
Edamların qorxunc artımı
Səudiyyə Ərəbistanında ölüm hökmü acınacaqlı həddə
Səudiyyə Ərəbistanında ölüm hökmü acınacaqlı həddə
Trampın ən yaxşı dostları bu savaşdan qazanclı çıxıb
Səudiyyə Ərəbistanı icazəsiz zəvvarın həcc ziyarətinə izn vermədi
Səudiyyə Ərəbistanı “alkoqol qadağasının ləğv ediləcəyi” iddialarını rədd edir
Səudiyyə Ərəbistanı alkoqol qadağasını ləğv etdi
İslam dünyasında yeni dövrün memarı – Məhəmməd bin Salman
Trampın Suriya sanksiyalarını ləğvi Ankaraya jest, Tel-Əvivə mesaj idi
Tarixin ən böyük müdafiə müqaviləsi imzalanıb
İcazəsiz gələnlərin ölkəyə girişi 10 il müddətinə qadağan ediləcək
Xameneyi isə Səudiyyə-ABŞ münasibətlərində anlaşmazlığı alovlandırmaq istəyir
“Standard & Poor's” qeyri-neft sektorunun böyüməsini yüksək qiymətləndirib
Putin-Tramp danışığından sonra uçan səhmlər bugünkü görüşdən sonra yerlə bir olub
Dünyanın ən zəngin ölkələrindən birində xalq elektrik enerjisinin kəsilməsindən bezib
Yəmən Silahlı Qüvvələrinin generalı ABŞ-ın Husilərin raket sistemini vurmasından narazı qalıb
Əl-Alimi Husilərin mühasirəsində olan Taizə gedib
ABŞ Səudiyyə Ərəbistanına 2,8 milyard dollarlıq hərbi satışa razılıq verib
Səudiyyə Ərəbistanında noyabrın əvvəllərindən korrupsiya şübhəsi ilə həbsdə olan kral ailəsi üzvləri və biznesmenlər saxlanıldıqları oteldə işgəncələrə məruz qalırlar. Virtualaz.org xəbər verir ki, bu haqda «The Daily Mail» Səudiyyə Ərəbistanındakı mənbələrə istinadən yazır.
Məlumata görə işgəncələri Amerika özəl hərbi şirkətinin əməkdaşları verir. Bu, əvvəllər «Blackwater» adlanan və İraqda, Əfqanıstanda xüsusi amansızlığı ilə ad çıxaran muzdlulardan ibarət «Academi» şirkətidir.
«Onları döyürlər, işgəncə verirlər, şillələyirlər və təhqir edirlər. Onları sındırmaq istəyirlər», - mənbə deyib. İşgəncə növləri arasında tutulanları ayaqlarından başı aşağı asmaq da yer alır.
Xatırladaq ki, Səudiyyə Ərəbistanında kral Salmanın varisi şahzadə Məhəmməd bin Salman hakim ailənin üzvləri də daxil olmaqla yüzlərlə şahzadəni, biznesmeni həbs etdirib. Onlar Ər-Riyaddakı Ritz Çarlton otelində saxlanılır.
Otelin çölündə Səudiyyə xüsusi xidmətlərinin zirehli avtomobilləri növbə çəkir. İçəridə isə özəl hərbi şirkətin əməkdaşlarıdır. Qəzet yazır ki, vəliəhd şahzadə özü də şəxsən dindirmələrdə iştirak edir. O, indiyə qədər saxlanılan şahzadələrdən və biznesmenlərdən 194 milyard dollar qopara bilib.
Qəzetin yazdığına görə saxlanılanlardan birini-7 milyard dollarlıq sərvəti ilə dünyanın ən zəngin adamlarından olan şahzadə Əl-Valid bin Talalı da «Academi» şirkətinin muzdluları ayaqlarından asıblar. Saxlanılanların hamısının bank hesablarına həbs qoyulub, hakimiyyət qonşu ölkələrin mərkəzi banklarına sorğu verib ki, tutulanlara aid hesablar barədə məlumat təqdim etsinlər.