Paşinyan seçkilərdə qalib gəldi ...
.... Amma konstitusion çoxluq əldə edə bilmədi
11:41 | 18 aprel 2022 | Bazar ertəsi
Məqaləyə 567 dəfə baxılıb
Şriftin ölçüsü
.... Amma konstitusion çoxluq əldə edə bilmədi
Azərbaycanın qazandığı sülh və Cənubi Qafqazın yeni tarixi
Paşinyanın partiyası açıq üstünlük qazandı, amma cəmiyyət sülh və qeyri-müəyyənlik arasında ikiyə bölünür
Ermənistan baş nazirinin partiyası Rusiyapərəst qüvvələrin topladıqlarının cəmindən çox səs qazandı
İrəvandan çox Bakını düşündürən siyasi proses
Kreml “tərəfdaşlarını” da yerinə qərar verir
... Yaxud Mütəllibovun son xidməti
“Qarabağ hərəkatı bizim üçün fəlakətli səhv idi”
Paşinyan Karapetyanı məhkəməyə verir
Akopyan seçicilərlə görüşdə Ermənistan baş nazirini müşayiət edib
Ermənistan baş naziri Rusiyapərəst əsas rəqibini necə zərərsizləşdirib?
Paşinyanla söhbətdə Azərbaycan müqayisəsi təsadüfi deyildi
Ermənistan baş naziri Azərbaycanın ərazi bütövlüyünü tanımasaydı, Putin hərbçiləri Qarabağdan çıxarmayacaqdı
Kilsə Ermənistan hakimiyyəti üçün siyasi rəqib və ideoloji baryer sayılır
Zaxarovanın tarixi “malalaması” və onun Paşinyana cavabı Rusiyanın özünüifşasıdır...
Ermənistanda katolikosa qarşı “düymə”yə basılıb
Ermənistan müxalifətinin “Şərəfim var” fraksiyasının rəhbəri Artur Vanetsyan İrəvanın mərkəzində aksiyalara başladığını elan edib. Ona qoşulanlar var. Hətta 44 günlük müharibədə iştirak etmiş iki zabit Vanetsyanın çağırışına aclıq aksiyası ilə qoşulub.
Vanetsyanın əsas tələbi baş nazir Nikol Paşinyanın Azərbaycanla danışıqlarına mane olmaq, sülh sazişinin bağlanmasını rədd etmək, Azərbaycanın ərazi bütövlüyünü tanımamaqdır. Çünki Vanetsyan hesab edir ki, bütün bunlar Qarabağın birdəfəlik itirilməsi deməkdir.
Dünən başladığı aksiyada Vanetsyan hamını küçəyə çıxmağa, Paşinyana etiraz etməyə səsləyib.
Bu aksiya maraqlı bir vaxta təsadüf edir.
17 apreldə İrəvanda aksiya başlayır, 19 apreldə isə Kremldə Nikol Paşinyan Rusiya lideri Vladimir Putinlə görüşəcək. Rusiyanın dövlət telekanalı “Rossiya 1” belə qarışıq məqamda bu görüşün çox mühüm olduğunu bildirib.
Xatırladaq ki, bundan əvvəl Nikol Paşinyanın parlamentdə çıxışından sonra “Ermənistan” və “Şərəfim var” fraksiyaları mitinq keçirmişdilər. Bu mitinqdə 10 min adamın iştirak edəcəyi bəyan olunsa da aksiya təşkilatçıları buna nail ola bilmədilər. İndi isə aksiyanı “Şərəfim var” fraksiyası təşkil edib. Bu aksiyanın xalq tərəfindən ciddi dəstək alacağı inandırıcı görünmür. Doğrudur bu gün Ermənistanda azsaylı aqressiv millətçi kütlə var. Ancaq bütövlükdə Ermənistan cəmiyyətini nə “Miatsum”, nə də “Artsax” şüarı ilə küçəyə çıxarmaq mümkün deyil.
Belə bir durumda keçirilən bu aksiyalar əslində Paşinyanın daha geniş manevr imkanları yaradır. Əslində dünəndən başlayan aksiyanı Ermənistan cəmiyyətinin Qarabağ mövzusuna yanaşmasının barometri də hesab etmək olar. Necə deyərlər Vanetsyan və onun rəhbərlik etdiyi “Şərəfim var” fraksiyası Paşinyan üçün barometr xidməti göstərir.