İran yenə hədələdi
SEPAH generalı yeni müqavimət cəbhəsindən danışdı
13:45 | 1 iyun 2022 | Çərşənbə
Məqaləyə 1020 dəfə baxılıb
Şriftin ölçüsü
SEPAH generalı yeni müqavimət cəbhəsindən danışdı
Trampdan Netanyahuya xəbərdarlıq
Şiraz hava limanında uçuşlar dayandırıldı
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
İran mediası ABŞ ilə gözlənilən sazişi təkzib etdi
Hörmüz boğazı ilə bağlı xüsusi maddə var
Hörmüz boğazında gərginlik yenidən artır
Qiymətlər sürətlə bahalaşır
Mayın 31-də İranın cənubundakı Abadan şəhərində binanın uçmasına görə etiraz edənlər yenidən küçələrə çıxıblar. Son məlumata görə xarabalıqların altından hələ də meyitlər çıxarılır və ölənlərin sayı 34-ə yüksəlib. Xəbər verilir ki, etirazçılar antihökumət şüarları, o cümlədən “Xameneyiyə ölüm!” şüarı səsləndirirdilər.
Metropol adlı 10 mərtəbəli binanın bir blokunun uçması son illərdə İranda baş vermiş ən böyük bədbəxt hadisələrdən biri sayılır. Mayın 23-də baş vermiş hadisədən sonra səkkiz gün ərzində etirazlar səngimək bilmir. Müşahidəçilər deyirlər ki, onsuz da ərzaq qiymətlərinin kəskin bahalaşmasına görə ölkədə gərgin vəziyyət hökm sürür. Mayın 31-də binanın xarabalıqları altından daha bir meyit çıxarılıb.
***
Binanın uçması nəticəsində 37 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Xilasedicilərin təxminlərinə görə xarabalıqlar altında hələ də 25 nəfər qalıb. Hakimiyyət orqanları hadisəyə görə inşaatçıları günahlandırır, korrupsiyaya yol verildiyini və tikinti standartlarına əməl olunmadığını bildirir.
İndiyədək bu hadisə ilə əlaqədar 13 nəfərin həbs olunduğu bildirilir. Lakin etirazçılar deyirlər ki, ölkədə korrupsiya endemik hal alıb və hadisə hökumətin səhlənkarlığına görə baş verib.
Sosial media platformalarında yayılan videolarda etirazçılardan bəzilərinin “Xameneyiyə ölüm!” şüarı qışqırdıqları eşidilir. Abadan şəhəri əhalisinin əksəriyyəti ərəb olan Xuzistan vilayətində yerləşir.