
BMT-dən xəbərdarlıq
“Dünyada savaş qaydaları çökür”
“Dünyada savaş qaydaları çökür”
İran və Avropa arasında “snapback” krizi
Rusiyanın Ermənistandakı hərbi bazası haqqında bəzi məqamlar
“İrana zənginləşdirilmiş uranla kömək etməyə hazırıq”
MAGATE Tehranın nüvə öhdəliklərinə əməl etmədiyini hesab edir
BMT uşaq sahibi olmaq üçün ciddi maneələri açıqlayıb
May ayında qlobal ərzaq qiymətlərinə hansı məhsullar ucuzlaşıb?
Dünya əhalisi səhv hesablanıb
Birbok Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının yeni prezidenti oldu
Süni intellektin zərif cinsin nümayəndələrinin işini ələ keçirməsi riski kişilərdən üç dəfə yüksəkdir
Təşkilat evlərinə qayıdan suriyalıların sayını açıqladı
İlham Əliyev: “Biz hər zaman sizinlə olacağıq ki, ölkəniz beynəlxalq ictimaiyyət tərəfindən tanınsın”
Ersin Tatar: “İki dövlətli həll tələbindən geri çəkilməyəcəyik”
BMT işçi qrupu Vardanyanla bağlı iddiaları rədd etdi
“Hər dörd ölkədən biri qadın hüquqları sahəsində geri addımlar atıb”
Siyasi təzyiqlə suverenliyə müdaxilə prinsiplərin pozulmasıdır
BMT, Azərbaycan iqtisadiyyatının həcminin 2018-ci ildə 1,8 faiz artacağını proqnozlaşdırır. «Dünya iqtisadiyyatının vəziyyəti və perspektivlər» adlı BMT hesabatına əsasən 2017-ci ildə Azərbaycan iqtisadiyyatı 1 faiz ixtisara məruz qalıb.
O, MDB ölkələri arasında ÜDM həcminin azalmasından əziyyət çəkən yeganə ölkədir, New York şəhərində təqdim olunan yeni hesabatda qeyd olunur.
Sənədə əsasən bu, «neft istehsalının ixtisarı və maliyyə sektorundakı problemlərlə bağlıdır».
Maliyyə sahəsində MDB üzrə inflyasiya ilə bağlı vəziyyət müxtəlifliklə səciyyələnir, hesabatda deyilir.
Ermənistanda inflyasiyanın sıfıra yaxın olduğu halda Azərbaycanla Ukraynada o, iki rəqəmli qiymət artımı ilə ifadə olunub.
Hesabat müəlliflərinə görə, 2017-ci ildə bir faizlik ixtisara məruz qalan Azərbaycan iqtisadiyyatı 2018-ci ildə 1,8 faiz artacaq.
«Yeni qaz yatağının işlənməsi 2018-2019-cu illərdə iqtisadiyyatın bərpasına kömək olacaq», - Azərbaycan iqtisadiyyatını təhlil edən BMT ekspertləri hesab edir.
2017-ci il üzrə adambaşına illik gəlirə görə Azərbaycan Rusiya və Türkiyə ilə birlikdə «yuxarı orta gəlirli» ölkələrə aid edilib.
Gürcüstanla Ermənistan bu cədvəldə bir pillə geridədir və onları «aşağı orta gəlirli» ölkələr qrupunda görmək olar.
Azərbaycan iqtisadiyyatının artımına dair proqnoz qlobal inkişaf fonunda baş verir.
BMT ekspertlərinin dəyərləndirməsinə görə, 2017-ci ildə dünya iqtisadiyyatı 3 faiz artıb və bu artımın az qala yarısı Şərqi və Cənubi Asiya ölkələrinin payına düşür.
Dünyada ümumi inkişaf təmayülünə öz təsirini Argentina, Rusiya, Braziliya və Nigeriya kimi ölkələrdə tənəzzülün sona çatması da göstərib, BMT hesabatında deyilir.
Qısa müddətli proqnozların yaxşılaşması ilə yanaşı dünya iqtisadiyyatına risklər də mövcuddur. Bunlar ticarət siyasətinin dəyişməsi, qlobal maliyyə şəraitinin pisləşməsi və geosiyasi gərginlikdir.
«Dünya iqtisadiyyatının vəziyyəti və perspektivlər» hesabatı qlobal iqtisadiyyatda gözlənilən təmayüllərə həsr olunur.