
Tramp qatilə ölüm hökmü tələb etdi
Ukraynalı qadın miqrant cinayəti ABŞ ictimaiyyətinin diqqət mərkəzindədir
Ukraynalı qadın miqrant cinayəti ABŞ ictimaiyyətinin diqqət mərkəzindədir
55 min iş məhkəmə tarixini gözləyir
Evdə nə qədər nağd pul saxlamaq lazımdır?
Əhali baş ağrısı, ürəkbulanma, yorğunluq və stressdən şikayət edir
“2,5 milyon avro dəstək verilməsə, bağlana bilərik”
Hər şey 7-ci sinifdə başladı
2 ölü, 17 yaralı
PVV öndə, VVD geriləyir, DENK özünə gəlir
İki polis ölü, biri yaralanıb
Türkiyə əsilli iş adamı Berlində qətlə yetirilib
Hollandiyada ifrat sağçı partiyalar seçkiqabağı islam düşmənçiliyində yarışa girib
47 dəfə qətl cəhdi ittihamı ilə məhkəməyə çıxarılan şəxs qaçdı
Saxta gənc qız profili ilə yaşlıları tora salıb işgəncə verənlərə hökm verildi
Məişət cinayətkarlığının təməli ...
34 nəfərlik hava şar yerə çırpıldı, 1 ölü
Başqa qadınla yazışdığı üçün ...
Hollandiya Avropanın ən mədəni, demokratik və hüquqi qaydaların hökm sürdüyü ölkələrindən biri hesab olunur. Məhz bu səbəbdən narıncı məmləkət 3-cü ölkələrdən sığınacaq istəyən, o cümlədən, Azərbaycandan gedən insanların sevimli məkanlarından sayılır, lakin son məlumatlar «Zanbaqlar ölkəsi»ndə hər şeyin «güllü-bağçalı olmadığını» əks etdirir.
Xarici mediaya xəbər verir ki, Hollandiya polislər assosiasiyası ölkədə cinayətkarlığın artması və paralel kriminal iqtisadiyyatın güclənməsi barədə məruzə hazırlayıb. Hollandiya polisləri belə hesab edirlər ki, ölkə getdikcə cinayətkar qruplaşmaların «at oynatdığı» narkodövlətə çevrilir. Məruzə tam 400 polis arasında keçirilən sorğu və araşdırma nəticəsində hazırlanıb.
Assosiasiyanın məlumatına əsasən, ölkədə rəsmi olaraq cinayətlərin sayı ildə bir milyona qədər azalıb. Lakin bununla bərabər 3,5 milyon cinayət qeydiyyata salınmayıb. Məruzədə polislərin azlığından şikayət edilir və hökumətə daha 4 min asayiş keşikçisini işə götürmək təklif olunur.
«Polislər indiki sayları və əllərindəki resurslarla 10 cinayətkar qrupdan biri ilə bacara bilirlər. Hüquq mühafizə orqanları mehmanxana sahəsində, mənzil bazarlarında, turistik məkanlarda fəaliyyət göstərən xırda dillerlərin böyük sahibkarlara çevrildiklərini izləməklə kifayətlənməli olurlar», - sənəddə deyilir.
Bu ilin fevralında isə Amsterdam meri polis və prokurorluqla birlikdə bəyanat yayaraq, şəhərdə mütəşəkkil cinayətkarlığın artdığını bildirib. Amsterdam şəhərinin polis şefi Peter Yan Albersberqin müasir gəncliyin cəmi 3 min avroya istənilən sifarişli qətli tötərmtəyə hazır olduğunu söyləməsi ayrıca maraqlıdır. Bundan başqa, ildən ilə yaşlanan Hollandiya əhalisində qocalara yönəlik qarət, dələduzluq, zor hərəkətləri tətbiq etmə kimi hüquq pozuntularının da sayı durmadan artır.
Zanbaqlar ölkəsi Avropada marixuananı ilk leqallaşdıran ölkə kimi tanınır. Lakin indi bu qərarın səhv olduğunu düşünənlərin sayı günü-gündən artmaqdadır. Onların fikrincə, ölkə bunun sayəsində narkotik və qadın ticarətinin dünyadakı mərkəzinə çevrilib. «Europol»un məlumatına əsasən isə Avropada satılan kokainin (ildə 5,7 milyard avronu ötür-red.) təxminən yarısı Rotterdam limanından daxil olur. Müasir gəncliyin ən böyük bəlalarından sayılan ekstazinin əksər hissəsi də məhz Hollandiyada istehsal olunur.