Paşinyan seçkilərdə qalib gəldi ...
.... Amma konstitusion çoxluq əldə edə bilmədi
14:05 | 1 iyun 2022 | Çərşənbə
Məqaləyə 577 dəfə baxılıb
Şriftin ölçüsü
.... Amma konstitusion çoxluq əldə edə bilmədi
Azərbaycanın qazandığı sülh və Cənubi Qafqazın yeni tarixi
Paşinyanın partiyası açıq üstünlük qazandı, amma cəmiyyət sülh və qeyri-müəyyənlik arasında ikiyə bölünür
Ermənistan baş nazirinin partiyası Rusiyapərəst qüvvələrin topladıqlarının cəmindən çox səs qazandı
İrəvandan çox Bakını düşündürən siyasi proses
Kreml “tərəfdaşlarını” da yerinə qərar verir
... Yaxud Mütəllibovun son xidməti
“Qarabağ hərəkatı bizim üçün fəlakətli səhv idi”
Paşinyan Karapetyanı məhkəməyə verir
Akopyan seçicilərlə görüşdə Ermənistan baş nazirini müşayiət edib
Ermənistan baş naziri Rusiyapərəst əsas rəqibini necə zərərsizləşdirib?
Paşinyanla söhbətdə Azərbaycan müqayisəsi təsadüfi deyildi
Ermənistan baş naziri Azərbaycanın ərazi bütövlüyünü tanımasaydı, Putin hərbçiləri Qarabağdan çıxarmayacaqdı
Kilsə Ermənistan hakimiyyəti üçün siyasi rəqib və ideoloji baryer sayılır
Zaxarovanın tarixi “malalaması” və onun Paşinyana cavabı Rusiyanın özünüifşasıdır...
Ermənistanda katolikosa qarşı “düymə”yə basılıb
Ötən həftə Paşinyan Ermənistanın ilk peykinin orbitə qaldırılması ilə bağlı açıqlama verib. Onun bu açıqlamasından sonra Ermənistan cəmiyyətində ciddi fikir ayrılıqları yaranıb. Səbəb isə ondan ibarətdir ki, heç bir ciddi peyk qurumlarında Paşinyanın səsləndirdiyi peykin həqiqətən Ermənistana məxsus olması haqqında qeyd yoxdur.
Bir qədər araşdırdıqda isə ortaya maraqlı faktlar çıxır.
Ermənistana məxsus olduğu iddia edilən, yerin müşahidə peykinin “SpaсeX” tərəfindən orbitə qaldırıldığı bildirilir.
Lakin həmin qeyd olunan tarixdə “Space X” Almaniyanın “Exolaunch” şirkətinin “Exolaunch Transporter-5” proqramı çərçivəsində hazırladığı onlarla kiçik ölçülü peykələri orbitə qaldırıb.
Bu peyklərin məxsus olduğu ölkələrin adları da qurumun rəsmi saytında açıqlanıb, orada Ermənistanın adı yoxdur.
Həmin siyahıda Ermənistanın iddia etdiyi “Urdaneta –ArmSat1” peykinin isə əslində İspaniyaya məxsus olduğu görünür. Yəni peyki hazırlayan Exolaunch bildirir ki, peyk İspaniyanın “Santlantis” şirkəti tərəfindən sifariş edilib.
“Santlantis” isə bildirir ki, peyk banklardan götürülən kredit əsasında hazırlanıb.
Paşinyan isə peykin Ermənistanın “Geokosmos” qurumu ilə həmin “Santlantis” arasında baş tutan əməkdaşlıq çərçivəsində hazırlandığını bildirir.
Beləliklə, buradan belə qənaətə gəlmək olur ki, adı çəkilən peyk İspaniyanın “Santlantis” şirkətinə məxsusdur, “Santlantis” şirkəti tərəfindən idarə olunur və Ermənistan yalnız icarə ilə onun xidmətlərindən bəhrələnə bilər.
“Santlantis” şirkətinin saytında yerləşdirilən “Urdaneta – ArmSat1” peykinin parametrlərinə baxdıqda isə təəccüblənməmək mümkün deyil.
İlin-günün bu vaxtında 1.65 metr ayırdetmə parametrinə məxsus peyk hazırlamaq absurddur.
Anlaşıqlı olaraq bu o deməkdir ki, peykin iSIM-90 kamerasının yerə göndərdiyi fotolarda, hansısa obyektin və ya hədəfin 1.65 metri təsvirdə 1 nöqtə (piksel) olaraq görünəcək.
Xatırlayıram ki, hətta 1 metr ayırdetmə qabiliyyəti 2000-ci illərin əvvəllərinə məxsus olub.
Ayırdetmədə hətta 1 sm də mühüm əhəmiyyət kəsb edir.
Hansı ki, məhz bununla, piksellərin sayı ilə, yerə ötürülən təsvirin, anlaşıqlı desək, tank yoxsa avtomobil olduğunu müəyyən etmək olar.
Azərbaycana məxsus, az qala 10 il bundan öncə hazırlanan “AzerSky” peykinin ayırdetməsi isə 1.5 metrdir.
İndiki zamanda hazırlanan bu tip müşahidə peyklərinin ayırdetməsi isə təxminən 10-15 sm-dir. “Google” xəritələrində isə bu parametr təxminən 15 sm-dək dəyişə bilir.
Beləliklə, Paşinyanın Ermənistana məxsus olduğu bildirilən peyk, əslində İspaniyaya məxsusdur, Ermənistan sadəcə onu icarəyə götürüb və hərbi məqsədlər üçün istifadəsi də ağlabatan deyil.
Güman etmək olar ki, Ermənistan bu peykdən məhz hazırda Ermənistan – Azərbaycan sərhədində aparılan delimitasiya işlərində istifadə etmək niyyətindədir.
Ermənistanın nə dərəcədə bundan bəhrələnə biləcəyini isə zaman göstərəcək.
Cəmi 5 il ömrü olduğu bildirilən, 15 kq çəkisi olan bu tip peyklərin çox az bir vəsait (bir neçə yüz min dollar) xərcləməklə hazırlamaq mümkün olsa da, Ermənistanın buna 5 milyon dollar xərcləməsi də ciddi narazılıq yaradıb.
Heç bir beynəlxalq peyk qurumlarında adı getmədən, heç bir peyk idarəetmə mərkəzinə malik olmadan Paşinyanın bu cür açıqlama verməsini isə erməni mediası “Ermənistan da kosmos ailəsinin üzvüdür” demək üçün edildiyini yazırlar.