Ukraynadan Rusiyaya NATO raketləri
USQ Rusiyadakı strateji kimya zavodunu “Storm Shadow” ilə hədəf aldı
18:21 | 29 may 2022 | Bazar
Məqaləyə 1019 dəfə baxılıb
Şriftin ölçüsü
USQ Rusiyadakı strateji kimya zavodunu “Storm Shadow” ilə hədəf aldı
Zelenski: “Lazımi sayda “Patriot” raketlərini təmin etmək üçün ABŞ ilə birgə çalışırıq”
Kremli bir ildə üç dəfə məğlub edən siyasətçi
Putinin Moldova ümidləri puç oldu
ABŞ Hindistan mallarına tarif tətbiq etdi
İngilislər ABŞ prezidentinə təsir etməyin ən rahat yolunu açıqladı
Zelenski Trump-Putin görüşünə Kiyevsiz hər hansı razılaşmanı rədd edir
Vaşinqtonun Yeni Dehliyə gömrük faizi 50-yə yüksəldi
“Saky” bazası hədəfə alındı, bombardman təyyarələri vuruldu
“Müharibənin əvvəlində bizi Rusiya nefti almağa təşviq edirdi”
Görəsən, onun zəifləməkdə məqsədi nədir?”
Almaniyaya təhdid, Ukraynada irəliləyiş
Avropa Birliyi liderləri Si Cinpinin açıqlamalarına sərt cavab verdi
Vaşinqton Ukraynaya 322 milyon dollarlıq silah satışına razılıq verdi
ABŞ Ukraynaya zirehli texnika və raket sistemləri göndəriləcək
Azərbaycan və Rusiya münasibətlərindəki böhran hara gedir?!
Avropa Komissiyası Avropa İttifaqı ölkələrinin hökumətlərinə Rusiyaya qarşı düzəlişlər edilmiş sanksiyalar paketini göndərib. Yeni düzəlişlər Rusiya neftinin dənizlə daşınmasına qoyulan qadağaların qüvvədə saxlanılsa da, boru kəməri ilə nəqlin embarqosunun təxirə salınmasını nəzərdə tutur.
Bu barədə yazan “Bloomberg” və “Politico” nəşrlərinin fikrincə, bu, Macarıstan və dənizə çıxışı olmayan bir sıra digər Avropa İttifaqı ölkələrinə Rusiyadan xam neft almağa davam etməyə imkan verəcək.
“Bloomberg”in yazdığına əsasən, Avropa İttifaqı ölkələrinə dəniz yolu ilə neft idxalından 6 ay sonra, neft məhsullarından isə 8 ay sonra imtina təklif edilir.
Söhbət Avropa İttifaqının ortaq məxrəcə gələ bilmədiyi altıncı sanksiyalar paketindən gedir. Daha öncə Macarıstan baş naziri Viktro Orban Rusiya neftinə embarqo təklifinin müzakirəsi ehtimalını istisna edib. Orban Avropa Şurasının prezidenti Şarl Mişele məktub yazaraq, ölkəsinin Rusiya neftindən uzaqlaşmasına imkan verəcək Avropa İttifaqının maliyyələşdirilməsi ilə bağlı ətraflı məlumat olmadan sanksiyaları dəstəkləyə bilməyəcəyini bildirib.
“Politico” qeyd edir ki, Rusiyaya qarşı daha sərt tədbirlərin tərəfdarları altıncı sanksiyalar paketinin qəbul edilməsi üçün bu güzəştə getməyə hazırdırlar. Yeni düzəliş edilmiş sanksiyalar paketi rəsmi olaraq hələ təqdim edilməyib.
Macarıstan qazın 85 faizini, neftin isə 60 faizini isə Rusiyadan alır. “Politico” nəşri daha Avropa İttifaqının Macarıstana pul təzminatı təklif edərək bununla da ölkəni sanksiyalara səs verməyə inandırmaq istədiyini yazmışdı.
Şarl Mişel bildirib ki, Rusiya Federasiyasına qarşı neft embarqosu ilə bağlı konsensus mayın 30-31-də Avropa İttifaqı sammitində əldə oluna bilər.