vaxtlı-vaxtında oxuyun! Bazar, 7 dekabr 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mirzə Fətəli Axundzadə (1812 - 1878)

«Əsil əxlaqlı, xeyirxah adam bütün hərəkət və davranışlarını vətənpərvərliklə uyğunlaşdırar»

Mirzə Fətəli Axundzadə (1812 - 1878)
BANK, BİRJA, SIĞORTA  
İki böyük kapital birləşir? 23:31 | 5 noyabr 2017 | Bazar Məqaləyə 2884 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

İki böyük kapital birləşir?

Vahid Ələkbərov Azərbaycanda daha bir bank ala bilər

MÖVZU İLƏ ƏLAQƏLİ

Azərbaycanın iki bankı – «NIKOIL Bank» və «AccessBank» birləşmə barəsində danışıqlar aparırlar. Bu barədə «Trend»ə bank bazarındakı mənbə deyib.

Mənbənin verdiyi məlumata görə, danışıqlar ilkin mərhələdədir, lakin mənbə dəqiqləşdirib ki, söhbət «AccessBank»ın «NIKOIL Bank»ın tərkibinə keçməsindən gedir.

Hər iki bankın kapitalında xarici kapital mövcuddur. «AccessBank» 100 faizlik xarici bankdır, onun səhmdarları Qara Dəniz Ticarət və İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, «KfW», «LFS Financial Systems» alman şirkəti və «AcessHolding»dir.

«NIKOIL Bank»ın səhmdarları sırasında yerli şirkətlər («TOPAZ Investments», «ISR Holding») və fiziki şəxslər olsa da, son benefisiar Rusiyanın neft-qaz nəhəngi LUKOIL-un rəhbəri Vahid Ələkbərovdur.

Qeyd olunur ki, birləşmiş bankın aksiyalarının necə bölünəcəyi hələlik məlum deyil.