
“F-16” faciəsi
Polşada hərbi pilot həlak oldu, aviaşou ləğv edildi
Polşada hərbi pilot həlak oldu, aviaşou ləğv edildi
“İstefa etməsə, vəzifəsindən kənarlaşdıracağam”
Təyyarənin endirə bilən təcrübəli pilot faciənin qarşısını aldı
Çimərliklər bağlandı
... Sosial şəbəkədə etirazlar yağdı
Alyaska – ortodoks kilsələri, raket bazaları və siyasi mühacirlərin sığınacağı
Kreml Tramp-Putin görüşləri ərəfəsində köhnə palan içi tökür
Tramp Vaşinqtona əsgər yığır
Putin ABŞ-a satılan Alyaskaya səfər edən ilk Rusiya lideri olacaq
Obama, oğul və ata Buşun portretləri Ağ Evdə ziyarətçilərin görmədiyi yerə aparıldı
Hafizəmizdən silinməyəcək mənzərə
ABŞ-da yüzlərlə təyyarənin gecikməsi, onlarla reysin ləğvi minlərlə sərnişinə təsir etdi
Pekin Vaşinqtonun tarif təhdidlərinə qarşı əməkdaşlığı genişləndirir
Minimum gömrük qiymətləri 10%-dən 15-ə qaldırıldı
ABŞ Prezidenti yaxın günlərdə yeni FED üzvü və statistikasının rəhbərini açıqlayacaq
Tramp: “Anlaşma istəmədilər, ...”
Abort hüquqları tərəfdarları şənbə günü Birləşmiş Ştatlar boyu bir neçə şəhərdə etiraz aksiyaları başladırlar. Etirazın təşkilatçıları deyir ki, ABŞ-ın Ali Məhkəməsi ölkə boyu abortu leqallaşdıran “Roe v. Wade” məhkəmə qərarını ləğv etdiyi təqdirdə bu, “qəzəb yayı”na çevriləcək.
Planned Parenthood (Planlı Valideynlik), Qadınların Yürüşü və digər abort hüquqları qrupları şənbə günü 300-dən çox “Bədənimizi Qadağan Edin” aksiyaları təşkil ediblər. Ən çox etirazçının Nyu-York, Vaşinqton, Los Anceles və Çikaqo şəhərlərindəki aksiyalarda iştirak edəcəkləri gözlənilir.
Nümayişlər mayın 2-də ali məhkəmədə çoxluq təşkil edən mühafizəkar hakimlərin 1973-ci ildə qəbul edilən və hamiləliyi sonlandırmaq üçün federal konstitusiya hüququ yaradan qərarı ləğv etməyə hazırlaşdığını göstərən layihənin sızmasına cavab olaraq keçirilir.
Məhkəmənin son qərarı iyun ayında verəcəyi gözlənilir ki, bu qərar ştatlara abortu qadağan etməyə səlahiyyət verə bilər. ABŞ ştatlarının yarısı qərardan qısa müddət sonra abortu ya qadağan edə ya da kəskin şəkildə məhdudlaşdıra bilər.
Təşkilatçılar deyir ki, onlar şənbə günü keçirilən aksiyalarda yüz minlərlə insanın iştirak edəcəyini gözləyir. Onlar bunun Ali məhkəmənin qərarı ilə əlaqədar keçiriləcəyi gözlənilən çox sayda koordinasiyalı etiraz aksiyalarından ilki olacağını deyirlər.
“Bu, bu ölkənin qadınları üçün qəzəb yayı olacaq,” Qadınlar Yürüşünün prezidenti Reyçel Karmona deyib. “Bu hökumət bizim üçün işləməyənə qədər, bədənlərimizə hücumlar dayandırılmayanadək, abort hüququ qanuna kodlaşdırılmayanadək, biz idarəolunmaz olacağıq”.
Hazırda həm Ağ Ev həm də Konqresin hər iki palatasına nəzarət edən Demokratlar ümid edirlər ki, Ali məhkəmənin qərarına etirazlar onların partiyalarından namizədərin noybarda keçiriləcək ara seçkilərdə qələbə çalmalarına gətirib çıxaracaq.
Ancaq seçicilər abort hüquqları ilə yanaşı artan ərzaq və yanacaq qiymətləri kimi məsələləri də nəzərdən keçirəcəklər və onlar federal qanunda abort hüquqlarını təsbit edəcək qanunvericilik aktlarını qəbul etmək cəhdləri uğursuzluqla nəticələndikdən sonra Demokratların aborta çıxışı qorumaq imkanlarına şübhə ilə yanaşa bilərlər.
Şənbə günü Nyu-Yorkda nümayişçilər Bruklin körpüsündə yürüş etməyi planlaşdırır, Vaşinqtonda etirazçılar isə Vaşinqton abidəsinin önündə toplaşıb, daha sonra Ali Məhkəməyə yürüş edəcəklər.
Keçən həftələrdə etirazçılar sızdırlan məlumata görə, “Roe v. Wade” qərarını ləğv etməyə səs verən Ali məhkəmənin hakimləri Samuel Alito və Brett Kavanonun evinin önündə nümayişlər keçiriblər.