
Ölümcül sərhəd keçidi
Naməlum şimali koreyalı saxlanılıb
Naməlum şimali koreyalı saxlanılıb
Minlərlə Şimali Koreyalı şirkətlərə sızıb, ABŞ tədbir görür
Pxenyan dəstəyi üç dəfə artırdı
Tətil kompleksinin açılışını ruslar edəcək
Kim Çen In göz yaşlarını saxlaya bilmədi
ABŞ-da “kompüter fermaları” quran fırıldaqçılar pulları Pxenyanın nəzarət etdiyi hesablara köçürüb
ABŞ Şimali Koreyanın nüvə silahlarını da hədəfə ala bilərmi?
ABŞ-ın İrana zərbə endirməsi Şimali Koreyanın nüvə siyasətinə necə təsir edəcək?
Rusiyanın yay planı kəşfiyyat hesabatlarında
Kim Çen Inın həyat yoldaşı lüks aksesuarı ilə görüntülənib
Şimala dəniz yolu ilə düyü və İncil göndərmək istəyiblər
Şimali Koreyada nəhəng silah bazası tikilir
Şimali Koreya lideri müasir döyüş raketlərinin istehsalını artırmağa çağırıb
ABŞ-da qanunsuz yaşayan çinli qaçaqmalçılıq yolu ilə sursat və texnika apardığını etiraf edib
Dünyanın ən uzun qatar səyahəti yenidən başlayır
İnternet kəsilməsi, səbəb tapılmadı
«The Independent» bu ölkədən qaçaq düşmüş bir nəfərə istinadən yazır ki, Şimali Koreyanın Pxençanq Qış Olimpiadasına göndərdiyi «gözəl azarkeş qızlar» əslində ölkənin vəzifəli rəsmilərinin istifadə etdikləri seks köləsiymişlər.
2008-ci ildə Cənubi Koreyaya qaçmış 42 yaşlı hərbi musiqiçi Li So-yon (Lee So-yeon) deyib ki, bu rəqqasə və müğənni qızlar Kommunist Partiyasının Mərkəzi Siyasi Bürosunda hər axşam keçirilən ziyafətlərdə və eyş-işrət məclislərində lüt soyunur və seks xidmətləri göstərirlər.
Şimali Koreyanın ali hakimiyyət orqanı olan siyasi büroya lider Kim Çen In və prezident Kim Yon-nam da daxildirlər.
Xanım Li «Bloomberg» saytına deyib: «Şimali Koreyanın estrada truppası Olimpiadaya gəlib, burada maraqlı rəqslər və mahnılar ifa edirlər. Lakin onlar təkcə Kim Çen Inın təbliğat maşını deyillər. Onlar həm də partiya ziyafətlərinə gedir və orada seksual xidmət göstərirlər».
Li deyir ki, belə ziyafətlər Mərkəzi Siyasi Büroda hər gün keçirilir.
«Onlar lap istəməsələr də, bədənləri ilə xidmət etməlidirlər, - deyir musiqiçi, - Qızlar partiya ziyafətlərində soyunmalıdırlar…»
«The Independent» yazır ki, Şimali Koreya rəhbərliyində belə ziyafətlərin artıq illərdir təşkil olunduğu düşünülür.
2009-cu ildə Cənubi Koreyaya qaçaq düşmüş 54 yaşlı Kim Hyunq-su isə deyir ki, Olimpiya oyunlarında Şimali Koreyanı təmsil edən idmançılar da kölədirlər.
«Qısaca desəm, bu idmançılar Kim Çen Inın və Şimali Koreya rejiminin idman kölələridirlər», - deyib Kim Hyunq-su.
Cənubi Koreyaya qaçaq düşənlərin məlumatlarına görə Şimali Koreyada həm idman, həm də seks kölələrini diqqətlə seçirlər. Onları elə şəxslərdən seçirlər ki, bu adamlar heç vaxt qaça bilməzlər.
Şimali Koreyadan Pxençanq Olimpiadasına gəlmiş qızlar doğrudan da Qərb mediasını valeh ediblər. Mətbuat onları «gözəllər ordusu» adlandırır.
Qrupun keçmiş üzvlərindən Han Seo-hi (Han Seo-hee) BBC-yə deyib ki, bu qızları fiziki gözəlliklərinə görə seçir, sonra isə üç ay müddətində intensiv kommunist ideologiyasına məruz qoyurlar.
Rejim onların son dərəcə sədaqətli olduqlarına inanmalıdır.