vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 20 may 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Üzeyir bəy Hacıbəyov (1885 - 1948)

«Əgər asudəlik istəyirsənsə, vaxtını hədər yerə itirmə»

Üzeyir bəy Hacıbəyov (1885 - 1948)
ENERGETİKA  
«LukOil» 85 milyardlıq investisiya proqramı hazırlayır 17:25 | 25 sentyabr 2017 | Bazar ertəsi Məqaləyə 3288 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«LukOil» 85 milyardlıq investisiya proqramı hazırlayır

Amerikalı və ərəb milyarderlər Ələkbərovun zavoduna göz dikib

MÖVZU İLƏ ƏLAQƏLİ

«LukOil» üç illik inkişaf və on il müddətinə konsepsiya proqramı hazırlayır. Hansı ki, bu proqramlar çərçivəsində 80-85 milyard dollar investisiya yatırmağı hədəfləyir.

Şirkətin rəhbəri Vahid Ələkbərov neft hasilatının 100 milyon ton ətrafında saxlanacağını deyib. Qaz hasilatının isə 35-40 milyard kubmetrə çatdırılması proqnozlaşdırılır: «Biz hesab edirik ki, qarşıdakı 10 ildə biz 1,1-1,2 milyard ton təbii qaz ehtiyatı yarada bilərik».

V.Ələkbərov üç illik proqram dövründə neftin qiymətini 50 dollar, dolların rubla nisbətdə məzənnəsini isə 62-64 rubl hesabladıqlarını deyib.

Bu arada o da məlum olub ki, ABŞ-dan və Fars körfəzindən olan investorlar «LukOil» şirkətinin Siciliyadakı neft emalı zavodunu almağa maraq göstərirlər.

Virtualaz.org bildirir ki, bunu «Rusiya 24» telekanalına müsahibəsində şirkətin prezidenti Vahid Ələkbərov özü deyib.

«Bunlar öz neftlərini Avropada sabit şəkildə çatdırmaqda və paylamaqda maraqlı olan ABŞ-ın böyük neft emalçıları, Beynəlxalq İnvestisiya Fondu və Fars körfəzi dövlətini təmsil edən milli şirkətlərdən biridir», - deyə V.Ələkbərov vurğulayıb.