Gümüş yenə rekord qırdı
Paladiumda isə üç ilin zirvəsinə çatdı
08:40 | 19 avqust 2025 | Çərşənbə axşamı
Məqaləyə 273 dəfə baxılıb
Şriftin ölçüsü
Paladiumda isə üç ilin zirvəsinə çatdı
Qızıl, gümüş və platin yeni tarixi zirvəyə çatdı
Qiymətli metal aşağı həddəki psixoloji həddi keçdi
Qiymətli metal 4 min dollar həddinə doğru geriləyir
Qızıl və gümüş bazarındakı kəskin enişin səbəbi
Qızılda 12 ilin ən böyük ucuzlaşması
İnvestorların qazancdan satışı qiyməti aşağı saldı
Qlobal birjalarda narahatlıq davam edir
Birjalar çökür, məşhur şirkətlərin hissələri və kriptovalyutalar həddindən artıq ucuzlaşdı
Qiymətli metal investisiya banklarının proqnozlarından daha sürətlə bahalaşır
Analitiklər bunu müvəqqəti sayır
Qorxular qiymətli metalı gücləndirir
Nyu-York bazarları ilə London Metal Birjası arasında qiymət uçurumu yaranıb
Venesueladakı faciədə 14 nəfər həlak oldu
“Bloomberg” ən son proqnozları açıqladı
“Bloomberg” qiymətli metalla bağlı iki il üçün proqnozları açıqladı
Qızıl qiymətləri, bazarlar faiz endirimləri ilə bağlı potensial göstərişlər üçün FED-in “Jackson Hole” simpoziumunu gözləyərkən, Ukraynada sülhün təmin olunması istiqamətindəki inkişaflar da yaxından izlənilir.
Qızıl 0,1 faiz artaraq 3.335,436 dollardan ticarət olunur.
Analitiklər bildirirlər ki, qızıl FED Prezidenti Cerom Pauell (Jerome Powell) 21-23 avqust tarixlərində “Jackson Hole”da verəcəyi açıqlamalardan bir katalizator gözləyir.
Bu gün üçün müqavimət səviyyəsi 3.355 dollar göstərilir. Dəstək isə 3.322 və 3.301 dollardır. İlk müqavimət səviyyəsinin keçilməsi halında 3.375 dollar hədəf ola bilər.
“Capital.com”dan Kayl Rodda (Kyle Rodda) “Qızıl hələ konsolidasiyadadır və yüksəlmək üçün əslində yeni bir katalizator gözləyir”, – deyib
O, bu həftənin ən vacib hadisəsi kimi simpoziumu işarə edib.
CME-nin “FedWatch” alətinə görə, FED-in növbəti iclasında 25 baz bəndlik faiz endiriminin bazar ehtimalı 84% səviyyəsindədir. Aşağı faiz dərəcələri adətən gəlirsiz qızılı gücləndirir.
Qızıl həmçinin, Prezident Donald Tramp Zelenski və Putin ilə ayrı-ayrı görüşlər keçirdikdən sonra ABŞ-ın sülh danışıqlarında Ukraynanın təhlükəsizliyini təmin etməyə kömək edəcəyini bildirməsi ilə geosiyasi qeyri-müəyyənlikdən də dəstək alıb.
Beynəlxalq bank və investisiya şirkəti “Union Bank of Switzerland” (UBS) qızıl proqnozunu 2026-cı ilin mart ayı üçün 3.600 dollara yüksəltdi. Digər bazarlarda gümüş 0,2% düşərkən, platin 0,4% yüksəldi və paladyum 0,9% azaldı.