Ukraynadan Rusiyaya NATO raketləri
USQ Rusiyadakı strateji kimya zavodunu “Storm Shadow” ilə hədəf aldı
17:05 | 18 mart 2022 | Cümə
Məqaləyə 965 dəfə baxılıb
Şriftin ölçüsü
USQ Rusiyadakı strateji kimya zavodunu “Storm Shadow” ilə hədəf aldı
Zelenski: “Lazımi sayda “Patriot” raketlərini təmin etmək üçün ABŞ ilə birgə çalışırıq”
Kremli bir ildə üç dəfə məğlub edən siyasətçi
Putinin Moldova ümidləri puç oldu
ABŞ Hindistan mallarına tarif tətbiq etdi
İngilislər ABŞ prezidentinə təsir etməyin ən rahat yolunu açıqladı
Zelenski Trump-Putin görüşünə Kiyevsiz hər hansı razılaşmanı rədd edir
Vaşinqtonun Yeni Dehliyə gömrük faizi 50-yə yüksəldi
“Saky” bazası hədəfə alındı, bombardman təyyarələri vuruldu
“Müharibənin əvvəlində bizi Rusiya nefti almağa təşviq edirdi”
Görəsən, onun zəifləməkdə məqsədi nədir?”
Almaniyaya təhdid, Ukraynada irəliləyiş
Avropa Birliyi liderləri Si Cinpinin açıqlamalarına sərt cavab verdi
Vaşinqton Ukraynaya 322 milyon dollarlıq silah satışına razılıq verdi
ABŞ Ukraynaya zirehli texnika və raket sistemləri göndəriləcək
Azərbaycan və Rusiya münasibətlərindəki böhran hara gedir?!
Latın əlifbasının Z hərfi Rusiya Prezidenti Vladimir Putinin Ukraynaya qarşı müharibəsinə dəstək simvoluna çevrilib. Əlbəttə ki, Rusiyada, bəzi rusiyalılar üçün. Jurnalist Robert Koalson bu simvolun bir çox rusiyalıda “narahatlıq, qorxu, başqa mənfi hisslər” yaratdığını da yazır.
Rusiyada və xaricdə bir çoxları bu aqressiv simvolu faşist emblemi kimi görürlər. Siyasi şərhçi Vitali Portnikov “Z” simvolunu “stilli yarımsvastika”, digər şərhçilər isə “Zvastika” adlandırırlar.
Martın 16-da Sibirin Novosibirsk şəhərində bələdiyyə orqanının iclasında müstəqil deputat Xelqa Piroqova təklif edib ki, şəhərə, avtobuslara, digər nəqliyyat vasitələrinə Z simvolunun yapışdırılmasına nə qədər vəsaitin xərcləndiyi iclasın gündəliyinə salınsın.
“Sakinlərdən xeyli mesaj alıram, onlar bu simvolla bağlı tədbir görülməsini istəyirlər. Onu sevmirlər. Bu onlarda narahatlıq, qorxu, digər mənfi hisslər oyadır”, – Piroqova deyib.
Şəhər Şurasının sədr müavini Yevgeni Yakovenko isə Piroqovanı və müharibəyə qarşı çıxan digərlərini islah əməyə məhkum olunası “milli satqınlar” adlandırıb.
“Z” hərfi fevralın 24-də Ukraynaya müdaxilə edən Rusiya hərbi texnikasının üstünə vurulub. Rusiya ordusu hərfin mənasını izah etməsə də, təhlilçilər onun Qərb (Zapadnıy) Hərbi Dairəsinə işarə etdiyini düşünürlər. Bu nişan Rusiya avadanlığını Ukrayna silahlı qüvvələrinin texnikasından fərqləndirir.
“Müharibə başlayandan sonra bir həftə içində Kremlin təbliğatçıları mistik assosiasiyaları olan Z simvolundan öz məqsədləri üçün istifadəyə başladılar”, – “Conflict Intelligence Team” müstəqil monitorinq qrupunun hərbi təhlilçisi Ruslan Leviyev deyir. “Onlar müxtəlif sadə izahlar da düşündülər, guya Z ‘Qələbə üçün’ (Za pobedu) deməkdir”, – o, sözlərinə əlavə edir.
