Merkelin təqaüdü səs-küy yaratdı
Dövlət hesabına mühafizə və imtiyazlar cəmiyyət tərəfindən müzakirə olunur
23:52 | 6 may 2022 | Cümə
Məqaləyə 1161 dəfə baxılıb
Şriftin ölçüsü
Dövlət hesabına mühafizə və imtiyazlar cəmiyyət tərəfindən müzakirə olunur
100 milyardlıq layihənin ləğvi Avropanın müdafiə planlarına zərbə vurdu
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Almaniya BMT Təhlükəsizlik Şurasına seçilə bilmədi
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
Azərbaycan şirkəti Ukraynada titan mədəninə milyonlarla dollar investisiya qoyub
Britaniya kəşfiyyatı ilk dəfə Ukrayna müharibəsi ilə bağlı rəqəmlər açıqladı
İtaliyada avtomobil elektron üsulla soyuldu, sığorta ödənişdən imtina etdi
Ukraynada snayperlərin yerini PUA-lar almağa başlayıb
Rusiyada yanğında ölən insan sayı 35 faiz, xəsarət alan 47 faiz artıb
Ukrayna zərbələrindən sonra NEZ-lər sıradan çıxıb
“İzolyasiya” həbsxanasının ən qəddar işçisini ən ağır cəza gözləyir
Almaniyada erkən seçki çağırışları güclənir
Alman televiziya ulduzu Türkiyədə saç əkimindən sonra xəstəxanalıq oldu
Moskva Ukraynadakı xarici səfirliklərə və diplomatik nümayəndəliklərə xəbərdarlıq etdi
İki liderin rusca danışmaması Medvedevi cin atına mindirib
Ukrayna prezidenti Vladimir Zelenski Almaniya kansleri Olaf Şoltsu “qüdrətli bir addım” ataraq Rusiyanın qələbə günü kimi qeyd etdiyi 9 mayda Kiyevə gəlməyə dəvət edib.
“Reuters” yazır ki, videobağlantı ilə Londondakı “Chatham House” analitik mərkəzinə müsahibə verən Zelenski Rusiyanı Mariupoldakı hərəkətlərinə görə kəskin tənqid edib.
Mariupoldakı “Azovstal” zavodunda Ukrayna döyüşçüləri ilə yanaşı yüzlərlə dinc sakin qalıb.
Ötən ay Almaniya prezidenti Ukraynadan səslənən tənqidlərə görə Kiyevə gəlməkdən imtina etdikdən sonra iki ölkə arasında münasibətlər bir qədər soyuyub.
Vladimir Zelenski mayın 6-da Almaniya kansleri Olaf Şoltsu Ukraynaya dəvət edib:
“Biz onu Ukraynaya dəvət edirik. O mayın 9-da Kiyevə gəlməklə qüdrətli bir siyasi addım ata bilər. Mən bunun əhəmiyyətini izah etmək istəmirəm. Güman edirəm ki, bunu başa düşmək üçün kifayət qədər savadlısınız”.
***
9 may Rusiyada böyük təntənə ilə qeyd edilən günlərdən biridir. Sovet İttifaqı bu günü Moskvanın Böyük Vətən Müharibəsi adlandırdığı II Dünya Müharibəsində nasist Almaniyası üzərində SSRİ-nin qələbəsi günü kimi qeyd edirdi.
Rusiya hazırda bu ənənəni davam etdirir.
Zelenski ölkənin cənubunda, Azov sahillərində yerləşən Mariupol haqqında danışarkən deyib ki, bu şəhərdə mühasirədə qalan sakinlər və oradakı Ukrayna əsgərləri öldürülərsə, Rusiya ilə heç bir danışıqlardan söhbət gedə bilməz.
Mariupol 10 həftə ərzində Rusiyanın hücumlarını dəf edə bilib. Şəhər Rusiya qüvvələrinin əlinə keçsə də oradakı “Azovstal” zavodunda istehkam quran Ukrayna döyüşçüləri təslim olmurlar.
Zelenski rusiyalılar barədə deyib: “Onlar elə bilirlər ki, nüvə dövləti olduqlarına görə hərbi cinayətlərdə ittiham oluna bilməzlər”.