Ukraynadan Rusiyaya NATO raketləri
USQ Rusiyadakı strateji kimya zavodunu “Storm Shadow” ilə hədəf aldı
12:39 | 24 mart 2022 | Cümə axşamı
Məqaləyə 699 dəfə baxılıb
Şriftin ölçüsü
USQ Rusiyadakı strateji kimya zavodunu “Storm Shadow” ilə hədəf aldı
Zelenski: “Lazımi sayda “Patriot” raketlərini təmin etmək üçün ABŞ ilə birgə çalışırıq”
Kremli bir ildə üç dəfə məğlub edən siyasətçi
Putinin Moldova ümidləri puç oldu
ABŞ Hindistan mallarına tarif tətbiq etdi
İngilislər ABŞ prezidentinə təsir etməyin ən rahat yolunu açıqladı
Zelenski Trump-Putin görüşünə Kiyevsiz hər hansı razılaşmanı rədd edir
Vaşinqtonun Yeni Dehliyə gömrük faizi 50-yə yüksəldi
“Saky” bazası hədəfə alındı, bombardman təyyarələri vuruldu
“Müharibənin əvvəlində bizi Rusiya nefti almağa təşviq edirdi”
Görəsən, onun zəifləməkdə məqsədi nədir?”
Almaniyaya təhdid, Ukraynada irəliləyiş
Avropa Birliyi liderləri Si Cinpinin açıqlamalarına sərt cavab verdi
Vaşinqton Ukraynaya 322 milyon dollarlıq silah satışına razılıq verdi
ABŞ Ukraynaya zirehli texnika və raket sistemləri göndəriləcək
Azərbaycan və Rusiya münasibətlərindəki böhran hara gedir?!
Rusiyada hakim Vahid Rusiya partiyasından olan Dövlət Duması deputatlarının fraksiyanın rəhbəri Vladimir Vasilyevdən icazə almadan ölkədən çıxmaları qadağan olunub.
Bu barədə məlumatı Xolod saytı Vasilyevin özü tərəfindən imzalanmış sərəncama istinadən bildirib.
Yeni qaydaya görə ölkədən xaricə getmək istəyən deputatlar Vasilyevin adına ərizə yazmalı və ərizədə hansı ölkəyə, hansı məqsədlə və hansı müddətə getmək istədiklərini göstərməlidirlər.
Sərəncamda bildirilir ki, məhdudiyyətlər xidməti ezamiyyətlərə şamil olunmur. Sənəddə bu qaydanın pozulmasına görə hansı cəzanın nəzərdə tutulduğu göstərilmir.
Bu arada “The Wall Street Journal” yazır ki, ABŞ administrasiyası Rusiya Dövlət Dumasının əksər deputatlarına yeni sanksiyalar hazırlayır. Bəzi mənbələrdən alınan məlumatlara görə yeni sanksiya siyahısına Rusiyanın 300-dən çox deputatının adları salına bilər. Bu sanksiya siyahısının prezident Co Baydenin Brüsselə səfəri zamanı, martın 24-də açıqlanacağı gözlənilir. Bundan əvvəl Avropa İttifaqı Rusiya Dövlət Dumasının 351 deputatına sanksiyalar elan edib.
Bu deputatlar Putinə Ukraynadakı DXR və LXR qondarma separatist ərazilərinin müstəqilliyini tanımağa çağıran müraciətə səs veriblər. Onların bu müraciəti son nəticədə Rusiya-Ukrayna müharibəsinə yol açıb. Həmin deputatlara Britaniya da sanksiyalar elan edib.