
Gömrük vergisi iki dəfə artdı
ABŞ Hindistan mallarına tarif tətbiq etdi
ABŞ Hindistan mallarına tarif tətbiq etdi
İngilislər ABŞ prezidentinə təsir etməyin ən rahat yolunu açıqladı
Zelenski Trump-Putin görüşünə Kiyevsiz hər hansı razılaşmanı rədd edir
Vaşinqtonun Yeni Dehliyə gömrük faizi 50-yə yüksəldi
“Saky” bazası hədəfə alındı, bombardman təyyarələri vuruldu
“Müharibənin əvvəlində bizi Rusiya nefti almağa təşviq edirdi”
Görəsən, onun zəifləməkdə məqsədi nədir?”
Almaniyaya təhdid, Ukraynada irəliləyiş
Avropa Birliyi liderləri Si Cinpinin açıqlamalarına sərt cavab verdi
Vaşinqton Ukraynaya 322 milyon dollarlıq silah satışına razılıq verdi
ABŞ Ukraynaya zirehli texnika və raket sistemləri göndəriləcək
Azərbaycan və Rusiya münasibətlərindəki böhran hara gedir?!
Rusiya və Ukrayna arasında qarşılıqlı hücumlar
İlham Əliyev: “Aktau təyyarə qəzası ilə bağlı Rusiya beynəlxalq məhkəməyə veriləcək”
Çin, Avropanın Rusiyaya tətbiq etdiyi sanksiyaların “ciddi mənfi təsirlərini” tənqid etdi
Ukrayna kəşfiyyatının gənc və cəsur komandiri – Kiril Budanov
Nəqliyyat naziri Vitali Savelyevin bildirdiyinə görə, Moskvanın Ukraynaya qarşı davam edən hərbi təcavüzü ilə əlaqədar olaraq tətbiq edilən beynəlxalq sanksiyalar çərçivəsində xarici ölkələrdə Rusiyaya məxsus 78 təyyarə saxlanıb.
Savelyev martın 22-də Rusiya parlamentinin Yuxarı Palatası, Federasiya Şuraya bildirib ki, ölkədə qeydiyyatdan keçmiş Rusiya avia-şirkətlərinin 800-ə yaxın təyyarəsi var, onlardan 515-i beynəlxalq şirkətlərdən icarəyə götürülüb.
Rusiya qanunvericiləri ölkənin hava yollarına xarici şirkətlərdən icarəyə götürülmüş təyyarələri yerli reyestrə qeyd etməyə icazə verən qanun qəbul etsələr də, bir çox avia-şirkət beynəlxalq tərəfdaşlarla əlaqələrə xələl gətirə biləcəyindən qorxaraq, bunu etməkdən çəkinib.
Savelyevin sözlərinə görə, Ukraynaya səbəbsiz hərbi müdaxiləyə görə ölkəni təcrid etmək məqsədi daşıyan bir sıra sanksiyalara baxmayaraq, 22 ölkədən 30-dan çox aviaşirkət Rusiyaya uçuşlarını davam etdirir.
Sanksiyalar həmçinin Rusiyaya təyyarə hissələrinin tədarükünün və təyyarə xidmətlərinin dayandırılmasına səbəb olaraq, aviaşirkətlərin vəziyyətini pisləşdirib.
Rusiyanın federal hava nəqliyyatı agentliyi “Rosaviatsia” martın 5-də xarici şirkətlərdən icarəyə götürülmüş təyyarələri olan yerli avia-şirkətlərə təyyarələrin ələ keçirilməsinin qarşısını almaq üçün qonşu Belarusdan başqa xaricə bütün uçuşları dayandırmalarını tövsiyə edib.
“Boeing” və “Airbus” kimi Qərbdə istehsal olunan Rusiya təyyarələrinin əksəriyyəti ya Bermud adalarında, ya da İrlandiyada qeydiyyata alınıb. Lakin bu ölkələr bu yaxınlarda Rusiya tərəfindən idarə olunan aviaşirkətlər üçün sertifikatlaşdırma prosesini dayandıraraq, faktiki olaraq onların fəaliyyətinə son qoyub.