
Dayaz sular strategiyası
Fransa polisinin miqrantlara müdaxilə taktikası – şişmə qayıqlar bıçaqla deşiləcək
Fransa polisinin miqrantlara müdaxilə taktikası – şişmə qayıqlar bıçaqla deşiləcək
Hindistanda qapalı qalan reaktiv təyyarənin sirri nədir?
Qatil tibb bacısı istintaqında 3 yeni həbs
TikTok trendinə qatılan 12 yaşlı uşaq dünyasını dəyişib
... Ucuz və sonsuz insan resursu
Rusiya – faşistlərin işğal etdiyi ölkəni xatırladan dövlət
Hərbi maşınlara lazer silahları quraşdırılacaq
Xəstəxanaya kiberhücum xəstənin ölümünə səbəb olub
Böyük Britaniya Rusiya aktivlərinin gəliri müqabilində raketlər göndəriləcək
Yaxın xaric ölkələrdə qiymətlər necə artacaq?
İngiltərə, Fransa və Almaniyadan İrana xəbərdarlıq
Müharibə hazırlığı planı haqqında nə məlumdur?
Göz qapağının sallanması, çəpgözlük, udma çətinliyi, nitqin pozulması, keyimə və ən qorxulusu iflic
Hansı ölkənin nüvə arsenalı daha sürətlə böyüyür?
Azadlıq günü, konstitusiyası yoxdur – yazılmayan, amma dəyişdirilməyən qaydaları var
“Sonsuz kimyəvi maddə” adlanan trifloresan turşusu ömür boyu davam edir
Putin bugünkü çıxışında “1945-də olduğu kimi, yenə zəfər bizim olacaq” deyə xalqa müraciət edib. “BİZİM” dediyi qələbənin sahibləri var idi, onlar təkcə ruslar deyildi. Adam mənən o qədər sınıb, tükənib ki, yalnız və yalnız 1945-ci il faşizm üzərindəki qələbə ilə öyünə, təskinlik tapa bilir. Yalan danışmasını bununla da əlaqələndirmək olar.
Bununla belə, bəzi məqamları xatırlatmaqda fayda var. Yəni bir neçə vacib məqamı Putin, deyəsən, öz yaddaşından qəsdən çıxarıb:
1. Qələbəni ABŞ və Britaniyanın Normandiya sahillərinə çıxartdığı 2 milyonluq müttəfiq ordusu sayəsində təmin etmək mümkün olmuşdu. Əgər bu dəstək olmasaydı, 1943-cü ildə Baltik dənizində üstünlüyü ələ almağa yaxın olan almanların Şimaldan Rusiyanı əzib keçəcəyinə şübhə qalmamışdı.
2. Hər şeyi tükənməkdə olan SSRİ-nin xilasını “Lend-liz proqramı”ı çərçivəsində Amerika və Britaniyadan Stalinə göndərilən silah və ərzaq axını təmin elədi.
Təsəvvür edin ki, eni-uzunluğu on minlərlə kilometrlə ölçülən cəbhədə təkbaşına 40 ölkə ilə vuruşan bir Almaniya düşünün. Faşizmi təmsil etməsinə toxunmuram, o başqa mövzudur. Bir ölkə olaraq bütün bu cəbhələrin öhdəsindən düz 7 il (1939-1945) məharətlə gələn, ən sadəsi - kibrit qutusundan tutmuş hər şeylə kompleks təmin olunmuş və quruda, havada, okeanlarda, dənizlərdə bütün bu misli-bərabəri görünməmiş ağlasığmaz prosesi idarə edən Ordu!
Yardım siyahısı dəhşət çoxdur, çalışacağam əsas olanları yazım.
Təyyarə - 18400 ədəd
Tank - 18564 ədəd
Avtomobil - 432 516 ədəd
Lokomotiv- 1981 ədəd
Motosiklet - 36891 ədəd
Top - 5000 ədəd
Avtomat - 131633 ədəd
Pistolet - 12997 ədəd
Tüfəng - 8218 ədəd
Partlayıcı maddələr - 345735 ton
Barıt - 127000 ton
Qumbara - 903000 ədəd
Radiostansiya - 4338 ədəd
Radiolakator - 2074 ədəd
Hərbi gəmi - 105 ədəd
Hərbi kater - 202 ədəd
Gəmi - 90 ədəd
Sualtı gəmi - 4 ədəd
Gəmilər üçün motor - 7784 ədəd
Vaqon - 11075 ədəd
Traxtor - 8071 ədəd
Silah zavodları üçün dəzgah - 38100 ədəd
Telefon - 2 500 000 ədəd
Azuqə-ərzaq - 4 478 000 ton
Dəmir - 2 800 000 ton
Əlvan metal - 802 000 ton
Neft məhsulları- 2 670 000 ton
Adyal- 1 541 590 ədəd
Əsgər çəkmələri -1 541 700 ədəd
Düymə - 257milyon ədəd və s.
Siyahı çox uzundur burada milyonlarla qutu ət konservləri, əsgərin yaxasına asılan medal, pambıq, dəri, 3.5 milyon ədəd təkər kimi nə desən var.
Təsəvvür edin qatarların relsləri belə (622 min ton) Amerikadan gəlib. Qurulan zavodların dəzgahlarından tutmuş, avtomobillərin boltlarına kimi ABŞ-dan gəlib. Verilən avtomobil, lokomotiv sayı isə SSRİ-nin öz istehsalından 2 dəfə çoxdur, hansı ki SSRİ-də istehsal olunan da yenə ABŞ dəmiri, dəzgahı, avadanlığı ilə ərsəyə gətirilirdi.
2,5 milyon ton benzin göndərilib ki, ümumi SSRİ-nin öz istehsalından 3 dəfə çoxdur.
Öz mayasından aşağı ilə hesablayanda o zamanın pulu ilə 160 milyard, bu günün pulu ilə 10 trilyon dollardan çox yardım olunub.