“İkiüzlü, rədd ol!”
Anım mərasiminə qatılan Merz etirazla qarşılandı
23:15 | 12 iyun 2022 | Bazar
Məqaləyə 638 dəfə baxılıb
Şriftin ölçüsü
Anım mərasiminə qatılan Merz etirazla qarşılandı
Almaniya kanslerinin Ukrayna haqda danışarkən səsi titrədi
... Əslində Ukraynanın suverenliyinə və Avropanın isə təhlükəsizliyinə strateji təhdiddir
Təəssüf ki, başqa yol görünmür...
Maddi dəyəri 10 min avro idi
Harvard məzunu Dmitriyevin adı seçkilərə müdaxilə hesabatında da keçir
Əks halda ABŞ Rusiyanı “terrorun təşkilatçısı olan dövlət” elan edəcək
Avropadan Trampa sitəm: “Putinin nazıyla çox oynayırsan ha, ...”
Almaniyada şəriət qanunları – molla kəbini ilə evlilik, din məhkəməsi
Ukraynanın İsveçdən almağa hazırlaşdığı 150 hərbi təyyarənin özəllikləri
... Ukrayna 2000 km aralıdakı zavodu vurdu
USQ Rusiyadakı strateji kimya zavodunu “Storm Shadow” ilə hədəf aldı
Zelenski: “Lazımi sayda “Patriot” raketlərini təmin etmək üçün ABŞ ilə birgə çalışırıq”
Avropanın mərkəzində müharibə qorxusu
Ukrayna ordusunda çinlilər də döyüşür
Məzar daşları dağıdıldı
Almaniya İspaniyanın Almaniya istehsalı olan “Leopard 2A4” tanklarını Ukrayna Silahlı Qüvvələrinə təhvil vermək niyyətini bəyənməyib. Bu barədə Almaniya mətbuatı mənbələrə istinadən məlumat yayıb. Əgər Berlin Madridin qərarı ilə razılaşsaydı, bu NATO ölkələrinin Ukraynaya Qərb istehsalı olan nisbətən müasir tankları verə biləcəkdi.
İspaniya 1990-cı illərdə istehsal olunmuş 40 Alman “Leopard” tankını Ukrayna Silahlı Qüvvələrinə təhvil verməyi planlaşdırırdı.
Məlumata görə, əslində qəbul edilmiş beynəlxalq qaydalara görə, İspanya bu məsələdə ilk olaraq qərarını tank istehsalçısı olan ölkə ilə - Almaniya ilə əlaqələndirməli idi.
Almaniyanın “Business İnsider” nəşrinə görə, İspaniya hökuməti hətta planlarına və Almaniya kansleri Olaf Şoltsun narahatlığına görə Almaniyadan üzr istəyib.
Əvvəllər İspaniya əksər NATO ölkələri kimi Ukraynanı yalnız yüngül silah və sursatla təmin edirdi. Artıq 500-ə yaxın ispan hərbçisi NATO-nun Latviyadakı bazasında İspaniyaya məxsus “Leopard” tanklarının təmiri, həmçinin Ukrayna tankistlərinə təlimlərin keçirilməsi nəzərdə tutulurdu.
Beynəlxalq mediası dəfələrlə yazıb ki, rəsmi açıqlamaların olmamasına baxmayaraq, NATO ölkələri arasında Ukraynaya ağır hücum silahları və Qərb istehsalı olan zirehli texnika göndərməməklə bağlı gizli razılaşma var.
Rusiya fevralın 24-də Ukraynaya hücum edib. Bu müddət ərzində ölkənin bir sıra şəhər və qəsəbələri dağıdılıb, minlərə adam həlak olub, milyonlarla insan ölkədən qaçqın düşüb.
Beynəlxalq aləm Rusiyanın bu addımını pisləyir və qoşunlarını Ukraynadan çıxarmağa çağırır.
Rəsmi Moskva isə qonşu Ukraynaya qarşı apardığı müharibəni “xüsusi hərbi əməliyyat” adlandırır. Bundan başqa “müharibə” sözündən istifadə edənlər, “müharibəyə yox” deyənlər, o cümlədən Rusiya müdafiə nazirliyinin rəsmi məlumatlarından fərqli xəbərlər verən fərdlər və KİV-lər cəzalandırılır.