
Jirinovski öldü
Qalmaqallı deputat fevralın əvvəlindən Moskva xəstəxanasında müalicə alırdı
Qalmaqallı deputat fevralın əvvəlindən Moskva xəstəxanasında müalicə alırdı
... Yaxud siyasi oyunbazın, siyasi oyuncağı
Ərdoğanın inauqurasiyasında iştirak etmək üçün …
Jirinovski: “Ermənilər Paşinyanı gətirdiklərinə peşman olacaqlar”
Jirinovski: “Ermənilər daha betər hakimiyyət alacaqlar”
RLDP sədri Moskvadan İrəvana metro xətti çəkməyi təklif etdi
Kseniya Sobçak canlı yayımda Jirinovskiyə su atdı
Rusiya Jirinovskinin acı ağzı ilə Avropanı və postsovet ölkələrini təhdid etdi
Asanca «Krılovun quzusu»nun vəziyyətinə düşə bilərik!
Akademik karyerası şübhəli olan filosofun «dördüncü ideologiya» ilə bağlı fikirləri də cəfəngiyyatdır
«O, beş il müddətinə ...»
Kremlin SSRİ-ni «diriltmək» layihəsi yeni qiyafədə; LDPR liderini danışdıranlar kimlərdir?...
Jirinovski: «Azərbaycan Rusiyanın tərkibinə daxil olmalıdır»
«Dağlıq Qarabağ probleminin həlli yoxdur»
Jirinovskidən Bakıya məsləhət: «Ona deyin ki, ...»
Jirinovski ermənilərin yanına getdi və...
«Vladimir Jirinovski ilə görüşməyimlə bağlı səsləndirilən fikirlərlə razıyam». Bunu Modern.az saytına Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev deyib. O, Rusiya Liberal-Demokrat Partiyasının lideri Vladimir Jirinovski, o cümlədən digər siyasi liderlərlə açıq və gizli şəkildə görüşlərinin olduğunu bildirib: «Mən siyasətçiyəm. Siyasi dairələrdə olan bütün insanlarla həmişə görüşürəm. Təbii, Vladimir Jirinovski ilə də müəyyən işlərimiz olub. Amma hər şeyi aça bilmərəm. Ona görə də bu məsələyə fikir verməmək lazımdır.
Həm Avropa, həm Türkiyə, Qərb dövlətləri siyasətçiləri ilə mütəmadi olaraq açıq və gizli şəkildə görüşlərim olur. Hər görüşlərdə də çalışıram ki, Azərbaycanın gələcəyi naminə müəyyən işlər görülsün, o cümlədən Rusiya, ABŞ, Avropa ölkələrində ölkəmizlə bağlı gedən anti-təbliğatını qarşısını alım. Görüşlərim ancaq millətin, dövlətçiliyin xeyrinə ola bilər».
H.Hacıyev qeyd edib ki, gələcəkdə də Jirinovski ilə görüşlərin baş tutması mümkündür: «Vladimir Jirinovski Rusiyada prezidentliyə namizəddir, mən də Azərbaycanda. Əlbəttə, fikirlərimizi bölüşməliyik, gələcəkdə Rusiya və Azərbaycan münasibətlərinin hansı səviyyədə inkişaf etdiyini düşünməliyik. Lakin hazırda hər iki ölkədə seçki prosesidir deyə onun da, mənim də vaxtım məhduddur.
Çalışacağıq ki, gələcəkdə də bu əlaqələr davam etsin, bu istiqamətdə müəyyən addımlar atılıb işlər görülsün, dövlət əlaqələrinin yaxşılaşması üçün partiyaların fəaliyyətindən istifadə edilsin. Jirinovskinin Rusiyada daha konstruktiv fikirləri var. Düşünürəm ki, bunlar gələcək üçün millətçiliyimizə, dövlətçiliyimizə xeyirdir».
Partiya sədri növbədənkənar seçkilərə hazırlıq prosesindən də söz açıb: «Seçkilərə hazırlıq yüksək səviyyədə davam edir. Artıq imzaları toplayıb Mərkəzi Seçki Komissiyasına təqdim etmişik. Biz seçkinin qanun və tələblərinə uyğun olaraq hələlik təbliğat-təşviqat işlərinə başlamamışıq. Amma rəsmi şəkildə rayonlarda görüşlərimiz, kütləvi şəkildə mitinqlərin keçirilməsi gözlənilir. Hesab edirəm ki, uğurlu seçki olacaq».