
Smart sayğaclar yenidən qayıdır
Ölçmək və tərəzidə çəkmək həmişə “incə məsələ” olub
Ölçmək və tərəzidə çəkmək həmişə “incə məsələ” olub
Ölçmək və tərəzidə çəkmək həmişə “incə məsələ” olub
Ölçmək və tərəzidə çəkmək həmişə “incə məsələ” olub
Ölçmək və tərəzidə çəkmək həmişə “incə məsələ” olub
“Azərbaycan Meyvə-Tərəvəz İxracatçıları Assosiasiyası SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyinin göstərdiyi xidmətdən və verilən təbii qazın keyfiyyətindən narazıdır”.
Bunu Azərbaycan Meyvə-Tərəvəz İxracatçıları Assosiasiyasının sədri Bəşir Quliyev bu gün Bakıda keçirilən “Kənd təsərrüfatı inkişafının müasir tendensiyası” adlı tədbirdə bildirib.
Onun sözlərinə görə, bu gün meyvə-tərəvəz istehsalçılarının və ixracatçılarının əsas işi təbii qazdan asılıdır: “Ancaq buna baxmayaraq məhsullarımızın maya dəyərinin böyük bir hissəsini qaza görə ödənişlə bağlıdır . “Azəriqaz”ın xidməti və verilən keyfiyyət isə bizi qane etmir”.
O bildirib ki, bu ilin oktyabr ayında yeni isitmə mövsümü başlayacaq: “Təklif edirəm ki, o vaxta qədər bu məsələlər assosiasiya tərəfindən müzakirə edilsin. İnanıram ki, o vaxta qədər Azərbaycan Meyvə-Tərəvəz İxracatçıları Assosiasiyasının növbəti iclası keçiriləcək. Biz “Azəriqaz”a və SOCAR-a qazın maya dəyərinin aşağı salınması və keyfiyyətinin artırılması ilə bağlı öz təkliflərimizi verək. Əgər bütün bunlar edilsə, Azərbaycanın meyvə-tərəvəz istehsalı və ixracı daha da artacaq və istehsalın maya dəyəri də ucuzlaşar”.