
Kim Çen Inın ailə tarixində gizli detal
Şimali Koreya liderinin babası Yaponiyadan qaçaqmalçılığa görə deportasiya edilib?
Şimali Koreya liderinin babası Yaponiyadan qaçaqmalçılığa görə deportasiya edilib?
Naməlum şimali koreyalı saxlanılıb
Minlərlə Şimali Koreyalı şirkətlərə sızıb, ABŞ tədbir görür
Pxenyan dəstəyi üç dəfə artırdı
Tətil kompleksinin açılışını ruslar edəcək
Kim Çen In göz yaşlarını saxlaya bilmədi
ABŞ-da “kompüter fermaları” quran fırıldaqçılar pulları Pxenyanın nəzarət etdiyi hesablara köçürüb
ABŞ Şimali Koreyanın nüvə silahlarını da hədəfə ala bilərmi?
ABŞ-ın İrana zərbə endirməsi Şimali Koreyanın nüvə siyasətinə necə təsir edəcək?
Rusiyanın yay planı kəşfiyyat hesabatlarında
Kim Çen Inın həyat yoldaşı lüks aksesuarı ilə görüntülənib
Şimala dəniz yolu ilə düyü və İncil göndərmək istəyiblər
Şimali Koreyada nəhəng silah bazası tikilir
Şimali Koreya lideri müasir döyüş raketlərinin istehsalını artırmağa çağırıb
ABŞ-da qanunsuz yaşayan çinli qaçaqmalçılıq yolu ilə sursat və texnika apardığını etiraf edib
Dünyanın ən uzun qatar səyahəti yenidən başlayır
Şimali Koreyanın indiyə qədər ən böyük nüvə sınağı dünya ölkələri tərəfindən ciddi qınaqlarla qarşılanıb. Pxenyanın bildirdiyi kimi hidrogen bombası sınağı Şimali Koreyanın Yaponiya üzərindən ballistik raketin buraxılmasından bir neçə gün sonra keçirilib.
ABŞ prezidenti Donald Tramp və Yaponiyanın baş naziri Şinzo Abe ballistik raket sınağından sonra nüvə böhranın artması məsələsini telefon söhbəti zamanı müzakirə ediblər.
Şimali Koreya sentyabrın 3-də uzunmənzilli raketlərə yerləşdirilə biləcək hidrogen bombasını uğurla sınaqdan keçirdiyini bildirib. Bu, indiyə qədər Pxenyan tərəfindən ən ciddi nüvə sınağı hesab edilir.
Yaponiyanın nazirlər kabinetinin katibi Yoşihide Suqa bildirib ki, «qeydə alınmış titrəyişlər» nəzərə alındıqda, bunun hidrogen bombası sınağı olduğu ehtimalı mümkündür.
Şimali Koreyanın yeganə əsas müttəfiqi olan Çin Pxenyanın «beynəlxalq ictimaiyyətin geniş etirazlarını nəzərə almayaraq, yenidən nüvə sınağı keçirdiyini», bildirib.
Tramp keçən həftə sınağının keçirilməsindən sonra Pxenyanla danışıqların problemin həllinə «cavab olmadığı»nı bidirib. Şimali Koreyanın bazar günü bomba sınağından sonra isə Tramp Tvitter səhifəsində mesajında bildirib ki, Şimali Koreyanın «sözləri və əməlləri Birləşmiş Ştatlar üçün düşmən və təhlükəli xarakter daşımaqda davam edir».
Ayrı bir mesajda isə Tramp Şimali Koreyanı Çin üçün böyük təhlükə adlandıraraq, Pekinin problemin həll edilməsinə nail ola bilmədiyini bildirib.
«Şimali Koreya rəzil bir ölkədir və problemin həllinə çalışan, lakin çox az uğur qazanan Çin üçün böyük təhlükə və təhdid təşkil edir», Tramp mesajında yazıb.
Rusiya Şimali Koreyanın Koreya yarımadasında və bütünlüklə dünyada sülhə və təhlükəsizliyə ciddi hədə yaratdığını və nüvə sınağının ən ciddi şəkildə qınanmalı olduğunu bildirib. Moskva maraqlı tərəfləri dərhal dialoq masasına qayıtmağa çağırıb.
Cənubi Koreya BMT-nin sanksiyaları da daxil olmaqla, Pxenyanın bundan sonra daha da təcrid olunması məqsədilə mümkün bütün ölçülərin götürülməsinə çalışacağını bildirib.