ABŞ təyyarəsi Pakistana endi
“Danışıqlar hərbi bazada keçirilə bilər”
10:36 | 11 iyun 2013 | Çərşənbə axşamı
Məqaləyə 2082 dəfə baxılıb
Şriftin ölçüsü
“Danışıqlar hərbi bazada keçirilə bilər”
İsrail Baş qərargah rəisi əməliyyatların Livan ərazisinin dərinliklərində aparılacağını dedi
Telefon danışığından sonra 10 dəqiqə ərzində 100 hədəf vuruldu
İran keçidləri bağladı, 800 gəmi blokadada qaldı
Tehran İslamabada nümayəndə heyəti göndərilməsi xəbərlərini təkzib etdi
Qara qızıl bazarında nadir rast gəlinən hadisə yaşandı
Tehran sanksiya siyahısına düşən Çin bankı ilə iş birliyinə girib
Terrorçuların lideri və qardaşı oğlunun öldürülməsi xəbəri yayıldı
İranın pis günləri bitdi, daha betəri başlayır
Körpünün uçması nəticəsində ölənin bir hissəsi ilə əlaqə qırıldı
Tramp-Rutte zirvə görüşündə NATO böhranı
Ağ Ev: “İranın 10 maddəlik planı qəbul edilməyib”
“İndiyə qədər görünməmiş miqyasda cavab veriləcək”
Hörmüz boğazındakı sakitlik uzun sürmədi
Yaxud İranı beynəlxalq daşımalardan çıxarmaq istəyi
İran müharibəsindən sonra Milan Dubayın təhlükəsiz liman imicini ələ keçirir
İyunun 14-də İranda növbəti prezident seçkiləri keçiriləcək. İran qanunlarına görə, seçkilərə 24 saat qalmış, yəni iyunun 13-də təbliğat kampaniyası başa çatacaq. Qeyd edək ki, iyunun 14-də İranda 11-ci prezident və 4-cü şəhər və kəndlər şuralarına seçkilər keçiriləcək. İran dövlət radiosunun məlumatına görə, artıq seçkilərə hazırlıq başa çatıb, İran ərazisində və xarici ölkələrdə seçki qərargahları hazır vəziyyətə gətirilib.
Qeyd edək ki, təxminən bir ay ərzində prezidentliyə namizədlər ölkə ərazisində görüşlər keçiriblər. Eyni zamanda namizədlər arasında televiziya debatı təşkil olunub. Qeyd edək ki, İranda prezident seçkilərində 8 namizəd - Qulam Əli Həddad Adil, Səid Cəlili, Möhsün Rzayi, Həsən Ruhani, Məhəmməd Rza Arif, Məhəmməd Baqir Qalibaf, Məhəmməd Qərazi və Əli Əkbər Vilayəti - iştirak edəcək. Müşahidəçilərə görə, islahatçıların əsas namizədi hesab olunan keçmiş prezident Haşimi Rəfsəncaninin namizədliyi qeydə alınmadıqdan sonra favorit “mühafizəkar” qanadın nümayəndələridir. Xüsusən də keçmiş spiker Həddad Adil, Tehran meri M.Qalibaf və ali dini liderin müşaviri Ə.Vilayəti bir neçə ay əvvəl 2+1 koalisiyası yaradıblar və onlar əsas namizəd hesab olunurdu. Ancaq ötən gün Qulaməli Həddad Adil öz namizədliyini geri götürdüyünü bəyan edib. Mediaforum.az saytının yazdığına görə, bununla bağlı yaydığı açıqlamada Q.Həddad Adil bu addımını mühafizəkarların namizədinin qalib gəlməsi naminə atdığını bildirib. Qeyd edək ki, hazırkı şanslı namizəd siyahısında sadalanan şəxslərlə yanaşı, İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Səid Cəlili də seçkilərin şanslı namizədlərindən biri hesab olunur.
Bazar günü İran parlamentinin sədri Əli Laricani Qum şəhərində Əimmeyi Əthar (Pak İmamlar) Fiqh mərkəzində keçirilən İran şəhər-kənd şuraları seçkiləri ilə bağlı keçirilən tədbirdə çıxışı zamanı seçkilərin dini demokratiyanın əsas sütunu olduğunu bildirib. “Farsnews” agentliyinin xəbərində deyilir ki, Ə.Laricani ədalətli seçkilərin dövlətin etibarını daha da yüksəltdiyini bildirib. Xatırladaq ki, İranda 2009-cu ildə keçirilən seçkilər ölkədə etiraz dalğalarına səbəb olub və bir çoxları seçkilərin nəticələrini şübhə altına alıb. Bu baxımdan bir sıra ekspertlərə görə, budəfəki seçkilərdə mümkün qədər “problemsiz”, iğtişaşlara səbəb olmayacaq namizədlər qeydiyyata alınıb. Əsas namizədlər isə daha çox mühafizəkar adlandırılan ali dini liderə yaxın camiənin nümayəndələridir. Bu arada sabiq prezident, namizədliyi qeydiyyata alınmayan H.Rəfsəncaninin qızı Faizə Haşimi jurnalistlərə açıqlamasında atasının prezidentliyə namizədliyinin qeydə alınmamasının siyasi qərar nəticəsində olduğunu deyib.
Qeyd edək ki, bugünlərdə İran İslam Respublikasının Bakıdakı səfirliyi Azərbaycan Respublikasında yaşayan və ölkəyə səfər edən iranlıların prezident seçkisində iştirakını təmin etməyə hazır olduğunu bildirib. Səfirliyin rəsmi açıqlamasında deyilir ki, Azərbaycan Respublikasında yaşayan iranlılar iyunun 14-ü saat 8-dən 18-ə qədər səfirliyin ikinci korpusunda (Konsulluq şöbəsi - Bakı, Şərifzadə küçəsi, 17) səs verə bilər. Səsvermə üçün pasport və ya kimlik lazımdır.
Yeri gəlmişkən, son günlərdə seçkilərlə əlaqədar İranla Azərbaycan sərhədinin müvəqqəti olaraq bağlanacağı və ya viza rejiminin tətbiq olunacağı haqda məlumatlar yayılıb. Məlumatlarda iyunun 20-dək viza rejiminin tətbiq olunacağı, eyni zamanda seçki günlərində, yəni iyunun 13 və 14-də sərhədin bağlanacağı bildirilir. Ötən gün İran səfirliyindən bildirdilər ki, yayılan məlumatlarla bağlı səfirlikdə hər hansı məlumat yoxdur, eyni zamanda səfirlik sərhədlərin bağlanıb-bağlanmayacağı ilə əlaqədar İran XİN-ə sorğu göndərib.