
Səudiyyə Ərəbistanı statusunu gücləndirdi
Trampın Suriya sanksiyalarını ləğvi Ankaraya jest, Tel-Əvivə mesaj idi
Trampın Suriya sanksiyalarını ləğvi Ankaraya jest, Tel-Əvivə mesaj idi
Tarixin ən böyük müdafiə müqaviləsi imzalanıb
İcazəsiz gələnlərin ölkəyə girişi 10 il müddətinə qadağan ediləcək
Xameneyi isə Səudiyyə-ABŞ münasibətlərində anlaşmazlığı alovlandırmaq istəyir
“Standard & Poor's” qeyri-neft sektorunun böyüməsini yüksək qiymətləndirib
Putin-Tramp danışığından sonra uçan səhmlər bugünkü görüşdən sonra yerlə bir olub
Dünyanın ən zəngin ölkələrindən birində xalq elektrik enerjisinin kəsilməsindən bezib
Yəmən Silahlı Qüvvələrinin generalı ABŞ-ın Husilərin raket sistemini vurmasından narazı qalıb
Əl-Alimi Husilərin mühasirəsində olan Taizə gedib
ABŞ Səudiyyə Ərəbistanına 2,8 milyard dollarlıq hərbi satışa razılıq verib
Səudiyyə Ərəbistanında ilk dəfə çimərlik geyimi nümayişi keçirilib
ABŞ Çinin sərhədlərinə yaxınlaşarkən, Pekin Vaşinqtonun oylağında at oynadır
Şahzadənin toxunlmazlığına görə Qaşıqçının ölümündəki şübhəli şəxslər barədə cinayət işinə işə xitam verilib
Si Tsinpin Səudiyyə Ərəbistanına tarixi səfəri ilə Qərbə meydan oxuyur?
Səudiyyə Ərəbistanında 12 nəfər edam edilib
İran hücum etsə qarşısında böyük koalisiya görəcək
Səudiyyə Ərəbistanında onlarla nazir, sahibkar və kral ailə üzvünə mənsub şəxslərin həbsi, korrupsiya əleyhinə mübarizənin yalnız başlanğıcıdır, Baş prokuror bildirir.
Şeyx Səud əl-Mücibin açıqlamasında həbslər «bütün sahələrdə korrupsiyanın kökünün kəsilməsi üzrə həyati əhəmiyyətli prosesin başlanğıcı» kimi təsvir olunur.
Səudiyyənin biznes və siyasi rəhbərliyində genişmiqyaslı həbslər barədə məlumat bazar günü yayılmağa başlayıb.
Belə düşünülür ki, korrupsiyaya qarşı kampaniya vəliəhd Məhəmməd bin Salmanın nüfuzunu artıra bilər.
32 yaşlı vəliəhdin rəhbərlik etdiyi korrupsiya əleyhinə mübarizə qurumunun göstərişi əsasında 11 şahzadə, 4 hökumət üzvü və onlarla sabiq nazir həbs olunub.
Həbs olunanlar arasında məşhur milyardçı sahibkar - şahzadə Əl Valid bin Talalın olduğu da xəbər verilir.
ABŞ prezidenti Donald Tramp Səudiyyə hakimiyyətinin addımlarını dəstəkləyib.
«Mənim kral Salman və Səudiyyə vəliəhdinə böyük etimadım var, onlar nə etdiklərini çox yaxşı bilirlər», ABŞ lideri tvitləyib.
«Onların sərt davrandıqları şəxslərdən bəziləri öz ölkələrini illərdir ki, «sağıblar»».
Səudiyyə Ərəbistanında qarışıq və sürətlə dəyişən bir vəziyyət yaranıb.
Ərəb dünyasının ən zəngin dövləti 85 illik müstəqilliyi ərzində misilsiz dərin dəyişikliklərlə üzləşir.
Hakim dairələrə məxsus aparıcı fiqurların açıq-aşkar və alçaldıcı şəkildə vəzifədən uzaqlaşdırmaqla həbsini cəmi üç il əvvəl təsəvvürə gətirmək olmazdı.
Lakin mühafizəkar, ağır və riskdən çəkinən köhnə Səudiyyə Ərəbistanı yeni menecment tərəfindən idarə olunur.
Belə görünür ki, korrupsiyaya qarşı rəsmi kampaniyanın başında duran vəliəhd Məhəmməd bin Salman müasirləşməni həyata keçirməkdə və müqavimət göstərən dünyəvi və dini müxalifəti aradan qaldırmaqda qərarlıdır.
O, gənc səudiyyəlilər arasında populyardır. Lakin tənqidçilər hesab edir ki, onun riskli oyunu əks-müqavimət yarada bilər.
Şeyx Səud əl-Mücibin açıqlamasına əsasən təhqiqatın «birinci mərhələsi» başa çatıb.
«Artıq xeyli dəlil toplanılıb və hazırda ətraflı dindirilmələr həyata keçirilir», - açıqlamada deyilir.
«İndiyədək şübhəli tanınanların hamısı hüquqi dəstəklə təmin ediləcək, dinləmələr vaxtında və şəffaf şəkildə keçiriləcək».
Korrupsiya barədə məlumatın yayılması Yəmənlə həmsərhəd bölgədə Asır vilayətinin qubernator müavini, şahzadə Mansur bin Muqrinin ölümünə səbəb olmuş helikopter qəzası ilə bağlı araşdırmaya təsadüf edib.
Hadisə bazar günü, şahzadə bin Muqrin təftişdən qayıdarkən baş verib.
Mərhum, kəşfiyyat idarəsinin sabiq rəhbəri və 2015-ci ilin yanvar və aprel ayları arşında vəliəhd olmuş Muqrin bin Əbdüləzizin oğlu idi.
O, vəzifədən şahzadə Məhəmmədin atası, 81 yaşlı kral Salman tərəfindən kənarlaşdırılmışdı.
«Saudi Press Agency» agentliyinə əsasən helikopterdə şahzadə ilə yanaşı daha 7 rəsmi olub. Onlar Abha şəhərinin qərbindəki sahil layihələrinə baxış keçirirdilər.
Qəzanın səbəbləri müəyyən edilməyib.
Əl-İkhbariya dövlət agentliyinin «Twitter» hesabında qəzaya uğramış helikopter və hadisədən əvvəl çəkilmiş rəsmilərin fotoşəkli yerləşdirilib.
Səudiyyə Ərəbistanı son iki il yarım ərzində husi üsyançılarına qarşı mübarizədə Yəmən hökumətini dəstəkləyən koalisiya qüvvələrinə rəhbərlik edir.
Daxili İşlər Nazirliyi qəza ilə Yəmən münaqişə arasında əlaqə olub-olmadığı barədə məlumat vermir.
Lakin şənbə günü Səudiyyə hərbiyyəsi paytaxt Ər-Riyyad yaxınlığında Husi üsyançıları tərəfindən buraxılmış ballistik raketi məhv edib.