vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 22 aprel 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Xalq gərək daim öz kökünü xatırlasın»

Heydər Əliyev (1923 - 2003)
BANK, BİRJA, SIĞORTA  
5 ildə 200 faiz artıb 10:53 | 13 dekabr 2017 | Çərşənbə Məqaləyə 1358 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

5 ildə 200 faiz artıb

«Microsoft» dəyəri trilyon dollar olan ilk şirkət olmağa çox yaxındır

«Microsoft» rekorda çatmaq üzrədir. Dünyanın ən varlı adamlarından biri olan Bill Qeytsin sahibi olduğu şirkət 2020-ci ilə qədər dünyanın 1 trilyon dollar sərhədini keçən ilk müəssisə olmağa çox yaxındır.

VAXT.AZ xarici mediaya istinadən xəbər verir ki, ABŞ-ın araşdırma şirkəti «Evercore ISI»nin analitiki Kirk Matern, son dövrlər bulud rabitə və təminat sahəsindəki işi sürətlə yüksələn «Microsoft»un 2020-ci ilə qədər ya da daha əvvəl 1 trilyon dollarlıq böyüklüyə malik dünyanın ilk şirkəti olacağı ehtimalını ortaya atıb.

Hazırda bazar qiyməti 650 milyard dollar olan «Microsoft»un səhmləri, bu il 35 faiz artıb. Bununla da şirkətin son beş ildəki böyüməsi 200 faizi keçib.

Matern və qrupun hesabatında, bazar dəyəri «Microsoft»dan böyük olan «Apple» və «Google»ın baş ofisi «Alphabet»in daha əvvəl 1 trilyon dollara çatıb çatmayacağı barədə bir fikir yer almayıb.

«Apple»ın bu andakı bazar dəyəri 870 milyarddan çoxdur. «Alphabet»in bazar dəyəri isə 725 milyard dollar qiymətləndirilir.