Rusiya gəmisinin kapitanı həbs olundu
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
17:39 | 8 aprel 2022 | Cümə
Məqaləyə 1160 dəfə baxılıb
Şriftin ölçüsü
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Rusiya trilyon dollardan çox itki verib
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
.... Amma konstitusion çoxluq əldə edə bilmədi
Azərbaycanın qazandığı sülh və Cənubi Qafqazın yeni tarixi
Paşinyanın partiyası açıq üstünlük qazandı, amma cəmiyyət sülh və qeyri-müəyyənlik arasında ikiyə bölünür
Ermənistan baş nazirinin partiyası Rusiyapərəst qüvvələrin topladıqlarının cəmindən çox səs qazandı
Kreml Cənubi Qafqazdan Mərkəzi Asiyaya qədər olan nüfuzunu qaytarmağa çalışır
Ermənistanda qutudan kim çıxacaq ...
Kremlə gözlənilməz zərbə
Müharibə xərcləri ölkəni iflasa aparır
Belqrad 2026-cı ilin sonunadək vizasız rejimi ləğv edə bilər
Humanitar universitet Rusiya prezidentinin nəsil şəcərəsini tədqiq edəcək alim axtarır
Kremlin informasiya savaşında dəyişməyən tezis
Rusiya xarici işlər Naziri Sergey Lavrov erməni həmkarı Ararat Mirzoyanla görüşdə ABŞ və Fransanı Minsk qrupunu ləğv etməkdə ittiham edib və bildirib ki, “əgər onlar Qarabağda, ümumiyyətlə Cənubi Qafqazda nizamlanma prosesindəki maraqlarını, bu prosesdə Ermənistan tərəfinin maraqlarını qurban verməyə hazırdılarsa, bu onların seçimidir”.
Moskva bununla Brüssel razılaşmasına, xüsusilə sülh sazişini hazırlanması üzrə danışıqların Aİ-nin dəstəyi ilə ikitərəfli formatda aparılmasına qarşı olduğunu elan edir. Rusiyalı nazirin fikrincə, məqsəd Rusiyanın vasitəçilik roluna alternativin olmasının qarşısını almaqdır. Lavrovun Brüsselə “Azərbaycan və Ermənistan arasında kanal artıq yaradılıb” mesajı da bunu deməyə əsas verir.
“Ermənistanın maraqlarını Rusiya yox, ABŞ və Fransa qurban verir” mesajı da İrəvanı prosesdən kənarlaşdırmağa hesablanıb.
Görünür, Rusiya Brüssel görüşündən razı qalmayan Ermənistan üzərindən razılaşmanın praktiki mərhələdə icrasına imkan verməyəcək və öz vasitəçiliyi üzərində dayanacaq. Lakin bütün hallarda bu, üçtərəfli razılaşmaların – 10 noyabr, 11 yanvar, 26 noyabr – icrasının sürətlənməsini tələb edir. Rusiya öz “hakimliyini” qorumaq istəyirsə, əvvəlcə 10 noyabr razılaşmasının 4-cü bəndini icra etməli - erməni qoşunların Qarabağdan çıxarılması prosesini həyat keçirilməlidir, bu, olmadığı müddətdə digər razılaşmaların icrası çətindir.