Rusiya gəmisinin kapitanı həbs olundu
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
09:10 | 3 mart 2014 | Bazar ertəsi
Məqaləyə 3113 dəfə baxılıb
Şriftin ölçüsü
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Rusiya trilyon dollardan çox itki verib
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Kreml Cənubi Qafqazdan Mərkəzi Asiyaya qədər olan nüfuzunu qaytarmağa çalışır
Ermənistanda qutudan kim çıxacaq ...
Kremlə gözlənilməz zərbə
Müharibə xərcləri ölkəni iflasa aparır
Belqrad 2026-cı ilin sonunadək vizasız rejimi ləğv edə bilər
Humanitar universitet Rusiya prezidentinin nəsil şəcərəsini tədqiq edəcək alim axtarır
Kremlin informasiya savaşında dəyişməyən tezis
Ölkədə yanacaq qıtlığı dərinləşir
Rusiya prezidenti bunun üçün 26 milyard dollar ayırdı
Kreml Ermənistan seçkilərini necə oğurlamağa çalışır?
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
Bu barədə Ümid Partiyasının sədri, deputat İqbal Ağazadə Ukraynada Rusiyanın istədiyinə nail ola bilməməsinin Avrasiya İttifaqının taleyinə necə təsir göstərəcəyi barədə «Yeni Müsavat»a cavabında bildirib. Onun sözlərinə görə, Ukraynanın yolu birdəfəlik bəlli olub orada sabitlik və əminamanlıq əldə olunandan sonra Rusiya Avrasiya İttifaqına alternativ nə qoyacaq, hansı təkliflərlə çıxış edəcək, bu təkliflərin içərisində postsovet respublikalarından nə tələb ediləcəyindən ictimai-siyasi hadisələrin dinamikası bəlli olacaq: «O dinamikada biz konkret biləcəyik ki, kataklizmlər növbəsi Cənubi Qafqaza, Orta Asiyaya, Belarusa, yoxsa Rusiyanın öz içərisinə keçir.
Hələlik bunu dəqiq demək mümkündür ki, Cənubi Qafqaz regionu Ukraynada baş verən hadisələrin fonunda qismən sakitlik əldə edib. Rusiyanın bura aşırı müdaxilələri Ukrayna hadisələri fonunda ləngimiş kimi görünür. Bundan sonrakı mərhələdə Ukraynada baş verən hadisələr və hadisələrin nəticələri Azərbaycanda, Gürcüstanda və Ermənistanda baş verəcək hadisələrin layihələndirilməsinə kömək edəcək. Ukrayna ətrafında planlar bitmədən digər postsovet ölkələrində prosesin baş verəcəyini ağlabatan hesab etmirəm. Ukrayna hadisələrinə tam aydınlıq gəldikdən sonra artıq sırada kimin olması və ya hansı ölkədə hadisələrin dinamikasının artacağı barədə proqnoz vermək mümkündür».
İ.Ağazadənin fikrincə, Rusiya çalışa bilər ki, Avrasiya İttifaqını Ukraynasız da gerçəkləşdirə bilsin. Amma artıq Avrasiya İttifaqında Azərbaycan da olmayacaq. Ukrayna faktiki olaraq Avrasiya İttifaqına tərəddüd edən və ya Rusiyanın siyasəti qarşısında geri çəkilməyə meylli olan, qismən qorxan dövlətləri xilas etdi: «Azərbaycan da Ukraynadan sonra Avrasiya İttifaqından birmənalı imtina edəcək. Amma Ukraynasız, Moldovasız, Azərbaycansız, Gürcüstansız Avrasiya İttifaqı olacaqmı, ya olmayacaqmı sualının cavabı Rusiyanın gələcək strategiyasından asılıdır. Rusiya buna da qərar verə bilər. Qərar versə, bu dörd respublikaya Rusiyanın təzyiqləri artacaq. Rusiya Avrasiya İttifaqını bu 4 respublikasız mümkünsüz hesab edəcəksə, ortaya yeni layihə qoyacaq. Həmin layihədə də Kreml çalışacaq ki, postsovet ölkələri üzərində hüquqlarını tam şəkildə təmin etsin. Buraya etnik-milli konfliktlərin qabardılmasından tutmuş, yeni konfliktlərin yaradılmasına cəhdlərə qədər hər şey daxil ola bilər».