NATO zirvəsi əndişəsi
Ankara alyansın son zamanlardakı ən gərgin toplantısına ev sahibliyi etməyə hazırlaşır
14:19 | 15 iyun 2018 | Cümə
Məqaləyə 1997 dəfə baxılıb
Şriftin ölçüsü
Ankara alyansın son zamanlardakı ən gərgin toplantısına ev sahibliyi etməyə hazırlaşır
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
Rumıniya NATO-dan antidron sistemlərinin təcili verilməsini istədi
ABŞ Polşaya əlavə 5 min əsgər göndərir
ABŞ NATO-nun çevik qüvvələrində iştirakını azaldır
Alyans boğaza müdaxiləni nəzərdən keçirir
ABŞ müdafiə naziri Polşaya planlaşdırılan zirehli briqadanın göndərilməsini ləğv etdi
“Ursa Major”un kimin batırdığı məlum deyil
Çəkilmə təhdidi olsa da, Avropanın ABŞ-dən asılı qalmasına çalışılır
ABŞ-nin NATO ilə bağlı sərt “seçimlər” gündəmdə – Avropa ölkəsi alyansdan çıxarıla bilər
Tramp NATO müttəfiqlərini “yaxşı” və “pis” ölkələrə böldü
Trampdan NATO və Roma Papası barədə sərt sözlər
Trampın alyansa qarşı hansı təsir imkanları var?
Tramp-Rutte zirvə görüşündə NATO böhranı
“Onlar bizim yanımızda deyilsə, biz niyə onların yanında olaq?”
Fransa müdafiə büdcəsini rekord səviyyəyə qaldırır
Rusiyanın NATO-ya əzələ nümayiş etdirmək üçün elan edilməyən təlimlər keçirməsi növbəti dəfə narahatlığa səbəb olub. Rusiya təlimləri Norveç sərhədi yaxınlığında keçirir, amma bununla bağlı Norveç hakimiyyətinə heç bir xəbərdarlıq etməyib.
İyunun 13-də Rusiyanın Şimal donanmasının gəmiləri hərbi təlimlərə başlayıb. Rusiya Müdafiə Nazirliyi bildirir ki, hərbi qulluqçulara döyüş təlimləri zamanı ciddi şəkildə təhlükəsizlik qaydalarına riayət etmələri göstərişi verilib.
Modern.az saytının “The Independent Barents Observer” nəşrinə istinadən xəbərinə görə, Barens dənizi ətrafındakı rayonlar sərnişin gəmiləri və təyyarələri üçün bağlanıb.
Məlumata görə, Rusiyanın 36 hərbi gəmisi Barens dənizinə yerləşdirilib. Bundan başqa səmaya 20 döyüş təyyarəsinin qalxacağı gözlənilir.
Kolski yarımadasının sahili boyunca artilleriya, raket qurğuları daxil olmaqla 150-dən çox hərbi texnikanın yerləşdiriləcəyi gözlənilir. Rusiyanın təlimləri növbəti həftəyə qədər davam edəcək.
“Rusiya tərəfindən bir neçə ildir ki, donanma səviyyəsində yüksək fəallıq müşahidə olunur” – bunu Norveç komandanlığının Operativ Qərargahının nümayəndəsi, general-leytenant İvar Muen deyib.
Onun sözlərinə görə, Rusiya bu təlimlərlə bağlı Norveçə heç bir xəbərdarlıq etməyib.
Məlumatlara görə, atom sualtı gəmiləri də təlimlərdə iştirak edir. Amma onun hansı sinfə mənsub olduğu haqda məlumat verilmir.