
Ukrayna NATO ərazisində silah zavodu açır
“Kreml sabotajla cavab verə bilər”
“Kreml sabotajla cavab verə bilər”
NATO həyəcan siqnalı verdi
“Təbiət müttəfiqdir, biz onu istifadə etmək istəyirik”
Alman səmasında Rusiya PUA-ları həyəcan yaratdı
Müttəfiq ölkələr ilk dəfə ÜDM-nin 2%-lik müdafiə xərcləri tələbini ödəyəcək
Almaniyanın silah satışındakı irəliləyişi müzakirələrin mərkəzində
“Sualtlı qayıq ovçuları” dünyanın ən böyük təyyarədaşıyan gəmisi üçün havaya qalxdı
Almaniyada yeni Milli Təhlükəsizlik Şurası yaradıldı
Avropa yaxın gələcəkdə özünü müdafiə edə bilməyəcək
Alman qırıcıları siqnal verməyən rus təyyarəsinə qarşı havalandı
ABŞ Hindistan mallarına tarif tətbiq etdi
İsveç Baş nazirinin Ankara ziyarəti sonrası NATO Təhlükəsizlik skandalı
Avropanı dinləyən nəhəng anten
Təhlükəsizlik zəmanətləri və ərazi tələbləri müzakirə olunur
NATO hərbi rəhbərləri Vaşinqtonda Ukraynanın təhlükəsizliyi ilə bağlı danışıqları davam etdirir
Finlandiyalı siyasətçinin intihar etdiyi deyilir
Rusiya Prezidenti Vladimir Putin finlandiyalı həmkarına deyib ki, Finlandiyanın NATO-ya qoşulması “səhv” addım olar. Bu barədə Kremlin bəyanatında bildirilib.
İki lider şənbə günü telefonda danışıb. Telefon danışığı bir neçə Respublikaçı senatordan ibarət nümayəndə heyətinin ABŞ Senatının azlıq lideri Mitç MakKonnelin başçılığı ilə Ukraynaya səfər etdiyi bir vaxta təsadüf edib. Ukrayna prezidentinin administrasiyasının məlumatına görə, Ukrayna Prezidenti Vladimir Zelenski deyib ki, bu səfər Amerikada hər iki partiyanın Ukraynaya dəstəyinə güclü işarədir.
Zelenski həmçinin cümə günü Rusiyanın Ukrayna hərbi müdaxiləsi ilə bağlı gündəlik müraciətində deyib ki, “Bu gün heç kəs bu müharibənin nə qədər davam edəcəyini təxmin edə bilməz”.
“Amma biz torpaqlarımızı tez bir zamanda azad etmək üçün əlimizdən gələ hər şeyi edirik. Bizim prioritetimiz – hər günü müharibəni qısaltmağa çalışmaqdır”, o deyib.
Zelenski deyib ki, müharibənin müddəti “təəssüf ki, təkcə onsuz da maksimumu edən bizim xalqımızdan asılı deyil”.
O deyib ki, “bu həm də bizim tərəfdaşlarımızdan – Avropa ölkələrindən, azad dünyanın ölkələrindən asılıdır”.
Bu arada isə Rusiya qoşunları həftələrlə atəşə məruz qoyduqları Xarkov şəhərindən geri çəkilməyə başlayıblar. Ukrayna ordusu bildirib ki, Rusiya qoşunları Ukraynanın ikinci ən böyük şəhərindən geri çəkilirlər və diqqətlərini tədarük marşrutlarını qorumağa yönəldirlər, eyni zamanda isə şərqdəki Donetsk bölgəsində “Ukrayna qüvvələrini tükəndirmək və istehkamları məhv etmək” üçün hücumlar həyata keçirirlər.
Vaşinqtonda mənzillənən Müharibə Araşdırmaları İnstitutu beyin mərkəzi bildirib ki, “belə görünür ki, Ukrayna Xarkov döyüşündə qalib gəlib”.
***
Finlandiya Prezidenti Saulu Niinisto ilə Putin arasında Skandinaviya ölkələrinin NATO-ya qoşulmaq niyyəti ilə bağlı telefon danışığı Finlandiyanın təşəbbüsü ilə keçirilib. Bu barədə Niinistonun ofisi məlumat verib.
