vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 19 avqust 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Şair xalqın səsi, əsrin səsidir,
Vətənin ağsaçlı sərkərdəsidir,
Hökmüylə ordular ayağa qalxır,
Şerinin selində daşlar da axır»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
GÜNDƏM  
“İrəvan quberniyası yaransın” 15:44 | 1 may 2018 | Çərşənbə axşamı Məqaləyə 2108 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“İrəvan quberniyası yaransın”

Jirinovski: “Ermənilər daha betər hakimiyyət alacaqlar”

MÖVZU İLƏ ƏLAQƏLİ

“Ermənistanda baş verənlər dövlət çevrilişidir və bunun başqa adı yoxdur”. Virtualaz.org xəbər verir ki, bu barədə Rusiya Liberal-Demokrat Partiyasının lideri Vladimir Jirinovski bildirib.

Onun fikrincə, hakimiyyət “heç yerdə hədiyyə deyil” və Ermənistanda hökm sürən korrupsiya və kasıblığa baxmayaraq bu cür radikal addımlar atmaq gərək deyildi.

“İndiki rəhbərliyi devirən ermənilər ondan daha betər hakimiyyət alacaqlar”, - Jirinovski özünün Teleqram səhifəsində yazıb.

LDPR lideri bir daha ənənəvi mövqeyinə qayıdaraq bildirib ki, MDB ölkələrini “daxili çaxnaşmalardan, qan axıdılmasından” ancaq Rusiya xilas edə bilər. Amma bir şərtlə-gərək həmin ölkələr “ata evinə geri qayıtsınlar”. Jirinovskinin mövqeyinə görə, Rusiyanın tərkibində yenidən Tiflis, Bakı, İrəvan, Kiyev və Odessa quberniyaları yaradılmalıdır.