Rusların Serbiya qapısı da bağlanır
Belqrad 2026-cı ilin sonunadək vizasız rejimi ləğv edə bilər
10:40 | 10 oktyabr 2017 | Çərşənbə axşamı
Məqaləyə 2462 dəfə baxılıb
Şriftin ölçüsü
Belqrad 2026-cı ilin sonunadək vizasız rejimi ləğv edə bilər
Avropada yeni enerji qərarı qüvvəyə minir
Brüssel Moskvaya qarşı növbəti sanksiyalar paketini hazırlayır
Polis hakim partiyanın qərargahında basqın etdi
Polis hakim partiyanın qərargahında basqın etdi
Putinlə danışıqlar üçün bir neçə namizəd var
Rusiya sanksiyaları ilə bağlı London Brüssel “Brexit”dən sonra ən böyük fikir ayrılığı yaşayır
Avropada satılan ərzaq məhsullarında qadağan olunmuş pestisidlər aşkarlanıb
ABŞ müdafiə naziri Polşaya planlaşdırılan zirehli briqadanın göndərilməsini ləğv etdi
Avropa ölkələri ABŞ ilə sövdələşməyə hazırlaşır
“Gömrük tarifləri dərhal çox daha yüksək səviyyəyə qaldırılacaq”
Çəkilmə təhdidi olsa da, Avropanın ABŞ-dən asılı qalmasına çalışılır
Daha bir Avropa ölkəsində 72 saatlıq böhran ehtiyatı xəbərdarlığı
ABŞ-nin NATO ilə bağlı sərt “seçimlər” gündəmdə – Avropa ölkəsi alyansdan çıxarıla bilər
Mavi yanacaq satdığımız 16 ölkənin 10-u Aİ üzvüdür
Tehran Avropaya yaxınlaşaraq Vaşinqton üzərində təzyiqi artırmağa çalışır
Bu gün Kataloniya parlamenti birtərəfli olaraq müstəqillik elan etməyə hazırlaşır. Əyalət hakimiyyətinin bu addımı İspaniya hökumətini olduqca mürəkkəb vəziyyətə sala bilər.
Xatırladaq ki, rəsmi Madrid Kataloniya hökumətinin keçirdiyi referendumun nəticələrini tanımaqdan rəsmən imtina edib. Bundan başqa, hakimiyyət orqanları əyalət rəsmilərini birtərəfli qaydada ayrılmaq haqqında qərarı elan etmələri halında olduqca sərt tədbirlərə əl atacaqları ilə hədələyiblər.
Görünən odur ki, katalonları təmsil edənlər öz mövqelərindən geri çəkilmirlər. «Biz qapıları açdıq, biz vasitəçiliklə bağlı təqdim olunan bütün imkanlara «hə» dedik. Əgər İspaniya dövləti müsbət mənada reaksiya göstərməsə, biz başladığımız işi başa çatdıracağıq», - Kataloniya əyalət hökumətinin başçısı Karles Puçdemon bəyan edib.
Lakin son günlərdə baş verən bəzi gəlişmələr Puçdemonun planlarına mane ola bilər. Məsələn, referendumda Kataloniyada qeydiyyatda olanların sadəcə 42 faizinin iştirak etməsi və 3 milyon seçicinin qutulara gəlməməsi ümumxalq səsverməsinin legitimlik məsələsinə kölgə salan səbəblərdən sayılır.
İspaniya hakimiyyətinin əlini gücləndirən səbəblərdən biri də Avropa Birliyinin və ümumiyyətlə, dünyanın əsas güclərinin hələ ki arxalarında durmasıdır.
Məsələn, rəsmi Fransa qətiyyətlə referendumu tanımadığını bəyan edib. Bununla bağlı hökumətin mövqeyini Fransanın Avropa işləri üzrə naziri Natali Luazo dilə gətirib. Maraqlıdır ki, fransız mediası referendumda istifadə olunan bülletenlərin bir hissəsinin məhz Fransada çap olunduğunu aşkar edib. Fransa Kataloniyası da adlandırılan Şərqi Pireneylər departamentində 7 milyon bülleten hazırlanıbmış. Ümumiyyətlə, bu departamentdə 450 min katalon əsilli fransız yaşayır və buna görə də katalonlar bu departamenti də özlərininki hesab edirlər. Elə yerli əhalinin də Kataloniyadakı referenduma rəğbəti hiss olunub.
Bu səbəbdən Fransanın Kataloniyanın müstəqillik referendumuna olan neqativ münasibətini başa düşmək çətin deyil.
Rusiya hadisələrə daha təmkinli yanaşır. Prezident Vldaimir Putin referendumu İspaniyanın daxili məsələsi adlandırıb. Yalnız xarici işlər nazirinin müavini Aleksey Meşkov Rusiyanın İspaniyanı «vahid və mütərəqqi dövlət olaraq görmək istədiyini» söyləyib.
İspaniya isə olduqca zəngin sayılan bu əyaləti buraxmaq fikrində deyil. Baş nazir Mariano Raxoy ölkənin «El Pais» qəzetinə verdiyi müsahibədə Kataloniyanın birtərəfli qaydada müstəqillik elan etməsi halında mərkəzi hakimiyyətin əyalətin muxtariyyatını dayandıra biləcəyini bildirib. Bu imkan İspaniya Konstitusiyasının 155-ci maddəsində nəzərdə tutulub. Həmin maddə mərkəzi hökumətə yerli parlamenti buraxmaq və yeni seçkilər keçirmək səlahiyyəti verir.
İspaniya baş nazirinin müavini Soraya Saens de Santamariya da maddənin tətbiqini istisna etməyib. O, bunun üçün hökumətin digər siyasi qüvvələrdən dəstək almaq niyyətində olduğunu söyləyib.
«Artıq ölkənin suverenliyinin, bərabərliyin və azadlığının müdafiəsi məsələsində partiyalar arasında vəhdət və dialoq anı gəlib yetişib», - Santamariya «Cadena Cope» radiosuna verdiyi müsahibədə qeyd edib.
Hər halda İspaniya polisi sərt davranış nümunəsini referendum günündə artıq göstərib. Həmin gün 800dən çox adamın yaralandığı gələn xəbərlər arasındadır.
Ekspertlərin də fikrincə, nə İspaniya, nə də Avropa Birliyi Kataloniyanın müstəqilliyinə razı ola bilməz. Çünki əgər hansısa dövlətdə sərhədlər pozulsa Avropa Birliyində bütün sistem çökər və «hər kəsin hər kəsə qarşı savaş açdığı» situasiya yaranar.
Bu səbəbdən onların fikrincə, əgər İspaniya hökuməti Puçdemonu böyük müqavimətə rəğmən həbs etsə və bunun üçün xüsusi təyinatlı dəstələr göndərsə, Avropa buna sadəcə göz yumacaq.
Bundan başqa, bazar günü Kataloniyanın özündə separatçılıq əleyhinə mitinq keçirilib və həmin mitinqdə yarım milyondan çox insan iştirak edib. Bu isə İspaniya hakimiyyətinin əlinə olduqca vacib rıçaqlar verib.