
Populyar şokoladda metal parçaları tapılıb
Mağazalarda satışdan çıxarılıb
Mağazalarda satışdan çıxarılıb
Ölən və yaralananlar var
Hər gün onlarla qayıq İspaniya və İtaliya sahillərinə yan alır
İspaniyanın baş naziri Pedro Sançes: “Rusiya təhdidləri ilə üzləşən ölkələrə kömək etməliyik”
“Uzun ömür yaşamaq qismən şans məsələsidir, bir də uğurlar və yaxşı genlər”
1.1-1.4 milyon il əvvələ aid olan kəşf “Homo affinis erectus” kimi təsnif edilib
Anklav ərazidə tapılan, dərinliyi 12 metr yeraltı keçidin uzunluğu müəyyən olunmayıb
100 ildir mübahisəsi davam edən Olivenza yenidən mübahisə mövzusu olub
Polisi heyrətləndirən oğrular tutuldu
İspaniya Ukraynaya göndərdiyi silahların Rusiya ərazisində istifadəsinə icazə vermir
İspaniya müxalifəti lideri: “Bizi narahat edən qayıqla gələnlər deyil”
İspaniya jandarmı qeyri-qanuni mühacirləri çətinliklə dayandırdı
Mərakeşli immiqrantlar dumandan istifadə edib İspaniya ərazisinə daxil olublar
Həddindən artıq istilər səbəbindən ölümlər 5 dəfə artacaq
Barselonada turistlərə mənzil kirayələmək qadağan edilib
Daha üç nümayəndəliyə zərflər göndərilib
İspaniya Kataloniya rəhbərliyindən müstəqillik bəyannaməsinin nə məna daşıdığına, müstəqillik elan edilib-edilməməsinə aydınlıq gətirilməsini tələb edib.
Virtualaz.org xarici KİV-ə istinadən bildirir ki, bunu krallıq hökumətinin sədri Mariano Paxoy Nazirlər Şurasının təcili iclasının yekununa əsasən bildirib. Onun sözlərinə görə, muxtariyyət İspaniyadan ayrılmağa qərar veribsə, Madrid Konstitusiyanın 155-ci maddəsini işə salmaq və Kataloniyanın özünüidarə səlahiyyətlərini qismən ləğv etmək niyyətindədir.
«Bu sorğu konstitusiyanın 155-ci maddəsinin işə salınması üçün vacibdir. Əgər Karles Puçdemon (Kataloniya lideri) qanunlara tabe olarsa, qeyri-müəyyənlik sona çatacaq», - deyə Nazirlər Kabinetinin başçısı qeyd edib. Raxoy hökumətin yaxın günlərdə çıxaracağı qərarın Jeneralitetin cavabından asılı olduğunu deyib.
Xatırladaq ki, oktyabrın 10-da region rəhbərliyi müstəqillik bəyannaməsinə imza atıb. Lakin sənəd hələ ki, qüvvəyə minməyib və mərkəzi hökumətin fikrincə, onun heç bir hüquqi qüvvəsi yoxdur. Kataloniya hökuməti Barselona və Madrid arasında danışıqların uğursuz keçəcəyi təqdirdə bəyannaməni regional parlamentin müzakirəsinə çıxarmağı düşünür.
Onu da xatırladaq ki, Kataloniyada İspaniya hökumətinin tanımadığı və ölkənin Konstitusiya Məhkəməsi tərəfindən keçirilməsi qadağan edilən müstəqillik haqqında referendum oktyabrın 1-də baş tutub. Səsvermədə seçki hüququ olan vətəndaşların 43,03 faizi iştirak edib və onların 90,18 faizi müstəqilliyin lehinə səs verib.