
Mehtər əcdadın şah oğlu?
“Doğma liman” pərdəsi altında gizlənən Türk imperiyası qırıntısı
“Doğma liman” pərdəsi altında gizlənən Türk imperiyası qırıntısı
Məsud Pezeşkianla Ayətullah Xameneyinin fərqi
Pezeşkian türk adlarına qadağa ilə bağlı əmr verdi
İran azərbaycanlı siyasilərin sayının azalmasının səbəbləri
Urmiya gölü – unudulan güzgü, xatırlanan vicdan
Yaponiyanın ayırdığı 7,8 milyon dollar hara xərclənib
Urmiya gölünün xilası üçün Azərbaycan Respublikası və Türkiyədən yardım istəmək lazımdır
Urmiya gölünün tamamilə qurumasının fəsadları
“Ocaq”ın yeni mənası
Güney Azərbaycan Milli Azadlıq Cəbhəsinin açıqlaması
Hakimiyyət boşluğu şəraitində Güney Azərbaycan Milli Qurtuluş Hərəkatının əsas vəzifələr
Milli iradəsini ortaya qoyan millət boyunduruq altında yaşamaz
... və İran-Azərbaycan münasibəti haqqında
Qeyri-farsları şəxsiyyətsizləşdirməklə rejimə nökərçilik edənlər
“Azərbaycan, Türkiyə və Güneydəki türklər bir yerdə olsa, bir ovuc fars nə edə bilər?”
Azərbaycan türkcəsi – üç prezidentin ortaq nöqtəsi
Rəsmi dövlət agentliyi İRNA Təbriz millət vəkili Ruhulla Mütəfəkkir Azada istinadən İran Parlamentində Urmiya gölü adına xərclənən pulların araşdırılacağına bildirib.
Urmiya gölü adına xərclənən pulların araşdırılacağına dair xəbərlər bundan əvvəl də yayılmışdı. İRNA agentliyi Güney Azərbaycanda müxtəlif qruplar tərəfindən diqqətləri Urmiya gölü ətrafında yaşanan ekoloji faciəyə yönəltmək məqsədilə geniş bir kampaniya başladılmasının ardınca bu xəbəri yenidən gündəmə gətirib.
Dövlət agentliyinə danışan mühafizəkar millət vəkili Ruhulla Mütəfəkkir Azadın bildirdiyinə görə, prezident Ruhani dönəmində təsis edilmiş Urmiya Gölünü Canlandırma Mərkəzinin “fəaliyyətləri və xərcləmələrini” araşdırmaq üçün qanun layihəsi parlamentin açıq iclasında səsə qoyulacaq.
“Urmiya Gölünü Canlandırma Mərkəzi tərəfindən gölü canlandırmaq məqsədilə milyardlar tümən pul xərcləndi, ancaq bu gün bu xərclərdən elə bir nəticə görmürük”, – millət vəkili bildirib.
Mütəfəkkir Azadın dediklərinə görə, “Urmiya gölünün quruması bölgə əhalisinin ciddi qayğısı olub. Urmiya gölünün quruması gölün ətrafındakı vilayətlər və şəhərlərdən daha uzaq bölgələrə də təsir edəcək. Çünki, Təbrizdən Tehranın yaxınlarına qədər 14 milyon insan duz fırtınalarından amanda olmayacaq”.
Mühafizəkar siyasətçilər Urmiya gölünü canlandırma layihələrinin uğursuz olması ilə bağlı sabiq prezident Həsən Ruhaninin kabinetini günahlandırırlar. Həsən Ruhani dönəmində də islahatçı və mötədil siyasətçilər prezident Əhmədinejad dönəmində gölü canlandırmaq yönündə cəhdlərin olmadığını önə çəkirdilər.
Sosial media istifadəçiləri, siyasi fəallar və ətraf mühit müdafiəçiləri daxil olmaqla, müxtəlif qruplar bir neçə gün öncədən geniş bir kampaniya başladaraq diqqətləri Urmiya gölü ətrafında yaşanan ekoloji faciəyə yönəltməyə çalışırlar.
Universitet professoru və İran ətraf mühit mühafizəsi təşkilatının keçmiş başqan müavini İsmayıl Kəhromun sözlərinə görə, Urmiya gölü qurusa, altı ilə səkkiz şəhərin duz qatları altında qalaraq bütünlüklə məhv olacağı təxmin edilir.