
Qitələrarası nümayiş
Şimali Koreya motoru işə saldı
Şimali Koreya motoru işə saldı
Modern silahlar ilk dəfə təqdim edildi
zirehli qatarla ...
Ukrayna müharibəsində ölən Şimali Koreya əsgərlərinin sayı açıqlandı
Kim Çen In Putinə qoşularaq Çinə gedir
Şimali Koreyada saxta “Starbucks” və İKEA meydana gəlib
ABŞ və Şimali Koreya razılığa gəlib
Şimali Koreya sərhədində insident: “Əsgərlərimizə atəş açıldı”
Şimali Koreyanın sirr kimi saxladığı hərbi baza
Kim Çen In Rusiyada döyüşən əsgərlərlə görüşdü
Şimali Koreyalı keçmiş əsgərin son arzusu
Şimali Koreyalı hakerlərin məlumatları sızdırıldı
Rusiya Prezidenti Tramp ilə keçirəcəyi zirvə barədə məlumat verdi
Şimali Koreyalı işçilərdən Rusiya etirafı
Şimali Koreyadan illər sonra ilk sülh addımı
Daha bir Şimali Koreyalı cənuba keçdi
Şimali Koreya ölkə lideri Kim Çen Inın nəzarəti altında gecə keçirilən hərbi paradda ən böyük və tanınmış ballistik raketlər və digər qabaqcıl silahları nümayiş etdirib. Parad haqqında məlumatı ölkənin dövlət mediası çərşənbə axşamı yayıb.
Koreyanın Dövlət Mərkəzi Xəbər Agentliyi (KCNA) bildirib ki, bazar ertəsi axşam saatlarında Pxenyanın mərkəzində keçirilən paradda Kim ölkəsinin nüvə imkanlarını “mümkün olan sürətlə” gücləndirəcəyinə söz verib.
ABŞ və müttəfiqləri ilə gərginliyi tədricən artıran Kim Şimali Koreya ilə hərbi qarşıdurmaya cəhd edən istənilən ölkənin məhv ediləcəyini bildirib.
“Nüvə güclərimizin fundamental missiyası müharibənin qarşısını almaqdır, lakin bizim nüvə silahlarımız heç vaxt müharibədən çəkindirmə missiyası ilə məhdudlaşa bilməz, hətta bu torpaqda heç vaxt arzulamadığımız bir vəziyyət yaransa belə” - deyə, Kim bildirib.
Qızılı və qırmızı naxışlarla bəzədilmiş ağ rəngli hərbi forma geyinən Kim Şimali Koreya ordusunun yaradılmasının 90-cı ildönümünü qeyd etmək üçün keçirilən parada həyat yoldaşı Ri Sol Ju ilə birlikdə qatılıb.
KCNA-nın dərc etdiyi fotoşəkillərdə paradda ölkənin ən qabaqcıl raketləri, o cümlədən ən böyük qitələrarası raketi olan olan “Hwasong-17” nümayiş etdirildiyi görünür.
Fotoşəkillər paradda nümayiş etdirilən yeganə yeni silahın bərk yanacaqla işləyən, sualtı qayıqlardan buraxılan ballistik raket olduğu görünür. Analitiklərin fikrincə bu model əvvəlki versiyalardan bir qədər uzun görünür.
Parad Şimali Koreyanın dövlət televiziyasında hələ göstərilmədiyi üçün başqa hansı silahların nümayiş etdirildiyi bəlli deyil. Dövlət televiziyası adətən bu cür hadisələri növbəti gün günorta və ya axşam saatlarında yayımlayır.