
Ukrayna NATO ərazisində silah zavodu açır
“Kreml sabotajla cavab verə bilər”
“Kreml sabotajla cavab verə bilər”
NATO həyəcan siqnalı verdi
“Təbiət müttəfiqdir, biz onu istifadə etmək istəyirik”
Alman səmasında Rusiya PUA-ları həyəcan yaratdı
Müttəfiq ölkələr ilk dəfə ÜDM-nin 2%-lik müdafiə xərcləri tələbini ödəyəcək
Almaniyanın silah satışındakı irəliləyişi müzakirələrin mərkəzində
“Sualtlı qayıq ovçuları” dünyanın ən böyük təyyarədaşıyan gəmisi üçün havaya qalxdı
Almaniyada yeni Milli Təhlükəsizlik Şurası yaradıldı
Avropa yaxın gələcəkdə özünü müdafiə edə bilməyəcək
Alman qırıcıları siqnal verməyən rus təyyarəsinə qarşı havalandı
İsveç Baş nazirinin Ankara ziyarəti sonrası NATO Təhlükəsizlik skandalı
Avropanı dinləyən nəhəng anten
Təhlükəsizlik zəmanətləri və ərazi tələbləri müzakirə olunur
NATO hərbi rəhbərləri Vaşinqtonda Ukraynanın təhlükəsizliyi ilə bağlı danışıqları davam etdirir
Finlandiyalı siyasətçinin intihar etdiyi deyilir
Avropa liderləri Ukrayna üçün təhlükəsizlik zəmanətini müzakirə edir
İsveçrənin Müdafiə Nazirliyi bildirib ki, ölkənin neytral statusuna Rusiyanın Ukraynaya səbəbsiz və əsassız hücumu ilə bağlı yenidən baxılır.
Müdafiə Nazirliyinin yeni hesabatında NATO ilə birgə təlimlərin keçirilməsinin, silah-sursat ehtiyatı hazırlanmasının mühümlüyü qeyd olunur.
Nazirliyin təhlükəsizlik siyasəti şöbəsinin müdiri Paelvi Pulli “Reuters” agentliyinə deyib ki, sözü gedən hesabat müzakirə mərhələsindədir.
Pulli deyib ki, İsveçrənin xarici siyasətində neytrallığın təfsiri məsələsinə yenidən baxıla bilər.
Bu həftə Vaşinqtonda olan İsveçrə müdafiə naziri Viola Amherd deyib ki, onun ölkəsinin hazırda NATO-ya qoşulmaq planları olmasa da, ölkə Şimal alyansı ilə daha sıx əməkdaşlıq edəcək.
Xanım Amherd deyib ki, onun ölkəsinin hərbi rəhbərliyi NATO komandanlığı ilə müntəzəm görüşlər keçirir.
“Reuters” xəbər verir ki, İsveçrə ilə NATO arasındakı əməkdaşlığa dair hesabat sentyabr ayında açıqlanacaq.
Bundan sonra hesabat müzakirə üçün parlamentə təqdim olunacaq.
***
İsveçrə 1815-ci ildən bəri heç bir fəal müharibədə iştirak etməyib.
1907-ci ildə qəbul olunmuş Haaqa Konvensiyasına görə İsveçrə heç bir beynəlxalq münaqişələrə qatılmamalı, münaqişə tərəflərinə rəğbət göstərməməlidir.
Buna baxmayaraq neytrallığı ölkə Konstitusiyasında təsbit edilmiş İsveçrə özünümüdafiə hüququna malikdir.
İsveçrə Rusiyanın Ukraynaya hücumunu pisləyib, lakin Ukraynaya İsveçrə istehsalı silahların təkrar ixracına qadağan qoyub.
NATO ilə sıx əməkdaşlığı olan İsveçrə indiyədək “Lockheed Martin” şirkətinin “F-35A” qırıcılarını alıb.
Rusiyanın İsveçrədəki səfiri Vladimir Xoxlov deyib ki, İsveçrənin müdafiə sistemində nəzərdə tutulan dəyişikliklər Moskva tərəfindən “neytrallığın radikal dəyişikliyi” kimi qiymətləndirilir və bunun müəyyən nəticələri olacaqdır.
“Reuters” xəbər verir ki, keçirilmiş rəy sorğuları ölkədə NATO ilə bağlara rəğbətin 37 faizdən 56 faizə yüksəldiyini göstərib.
İsveçrə Liberal-Demokrat Partiyasının lideri Terri Burkart (Thierry Burkart) bunu ictimai rəydə “seysmik dəyişiklik” adlandırıb.
***
İsveç hökuməti NATO-ya daxil olmaq barədə rəsmi qərarını elan edib.
Stokholm bu qərara Rusiyanın Ukraynaya səbəbsiz və əsassız hücumundan sonra gəldiyini bildirir.
İsveç bundan əvvəl 200 il ərzində neytral ölkə sayılıb.
Dünən (mayın 16-da) Stokholmda parlamentə müraciət edən baş nazir Maqdalena Anderson deyib ki, bu qərar “ölkənin təhlükəsizliyi üçün tarixi qərardır”.
Baş nazirin sözlərinə görə İsveç NATO üzvlüyündə gələcək təhlükəsizliyini görür.
İsveçdən başqa Finlandiya da Şimal alyansına qoşulmaq niyyətini bildirib.
Finlandiya II Dünya Müharibəsindən sonra neytrallıq statusu qəbul etmişdi.
İsveç və Finlandiyanın NATO-ya qoşulması Rusiya ilə alyans arasında birbaşa sərhəd xəttini iki dəfə artıracaq.
Rusiya prezidenti Vladimir Putin NATO-nun belə genişlənməsinin Moskva üçün birbaşa təhlükəsizlik hədəsi olmadığını deyib.
Amma o əlavə edib ki, Moksva NATO infrastrukturunun genişlənməsinə “cavab reaksiyası” verəcək.