“Birdən uşaq yesəydi?”
Fransada çörəyin içindən çıxan qorxutdu
16:39 | 24 noyabr 2017 | Cümə
Məqaləyə 2706 dəfə baxılıb
Şriftin ölçüsü
Fransada çörəyin içindən çıxan qorxutdu
Fransa müdafiə büdcəsini rekord səviyyəyə qaldırır
1,5 milyon avroluq qızıl eksponat oğurlayan çinli İspaniyada ələ keçdi
Hökumət CSG islahatını həyata keçirməyə hazırlaşır
Xəbər saytında yazılan məqalə Fransanı qarışdırdı
Tramp və Makron arasında gərgin dialoq iddiası: “İki lider mübahisə etdi”
İran məhkəməsi casusluqda günahlandırılan iki fransız vətəndaşı barədə hökm verdi
Avropa ölkəsində son dörd ilin ən zəif artımı baş verir
“Yüksək tələbat səbəbilə marketlər günün ikinci yarısında boş qalır”
Fransada şirkətlər xüsusi detektiv tutur
“Sans-papiers” adlandırılan türk işçilər şirkət rəhbərliyini məhkəməyə verdi
Bu ticarətin Paris-Ankara münasibətlərinə təsiri olacaqmı?
Reklam afişasında yer alan bir təsvir Strasburqu qaışdırdı
11 il əvvəl terror təşkilatına qoşulan 3 qadın Suriyadan dönərkən həbs olunmuşdu
Fransa Polşaya “Rafale” qırıcıları göndərir
Cinsi istismar və təcavüz
«Express» qəzeti yazır ki, İranın vəzifəli generallarından biri Fransa prezidenti Emmanuel Makronu (Emmanuel Macron) «cavan və təcrübəsiz» adlandırıb. Buna səbəb Makronun İranın ballistik raket proqramına dair Səudiyyə Ərəbistanında dedikləri olub.
39 yaşlı Fransa prezidenti demişdi ki, Tehran daha az aqressiv olmalı və özünün ballistik raket proqramına aydınlıq gətirməlidir.
Lakin İnqilab Keşikçiləri Korpusunun komandanı Əli Cəfəri Fransa liderinin bəyanatını rədd edərək deyib ki, İran özünün müdafiə xarakterli raket proqramını danışıqlar masasına çıxarmayacaq.
Cəfəri, habelə deyib ki, Livandakı şiə Hizbullah hərəkatının tərksilah edilməsi barədə ümumiyyətlə söhbət gedə bilməz.
«Hizbullah silahlandırılmalıdır ki, Livan xalqının düşməni olan İsrailə qarşı döyüşə bilsin. Təbiidir ki, Livanın təhlükəsizliyini qorumaq üçün onlara ən təkmil silahların verilməsi lazımdır», - general deyib.
«Express» yazır ki, sünni Səudiyyə krallığı ilə şiə İranı arasındakı regional rəqabət indiyədək Suriya, İraq, Yəmən və Bəhreyn kimi ölkələrdə sabitliyin pozulmasına səbəb olub.
Səudiyyə Ərəbistanı İranın dəstəklədiyi Hizbullahı Yəməndəki huti qiyamçılarını silahlandırmaqda və hutilərin krallığın ərazisinə raket atmasında ittiham edir. İran və Hizbullah bu ittihamları əsassız adlandırırlar.
Cəfəri mübahisəli ballistik raket proqramı məsələsində Tehranın mövqeyini bir daha müdafiə edib. General bildirib ki, İranın raket proqramı sırf müdafiə xarakteri daşıyır və buna görə də müzakirə mövzusu ola bilməz.
Tehran bunu da bildirir ki, ballistik raketlər proqramı İranın 2015-ci ildə dünya gücləri ilə imzaladığı nüvə sazişinə daxil deyildi və buna görə də Tehranın üzərindən sanksiyaların qaldırılması ilə heç bir əlaqəsi yoxdur.
«İran özünün müdafiə proqramına dair heç kimlə danışıq aparmayacaq, - Cəfəri deyib, - Makronun bu məsələni qaldırması onun cavanlığından və təcrübəsizliyindən irəli gəlir».
Bu həftə 39 yaşlı Makron İran prezidenti Həsən Ruhani və İsrail baş naziri Benjamin Netanyahu ilə telefon söhbətlərində onlardan Livanı regional böhrandan «kənarda» saxlamağı rica edib.
Makronun ofisi bunu da bildirib ki, Fransa prezidenti hər iki liderlə söhbətində Parisin nüvə sazişinə sadiq qaldığını xatırladıb.
Makron deyib ki, İranın ballistik raket proqramı nüvə sazişindən ayrılıqda müzakirə olunmalıdır.
«Express» yazır ki, Səudiyyə Ərəbistanı ilə İran arasında münasibətlərin gərginləşməsi son həftələrdə Üçüncü Dünya Müharibəsi barədə söz-söhbətin yenidən dövriyyə etməsinə səbəb olub.
Səudiyyə Ərəbistanı deyib ki, özünü İrandan qorumaq üçün mümkün olan bütün vasirtələrdən istifadə edəcək.
Bundan başqa, Səudiyyə başda olmaqla Ərəb liqası ölkələri İranı ərəblərin daxili işlərinə qarışmaqda ittiham edib.