Nüvə arsenalına 119 milyard xərclənib
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
15:03 | 27 iyun 2019 | Cümə axşamı
Məqaləyə 2369 dəfə baxılıb
Şriftin ölçüsü
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
SEPAH generalı yeni müqavimət cəbhəsindən danışdı
Pentaqon üç nəhəng Çin şirkətini qadağa olunanlara əlavə etdi
Ekipaj xilas edildi
Məhkəmə Trampın 100 min dollarlıq rüsum qərarını ləğv etdi
Trampdan Netanyahuya xəbərdarlıq
Şiraz hava limanında uçuşlar dayandırıldı
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
Amerika Dövlət Departamentinin İran üzrə Xüsusi İşçi Qrupunun rəhbəri Brayan Huk iyunun 26-da “Əl-Ərəbiyyə” telekanalına müsahibəsində İranın neft satışına qoyulan sanksiyalardan və rəsmi Tehranın regionda terrorçu qruplaşmalara dəstəyindən danışıb.
Huk bildirib ki, Amerikanın İran neftinin satışına qoyduğu qadağalar ölkə iqtisadiyyatına kəskin mənfi təsir göstərməsi ilə yanaşı, həm də İranın ekstremist terrorçu qruplaşmalara maliyyə dəstəyini xeyli zəiflədib: “Amerikanın qoyduğu sanksiyalar bu günə qədər İranı 50 milyard dollarlıq neft satışından məhrum edib. Bu isə elə bir məsələdir ki, İran İslam Respublikasının İraqda, Suriyada və digər yerlərdə maliyyə dəstəyi verdiyi terrorçu qruplaşmalar, o cümlədən də “Hizbullah”, “Həmas” və digər qruplar da hiss edirlər. Sanksiyalar qoyulması nəticəsində, həmin qruplar hazırda ciddi maliyyə böhranı ilə üz-üzə qalıblar və İran artıq istədiyi qədər onlara yardım edə bilmir.
Təəssüflər olsun ki, İrandakı hakim dini mafiya öz xalqını talan edərək onun pulunu zorakılıq ideologiyasına sərf edir. “Hizbullah” terror təşkilatının hərbi kadrlarının aldığı maaşlar, İranın öz hərbçilərinin aldığı aylıq məvacibdən qat-qat yüksəkdir. Çünki İran Hizbullah”ın büdcəsinin 75 faizini təmin edir. Bu isə ildə 700 milyon dollar təşkil edir.
Bundan başqa İranın dini lideri Əli Xamneyi öz xalqını ağır və çətin duruma salmaqla özünü zənginləşdirib. O, “İmam Xomeyni” Fərmanının İcraiyyə Qərargahından milyardlarla dollar pul əldə edib. Siz İran liderinin bu qədər sərvətinə və onun digər əmlakına baxdıqda, İran İslam Respublikası sistemində və onun rəhbərlərində olan bu qədər korrupsiya və ikiüzlülüyün son həddinin şahidi ola bilərsiniz”, – deyə Brayan Huk əlavə edib.