Paşinyan seçkilərdə qalib gəldi ...
.... Amma konstitusion çoxluq əldə edə bilmədi
20:56 | 6 may 2022 | Cümə
Məqaləyə 972 dəfə baxılıb
Şriftin ölçüsü
.... Amma konstitusion çoxluq əldə edə bilmədi
Azərbaycanın qazandığı sülh və Cənubi Qafqazın yeni tarixi
Paşinyanın partiyası açıq üstünlük qazandı, amma cəmiyyət sülh və qeyri-müəyyənlik arasında ikiyə bölünür
Ermənistan baş nazirinin partiyası Rusiyapərəst qüvvələrin topladıqlarının cəmindən çox səs qazandı
İrəvandan çox Bakını düşündürən siyasi proses
Kreml “tərəfdaşlarını” da yerinə qərar verir
... Yaxud Mütəllibovun son xidməti
“Qarabağ hərəkatı bizim üçün fəlakətli səhv idi”
Paşinyan Karapetyanı məhkəməyə verir
Akopyan seçicilərlə görüşdə Ermənistan baş nazirini müşayiət edib
Ermənistan baş naziri Rusiyapərəst əsas rəqibini necə zərərsizləşdirib?
Paşinyanla söhbətdə Azərbaycan müqayisəsi təsadüfi deyildi
Ermənistan baş naziri Azərbaycanın ərazi bütövlüyünü tanımasaydı, Putin hərbçiləri Qarabağdan çıxarmayacaqdı
Kilsə Ermənistan hakimiyyəti üçün siyasi rəqib və ideoloji baryer sayılır
Zaxarovanın tarixi “malalaması” və onun Paşinyana cavabı Rusiyanın özünüifşasıdır...
Ermənistanda katolikosa qarşı “düymə”yə basılıb
Ermənistanda iqtidar deputatları hökumətə qarşı mitinqlər təşkil edib baş nazir Nikol Paşinyanın istefasını tələb edənlərin hərbi qulluğa çağırılmasını təklif ediblər. Bu təklif Ermənistan Milli Məclisinin mayın 6-da keçirilən sessiyasında səsləndirilib.
Parlamentin müdafiə və təhlükəsizlik komissiyasının növbədənkənar iclas keçirdiyi bir vaxtda, müxalifət İrəvanın küçələrində etiraz aksiyalarını davam etdirirdi.
Bu da xəbər verilir ki, müxalifət mayın 1-də etiraz mitinqlərinə başlayandan bəri polis yüzlərlə nümayişçini saxlayıb.
Müxalifətin vətəndaş itaətsizliyi adlandırdığı bu aksiyalarda iştirak edənlərin əksəriyyəti gənclərdir.
Əslində polis saxlanılanların demək olar hamısını qısa söhbətdən sonra sərbəst buraxıb.
Buna baxmayaraq müxalifət etiraz yürüşlərini davam etdirmək əzmindədir.
Parlamentin müdafiə və təhlükəsizlik komissiyasının sədri Andranik Köçəryan deyib ki, etiraz aksiyalarına çıxanların bir çoxu hərbi xidmətdən və ya rezervistlərin dövri toplanışlarından yayınanlardır:
“Əgər müxalifətin siyasi məqsədi Ermənistan təhlükəsizliyinin təmin olunmasıdırsa, biz saxlananların arasında əsl vətənpərvərləri, ordu xidmətinə borclarını vermiş əsl Ermənistan vətəndaşlarını görməliydik. Mən polisi və Ermənistanın Milli Təhlükəsizlik Xidmətini bu vətəndaşların şəxsi məlumatlarını toplayıb Müdafiə Nazirliyinə verməsini təklif edirəm”.
***
Bu ideyanı başqa iqtidaryönlü deputatlar, hüquq-mühafizə orqanlarının iclasda iştirak edən nümayəndələri də dəstəkləyiblər.
Ermənistan polisi rəisinin müavini Artur Martirosyansa bildirib ki, polis etirazçıların şəxsi məlumatlarını Müdafiə Nazirliyinə təqdim etməyə hazırdır.
Andranik Köçəryanın bu təklifi Ermənistanın insan haqları müdafiəçiləri tərəfindən kəskin tənqid olunub.
Onlardan biri, fəal Artur Sakunts deyib ki, polisin belə məlumatları başqa dövlət orqanlarına vermək səlahiyyəti yoxdur.
Başqa bir insan haqları müdafiəçisi - Nina Karapetyan isə bildirib: “Bunlar hətta ordu xidmətindən yayınanlar olsa belə onların aksiyalarda ovlanıb saxlanması düzgün deyil. Bu, əcinnə ovuna bənzəyir”.
***
Müxalifət liderləri də iqtidaryönlü deputatların təklifini tənqid ediblər.
Etiraz aksiyalarının liderlərindən biri, Daşnaksutyun partiyasının nümayəndəsi İşxan Saqatelyan təklifi “alçaqlıq” adlandırıb: “Bugünlərdə bu tribunadan ayaqları olmayan iki veteran çıxış edib”.
Saqatelyan onların ayaqlarını 2020-ci ildə Dağlıq Qarabağda itiridiklərini xatırladıb.
Müxalifətçi iddia edib ki, İrəvanın müxtəlif rayonlarında saxlanmış etirazçıların ən azı 40 nəfəri müharibə veteranıdır.
Ermənistanda aprelin sonlarından fasiləsiz etirazlara başlayan müxalifət baş nazir Nikol Paşinyanın istefasını tələb edir.
Onlar Paşinyanı Qarabağı Azərbaycana “təhvil verməkldə” ittiham edirlər.
İqtidar bildirir ki, müxalifətin etiraz aksiyaları Ermənistan əhalisinin əksəriyyəti tərəfindən dəstəklənmir.