vaxtlı-vaxtında oxuyun! Bazar, 9 avqust 2026
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Üzeyir bəy Hacıbəyov (1885 - 1948)

«Əgər asudəlik istəyirsənsə, vaxtını hədər yerə itirmə»

Üzeyir bəy Hacıbəyov (1885 - 1948)
REGİON  
Ər-Riyadda caz festivalı 20:14 | 28 fevral 2018 | Çərşənbə Məqaləyə 2313 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Ər-Riyadda caz festivalı

Səudiyyə Ərəbistanı dünyanı yenə təəccübləndirdi

Əbülfəz KƏRİMOV

MÖVZU İLƏ ƏLAQƏLİ

Vəliəhd şahzadə Məhəmməd ibn Salman Səudiyyə Ərəbistanında daha bir yeniliyə imza atıb. Ölkənin mühafizəkar imicini dəyişmək məqsədilə ilk dəfə qadın və kişilər caz festivalına qatılıblar. Festival ölkənin paytaxtı Ər-Riyadda keçirilib.

Bu tədbir həm də ölkədə keçirilən ilk caz festivalı kimi yadda qalıb. Festivala xarici vətəndaşlar da maraq göstərib. Belə ki, Livanın paytaxtı Beyrutdan və ABŞ-ın Orlean şəhərindən turistlər iştirak ediblər.

Gender bərabərliyinə əsaslanan islahatlar ölkədə sürətlə inkişaf etsə də, məhdudiyyətlər hələ də davam edir. Caz festivalı zamanı qadın və kişilər ayrı-ayrı hissələrdən festivalı izləyiblər.