edam edilib
İran hücum etsə qarşısında böyük koalisiya görəcək
Vaşinqton istədiyini ala bilmir
Co Bayden Səudiyyə Ərəbistanını hədələdi
Körfəzdəki müttəfiqləri ABŞ-ın milli təhlükəsizlik bağlı qarantiya vermədiyini düşünür
İnsan hüquqları qrupları ABŞ prezidentinin hər görüşünü yaxından izləyir və hər sözünü diqqətlə dinləyir
Səudiyyə Ərəbistanının Ciddə və Ər-Riyad şəhərlərində dilənçilər yeni üsulla pul qazanmağa imkan tapıblar. Onlar özlərini küçələri təmizləyən işçilər kimi təqdim edirlər.
«Arab News» saytının məlumatına görə, Ciddə şəhərində küçə süpürənlər aya yalnız 400 riyal (107 dollar/ 180 manat) qazanırlar və dolanışıq üçün tələb olunan pul qazanmaq üçün əlavə pulu piyada gəzənlər və ya sürücülərdən alırlar.
Jurnalist Əssam əl-Ğalib yazır ki, küçə süpürənlər həftənin 6 günü və hər gün 11 saat işləyirlər. Hər ay aldıqları 400 riyala əlavə olaraq yaxından keçənlərdən ayda 700 və 2500 riyal arasında pul alırlar.
Jurnalist pul verənlərin çoxunun xeyriyyə və rəhm hislərindən ilhamlandıqlarını deyir.
Ciddə şəhərində küçə təmizliyinə rəhbərlik edən rəsmilərdən biri qəzetə deyib ki, bəzi şəxslər küçə süpürənlərin forması geyinərək pul əldə etməyə çalışırlar.
Dünyanın ən varlı şəxslərinin bəziləri Səudiyyə Ərəbistanında yaşasa da, vətəndaşların təxminən 20 faizi yoxsulluq şəraitində yaşayır.
Sosial şəbəkələrdə bəzi səudiyyəlilər hökumətin dövlət qulluqçularına niyə belə az maaş verdiyini müzakirə ediblər.
Bir istifadəçi yazıb: «bu ölkənin sərvəti boldur, amma maaş verməyə qadir deyil».