Ukraynadan Rusiyaya NATO raketləri
USQ Rusiyadakı strateji kimya zavodunu “Storm Shadow” ilə hədəf aldı
15:54 | 22 iyun 2022 | Çərşənbə
Məqaləyə 1159 dəfə baxılıb
Şriftin ölçüsü
USQ Rusiyadakı strateji kimya zavodunu “Storm Shadow” ilə hədəf aldı
Zelenski: “Lazımi sayda “Patriot” raketlərini təmin etmək üçün ABŞ ilə birgə çalışırıq”
Kremli bir ildə üç dəfə məğlub edən siyasətçi
Putinin Moldova ümidləri puç oldu
ABŞ Hindistan mallarına tarif tətbiq etdi
İngilislər ABŞ prezidentinə təsir etməyin ən rahat yolunu açıqladı
Zelenski Trump-Putin görüşünə Kiyevsiz hər hansı razılaşmanı rədd edir
Vaşinqtonun Yeni Dehliyə gömrük faizi 50-yə yüksəldi
“Saky” bazası hədəfə alındı, bombardman təyyarələri vuruldu
“Müharibənin əvvəlində bizi Rusiya nefti almağa təşviq edirdi”
Görəsən, onun zəifləməkdə məqsədi nədir?”
Almaniyaya təhdid, Ukraynada irəliləyiş
Avropa Birliyi liderləri Si Cinpinin açıqlamalarına sərt cavab verdi
Vaşinqton Ukraynaya 322 milyon dollarlıq silah satışına razılıq verdi
ABŞ Ukraynaya zirehli texnika və raket sistemləri göndəriləcək
Azərbaycan və Rusiya münasibətlərindəki böhran hara gedir?!
Rusiyalı müxalif siyasətçi Aleksey Navalının qızı onun keçən həftə daha ağır rejimli həbsxanaya köçürülməsindən sonra atasının vəziyyətindən narahat olduğunu bildirir. Darya Navalnaya iyunun 20-də ABŞ-ın CNN telekanalına deyib ki, atasının köçürüldüyü həbsxanadakı şərait adi həbsxanadan çox fərqlidir.
“Bu, Rusiyada məhbuslara işgəncə verilməsi, eləcə də qətl halları ilə tanınan ən təhlükəli və yüksək təhlükəsizlik sisteminə malik həbsxanalarından biridir”, – deyə, Darya Navalnaya bildirib. “Bu təbii ki, narahatedici məqamdır, çünki o, 2020-ci ildə onu öldürməyə cəhd edən eyni insanlarla və eyni hökumətlə təkbətək qalıb”, – o əlavə edib.
O həmçinin deyib ki, atası üçün “həbsxana daxilində həbsxana” yaradılması məqsədilə onun olduğu bölmə əlavə qoruyucu çəpərlə əhatələnib.
“Onu heç yerə buraxmırlar. İnsanların onunla ünsiyyət qurmasına icazə verilmir və bu cür təcrid həqiqətən hər kəs üçün sırf psixoloji işgəncədir”, – deyə Darya bildirib.
Darya Navalnaya həmçinin deyib ki, Rusiya prezidenti Vladimir Putin “onun danışmasını istəmir” və “hökumətinin korrupsiyaya uğradığını hamının bilməsini istəmir”.
Kremlin ən kəskin tənqidçilərindən olan Aleksey Navalnı iyunun 14-də Moskvadan təxminən 250 kilometr şərqdə yerləşən Melexovo şəhərindəki 6 saylı İslah Koloniyasına köçürülüb.
Moskva Şəhər Məhkəməsi may ayında ona qarşı qaldırılmış yeni mənimsəmə və hörmətsizlik ittihamları ilə doqquz il həbs cəzasının ləğv olunması ilə əlaqədar qaldırılan apellyasiya şikayətini rədd etdikdən sonra Navalnının daha ağır şərtləri olan həbsxanaya köçürüləcəyi gözlənilirdi.
46 yaşlı siyasətçi 2021-ci ilin yanvar ayında Avropa laboratoriyalarının sovet tipli sinir agenti Noviçok kimi müəyyən etdiyi maddə ilə zəhərləndikdən sonra müalicə aldığı Almaniyadan Moskvaya gəldiyi zaman həbs edilib. Navalnı onun zəhərlənməsinə görə Putini günahlandırıb. Kreml isə hücumda hər hansı əli olduğunu inkar edib.
Navalnı xaricdə müalicə olduğu müddətdə məhkəmə tərəfindən öncə təyin olunmuş şərti azadlığa buraxılma şərtlərini pozduğuna görə 2,5 il həbs cəzasına məhkum edilib. O, Melehovoya köçürülməzdən əvvəl həbs müddətini Pokrovda ciddi rejimli koloniyada keçirib.
Navalnı və tərəfdarları ona qarşı irəli sürülən bütün ittihamları rədd edərək, onları siyasi motivli adlandırıblar.