Baltikyanı ölkələrə zərbə hazırlığı
Rusiya hücum infrastrukturunu qurub, planları nəzərdən keçirib
15:44 | 24 avqust 2017 | Cümə axşamı
Məqaləyə 2700 dəfə baxılıb
Şriftin ölçüsü
Rusiya hücum infrastrukturunu qurub, planları nəzərdən keçirib
Sumud donanmasına müdaxilə nəticəsində 18 türk vətəndaşı saxlanıldı
İsrail hücum iddialarını təkzib etdi
Rubio: “Müzakirələrin əsas məqsədi “Hizbullah”ın təsirinə son qoymaqdır”
İsrail və Livan ABŞ-də danışıqlar aparacaq
İsrail Baş qərargah rəisi əməliyyatların Livan ərazisinin dərinliklərində aparılacağını dedi
Telefon danışığından sonra 10 dəqiqə ərzində 100 hədəf vuruldu
Azərbaycanlı əsilli biznesmen Rusiya kinostudiyasını satın aldı
Terrorçuların lideri və qardaşı oğlunun öldürülməsi xəbəri yayıldı
Körpünün uçması nəticəsində ölənin bir hissəsi ilə əlaqə qırıldı
Tramp daimi atəşkəsə nail olsa, Tehranı uzunmüddətli nəzarətdə saxlaya bilər
İran dövlət və xalq olaraq tamamilə məğlub edildi, sındırıldı və təhqir olundu
Amma tanker sahibləri təhlükəsizlikdən əmin deyil
Bəs SEPAH kimin üzərində qalib gəlib?
Nələr var və razılaşma necə əldə olundu?
ABŞ və İsrailin fərqli maraqları
Azərbaycan işğal altındakı ərazilərə qanunsuz səfərlər edib erməni təbliğatına xidmət edən qeydlər paylaşan bloger Aleksandr Lapşinin Belarusda saxlanılmasına nail olanda Rusiyada, xüsusən də XİN-də bunu açıq-aşkar hiddətlə qarşıladılar. Rusiya blogerin Bakıya verilməsinə mane olmaq üçün səylər göstərsə də Azərbaycan Lapşinin ekstradisiyasına nail oldu. Bloger məhkəmə qarşısına çıxarıldı və günahlarını etiraf etdi, Azərbaycan qanunlarına əsasən cəzasını aldı. Bəs bu qalmaqallı blogerin sonrakı aqibəti necə olacaq?
Virtualaz.org xəbər verir ki, jurnalist Eynulla Fətullayevin haqqin.az saytında dərc edilmiş, Rusiya ilə Azərbaycan arasındakı münasibətlərdə «Smolensk meydanının», yəni Sergey Lavrovun başçılıq etdiyi XİN-in roluna dair məqaləsində Lapşinin sonrakı aqibətinin necə olacağı barədə informasiya da yer alır.
«Azərbaycan bloger Lapşinin ekstradisiyasına nail olur, o, məhkəmədə öz günahlarını və cinayətkar əməllərini səmimi etiraf edir. Və dərhal Rusiya XİN özünün yersiz və dəxilsiz tələbi ilə çıxış edib qanunları pozmuş bu adamın azadlığa buraxılmasını tələb edir. Əslində Lapşinin Moskvadan çox İsrailə dəxli var, hansı ki, bir dəfə oralarda Rusiya vətəndaşının qəribə obrazında peyda olmuşdu. İsrail başa düşür ki, Lapşin dost ölkədə milyonlarla insanın hisslərinə toxunub. Rusiya XİN isə bunu dərk etmək istəmir və erməniyönümlü bloqqerin Moskvaya ekstradisiyasında israr edir», - müəllif yazır.
Lakin Bakının Lapşini Rusiyaya vermək niyyəti yoxdur. Çünki Rusiyanın tələbinə cavab olaraq Azərbaycan Qarabağda erməni əsirliyində olan Rusiya vətəndaşı Dilqəm Əsgərov və Şahbaz Quliyevin məsələsini qaldırır. «Əvəzində isə cənab Lavrovun mətbuat xidmətinin ikrah doğuran, zəhərli və saymazyana replikası ilə qarşılaşır», - məqalədə bildirilir.
Rusiya XİN bu reaksiya ilə nəyə nail oldu? Ona nail oldu ki, Azərbaycan Lapşini Rusiyaya yox, İsrailə verir. «Ola bilsin bundan sonra öz nazirliyinin nüfuzuna ciddi zərbə vuran və imicini zədələyən cənab Lavrov nəhayət başa düşəcək ki, Azərbaycanla şantaj və ultimatum dili ilə danışmaq mümkün deyil?! Lapşinin İsrailə verilməsi rusiyalı diplomatlar üçün soyuq duş olacaq. Yeri gəlmişkən onlar bu sağlamlaşdırıcı buz terapiyasını çoxdan haqq ediblər!», - müəllif bildirir.