Rusiya gəmisinin kapitanı həbs olundu
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
18:36 | 4 aprel 2022 | Bazar ertəsi
Məqaləyə 828 dəfə baxılıb
Şriftin ölçüsü
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
Rusiya trilyon dollardan çox itki verib
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Ermənistanda qutudan kim çıxacaq ...
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
Azərbaycan şirkəti Ukraynada titan mədəninə milyonlarla dollar investisiya qoyub
Britaniya kəşfiyyatı ilk dəfə Ukrayna müharibəsi ilə bağlı rəqəmlər açıqladı
Ukraynada snayperlərin yerini PUA-lar almağa başlayıb
Rusiyada yanğında ölən insan sayı 35 faiz, xəsarət alan 47 faiz artıb
Ukrayna zərbələrindən sonra NEZ-lər sıradan çıxıb
“İzolyasiya” həbsxanasının ən qəddar işçisini ən ağır cəza gözləyir
Moskva Ukraynadakı xarici səfirliklərə və diplomatik nümayəndəliklərə xəbərdarlıq etdi
İki liderin rusca danışmaması Medvedevi cin atına mindirib
Yüksək dəqiqlikli mərmilər Rusiyanın dərinlikləri üçün ciddi təhlükədir
İşğalçıların PUA hücumu nəticəsində iki nəfər yaralandı
PUA zərbələri güclü yanğına səbəb oldu
Avropa İttifaqı bazar ertəsi Rusiya qüvvələrinin işğal etdiyi Ukrayna şəhərlərində törətdikləri vəhşiliklərdən sonra Rusiyaya qarşı sanksiyaların yeni mərhələsini müzakirə edəcəyini bildirib.
Avropa İttifaqının xarici siyasət məsələləri üzrə ali nümayəndəsi Cosep Borrell verdiyi açıqlamada ittifaqın “təcili olaraq Rusiyaya qarşı əlavə sanksiyalar üzərində işləyəcəyini” deyib.
“Buça və Ukraynanın digər şəhərlərində törədilən qırğınlar Avropa torpaqlarında törədilən vəhşiliklər siyahısına daxil ediləcək”, - deyə Borrell bildirib.
Sanksiyalar bu həftə müzakirə olunacaq. Avropa İttifaqının xarici işlər nazirləri sanksiyalarla bu həftənin sonunda keçiriləcək NATO-nun iclasında və ya gələn həftə özlərinin iclasında tanış ola biləcək.
Borrelin bəyanatında deyilir ki, Avropa İttifaqı “müharibə cinayətlərinə dair sübutları” toplayan və saxlayan Ukrayna prokurorlarına yardım təklif edəcək.
Bəyanatda deyilir ki, Avropa İttifaqı həmçinin Beynəlxalq Cinayət Məhkəməsi və BMT-nin insan haqları üzrə komissarının cinayətlərlə bağlı araşdırmalarını dəstəkləyir.
ABŞ Dövlət katibi Entoni Blinken bazar günü bütün dünyanın Rusiya qoşunlarının Kiyev yaxınlığındakı Buça şəhərini tərk etməsindən sonra şəhərin küçələrində atılıb qalmış ukraynalıların cəsədlərini ilk dəfə gördüyü vaxt Rusiyanı kəskin şəkildə qınayaraq, Ukraynada hərbi vəhşiliklər törətməkdə günahlandırıb.
“Biz buna laqeyd qala bilmərik. Biz bunu normallaşdıra bilmərik”, ABŞ-ın yüksək səviyyəli diplomatı CNN kanalının “State of the Union” verilişində deyib.
Blinken bu həftə hərbi alyansın Ukraynada davam edən döyüşlərə görə məsuliyyətin Rusiyanın üzərinə qoyulmasında qərarlı olduğunu vurğulamaq məqsədilə NATO-nun digər xarici işlər nazirləri ilə görüşmək üçün Brüsselə səfər edərək.
“Həqiqətən. Bu soyqırımdır”, Ukrayna Prezidenti Vladimir Zelenski küçələrdə insan cəsədlərinə işarə edərək “CBS” telekanalının “Face the Nation” proqramında müsahibə zamanı deyib. “Ukrayna Rusiya qüvvələri tərəfindən “dağıdılır və məhv edilir”, Zelenski bildirib.