Qızıl 4 min dolların altına düşdü
Qiymətli metal aşağı həddəki psixoloji həddi keçdi
10:45 | 21 fevral 2018 | Çərşənbə
Məqaləyə 2056 dəfə baxılıb
Şriftin ölçüsü
Qiymətli metal aşağı həddəki psixoloji həddi keçdi
Qızılda 12 ilin ən böyük ucuzlaşması
Qiymətli metal investisiya banklarının proqnozlarından daha sürətlə bahalaşır
Qorxular qiymətli metalı gücləndirir
Nyu-York bazarları ilə London Metal Birjası arasında qiymət uçurumu yaranıb
“Bloomberg” ən son proqnozları açıqladı
Qiymətli metal 4.185 dollara yüksəldi
“Goldman Sachs”dan qiymətli metala dair yeni yüksəliş siqnalı
ETF axınları və FED faiz endirimləri büdcəyə 990 milyard əlavə gəlir gətirəcək
“ABŞ hökumətinin qapanması” və FED-in qərarsızlığı birjaları narahat edir
Qızıl da 1 faiz bahalaşdı
“Qızıl 3.400 dollara yüksələ bilər”
Qiymətli metala “təhlükəsiz liman” tələbi davam edir
FED sədrinin açıqlamaları qiymətlərə təsir edə bilər
Maliyyə iştirakçıları mərkəzi bankların siyasətini izləyir
ABŞ Prezidenti qızılda nöqtəni qoydu
Türkmənistan neftin ucuzlaşmasından sonra iqtisadiyyatı neftdən asılı olan ölkələri bürümüş iqtisadi böhranı hələ də aradan qaldıra bilməyib. Virtualaz.org xəbər verir ki, bu ölkədə hələ də dollar qıtdır və ABŞ valyutasının qara bazar kursu ilə rəsmi məzənnəsi arasında 3 dəfəyə qədər fərq yaranıb.
Bir neçə gün əvvəl qara bazarda dollar kəskin bahalaşıb, 1 dollar 14-15 türkmən manatına satılıb. Nəticədə Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları polislə birlikdə Daşoğuz vilayətində dollar alverçilərinə qarşı reydlər keçiriblər. «Türkmənistan xronikası» saytı azı 6 nəfərin saxlanıldığını bildirir. Yerli bazarlarda dollar alverçilərinə qarşı keçirilən reydlərdən sonra dolların qara bazar məzənnəsi aşağı enib, hazırda 1 dollar 10-11 türkmən manatına satılır. Valyuta alverçiləri indi gizli fəaliyyət göstərirlər, onların banklarla əlaqəli işlədiyi xəbər verilir. Rəsmi məzənnəyə əsasən 1 dollar hələ də 3.5 türkmən manatıdır.
Ölkədə təkcə dollar qıtlığı deyil, əsas ərzaq məhsullarının da kəskin qıtlığı yaşanır. «Azadlıq» radiosunun türkmən xidmətinin xəbərinə görə, vilayətlərdə mağazalarda un tapılmır və əhali bu əsas ərzaq məhsulunu paytaxtdan alıb aparmalı olurlar. Lakin polis un qıtlığını aradan qaldırmaq üçün adambaşına bir kisədən artıq un satmağa icazə vermir, yollarda maşınlar saxlanılır və artıq un olub-olmadığı yoxlanılır. Habelə evlərdə də «limitdən artıq un aşkarlamaq» üçün reydlər keçirilir. Hakimiyyət xəbərdarlıq edib ki, kimin evində 1 kisədən artıq un olsa müsadirə olunacaq.
Dövlət mağazalarından un almaq istəyənlərdən isə qaz və işığa görə borcu olmamasına dair arayış tələb edilir. «Azadlıq» radiosunun türkmən xidməti Daşoğuz vilayətindəki mənbələrinə istinadla yazır ki, dövlətin nəzarətində olan bəzi dükanlarda yerli sakinlərdən evlərində sayğac olduğunu təsdiqləyən sənəd də istəyirlər. Bunlar olmasa, həmin şəxslərə un satılmır.
İki aydır ki, Türkmənistanın bəzi rayonlarında un qıtlığı müşahidə edilir. Unun qiyməti qalxır. Dövlətin nəzarətində olan dükanlarda un nisbətən ucuz satılır. Un qıtlığına görə insanlar həm də mümkün qədər çox un alıb anbara yığmağa çalışırlar.
Hazırda Daşoğuzda insanların un qıtlığına görə icra hakimiyyətlərinin binası önünə yığışıb yerli məmurlara narazılıqlarını bildirməsi halları artır. Polis kütləvi etirazların baş verməməsi üçün yerli əhali arasında iş aparır, bu işə ağsaqqalları, din xadimlərini cəlb edir. Dükanlar qarşısında növbə yaranmasın deyə polis müştərilərin nömrəsini alır, dükana un gələn kimi birinci onlara xəbər edəcəyini söz verir.