“Söhbət açıq və düz olub və kəskinləşmədən aparılıb. Gərginliklərin qarşısının alınması vacib hesab edilib”, Niinistonun ofisi ona istinad edərək bildirib.
Kremlin telefon danışığı ilə bağlı açıqlamasında bildirilib ki, Putin Niinistoya deyib ki, Finlandiyanın neytrallıq siyasətindən əl çəkməsinin Rusiya-Finlandiya münasibətlərinə mənfi təsiri olacaq.
Niinisto və Finlandiyanın baş naziri Sanna Marin cümə axşamı bildiriblər ki, onlar ölkələrinin NATO-ya “ləngimədən” qoşulmalarını istəyirlər. Bu, Rusiyanın Ukraynaya müdaxiləsinə cavab olaraq ənənəvi olaraq neytral olan bu ölkə üçün böyük siyasət dəyişikliyi olacaq.
“Putin vurğulayıb ki, ənənəvi hərbi neytrallıq siyasətinə son qoymaq səhv olar, çünki Finlandiyanın təhlükəsizliyinə heç bir təhlükə yoxdur”, Kremlin bəyanatında bildirilib.
Bir başqa ənənəvi olaraq neytral Skandinaviya ölkəsi olan İsveçin də növbəti günlərdə NATO-ya qoşulmaq üçün müraciət edəcəyi gözlənilir.
NATO-nun Ukraynadakı münaqişə fonunda mümkün genişlənməsi şənbə günü ABŞ dövlət katibi Entoni Blinkenin də iştirakı ilə Berlində keçiriləcək NATO xarici işlər nazirlərinin görüşündə əsas müzakirə mövzusu olacaq.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan cümə günü ölkəsinin Finlandiya və İsveçin NATO-ya qoşulmasını dəstəkləmədiyini deyib və buna səbəb olaraq onların Türkiyənin terror təşkilatı olaraq tanıdığı qrupları, o cümlədən kürd militant qrupları dəstəkləməsini göstərib.
“Biz İsveç və Finlandiya ilə bağlı xəbərləri izləyirik, amma biz buna müsbət yanaşmırıq”, Ərdoğan İstanbulda müxbirlərə deyib. NATO-nun genişlənməsi üçün mövcud üzvlərin yekdil təsdiqi gərəkdir.
ABŞ rəsmiləri “Türkiyənin mövqeyinə aydınlıq gətirmək” üzərində işlədiklərini bildiriblər, eyni zamanda isə “Birləşmiş Ştatların Finlandiya və/və ya İsveç buna qərar verdikləri təqdirdə onların NATO-ya üzvlük müraciətlərini dəstəkləyəcəyini” vurğulayıb.
“Biz NATO-nun Açıq Qapı siyasətini qətiyyətlə dəstəkləyirik,” ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavini Karen Donfrid cümə günü müxbirlərə deyib. “Mən düşünürəm ki, ABŞ-ın Ukraynaya dəstək çərçivəsində müdafiə etdiyi fundamental prinsip hər bir suveren ölkənin öz gələcək xarici və təhlükəsizlik siyasətini müəyyən etmək hüququdur”.
Həm İsveç həm də Finlandiyanın xarici işlər nazirləri şənbə günü Berlində Şimali Atlantika Şurasının qeyri-rəsmi şam yeməyində iştirak edəcəklər. Blinken Almaniyadan sonra bazar günü Fransaya yola düşəcək. Orada o, ABŞ-Aİ Ticarət və Texnologiya Şurasının (TTC) nazirlərinin ikinci görüşündə iştirak edəcək.
ABŞ Prezidenti Co Bayden cümə günü İsveçin Baş naziri Maqdalena Andersson və Finlandiyanın Prezidenti Niinisto ilə danışıb.
“Prezident Bayden NATO-nun Açıq Qapı siyasətinə və Finlandiya və İsveçin öz gələcəkləri, xarici siyasətləri və təhlükəsizlik proqramına qərar vermək hüququna dəstəyini vurğuladı,” Ağ Evin bildirib və əlavə edib ki, liderlər “Ukraynaya və müharibədən zərər çəkmiş Ukrayna xalqına dəstək üçün davamlı koordinasiyaya dair ortaq öhdəliklərini təkrarladılar”.