V (Vostoçnıy) latın hərfindən də eyni cür, amma daha az istifadə olunur.
Leviyev “Z”nin Kremlin “brend”inə çevrildiyini qeyd edir. Putin hökuməti narıncı-qara rəngli Müqəddəs Georgi lentlərindən isə 2-ci Dünya müharibəsində qələbənin anım mərasimlərində istifadə edir. Rusiyanın 2014-cü ildə Ukraynaya müdaxiləsi vaxtı isə bu lentlər dəstək ifadəsinə çevrildi.
Son həftələr “Z” simvolu Rusiyada hər yerdə görünməyə başlayıb. Mərkəzi Seçki Komissiyası onu loqosuna salıb.
Kemerovo Vilayətinin qubernatoru Sergey Tsivilyov Kuzbas regionunun rəsmi adının KuZbass kimi yazılmasına göstəriş verib.
Kreml Rusiyada Ukraynaya hücumu “müharibə” adlandırmağı yasaqlayıb, “xüsusi əməliyyat” termini işlədilir. RT dövlət telekanalı Ukraynadakı müharibəyə “Z Xüsusi Əməliyyatı” deyir, Z loqosu olan qısaqol köynəklər buraxır.
Rusiyada yerləşən “Wildberries” onlayn mağazası Z hərfi olan müxtəlif məhsullar buraxır, məsələn, avtomobillər üçün şüşə stikerləri.
Çevik polis alayının nişanlarında Z görünməyə başlayıb. Dövlət müəssisələrində isə “Z” simvoluna həsr olunmuş “fleş-moblar” təşkil olunur.
“Rusiya klinik dəliliyə doğru gedir. Müharibə olacağını təsəvvür etmirdim, amma oldu. Bu o deməkdir ki, başqa reallıqda yaşayıram, bunları qavraya bilmirəm”, – Moskvada yaşayan siyasi təhlilçi Dmitri Oreşkin deyib.
ABŞ-da dərs deyən rusiyalı filosof Mixail Epşteyn müasir rus cəmiyyətini “şizo-faşizm” adlandırır, bunun “faşizmlə savaş maskası altında gizlənən faşizm” olduğunu deyir.
“Şizo-faşizm faşizmin bir növ karikaturasıdır. Ancaq ciddi, təhlükəli və aqressiv karikaturadır. Şizo-faşizm azadlıq, demokratiya, xarici və ‘digərləri’ sayılan hər şeyə isterik nifrət deməkdir. Bu, daimi düşmən və satqın axtarışıdır”, – o deyib.
Putin martın 16-da “milli satqınları” pisləməklə bu təəssüratı daha da gücləndirmiş oldu. O, istənilən cəmiyyətin əsl satqınları “təsadüfən ağzına girmiş milçəklər kimi tüpürüb atacağını” söyləyib.
Doxa onlayn tələbə nəşrinin martın 16-da yaydığı xəbərə görə, Moskvada tələbə fəallar Dmitri İvanov və Olqa Mişikin yaşadığı binaların üstünə “Z” simvolu və xəyanət ittihamları yazılıb.
Sankt Peterburqda da fəallara qarşı oxşar qorxutma texnikası haqda xəbərlər gəlir.
Müharibəyə qarşı çıxanların şəxsi məlumatlarının sosial media kanallarında yayıldığı xəbər verilir. İnsan haqları fəalı Daniil Berman martın 17-də “Facebook”da yazıb ki, Moskvadakı İstintaq Komitəsinə bütün “iqtisadi işləri” tezliklə bağlamağa dair qeyri- rəsmi göstəriş verilib, çünki apreldə “dövlətin düşmənləri və milli satqınlara qarşı işlər çox olacaq”.
Bu arada Almaniyada Adolf Hitler rejiminə qarşı çıxanlardan cəsarət alanlar rusiyalılar da var.
Martın 16-da Sibirin İrkutsk şəhərində bir etirazçı mərkəzi meydanda əlində bircə ağ qızılgül tutub.
1940-cı illərin əvvəlində Münhendə Ağ Qızılgül hərəkatı nasist rejiminə dirənişə çağıran vərəqələr paylayırdı. Qrupun üç əsas lideri 1943-cü il fevralın 22-də edam olundular.