Rusiya gəmisinin kapitanı həbs olundu
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
10:01 | 13 iyul 2022 | Çərşənbə
Məqaləyə 1239 dəfə baxılıb
Şriftin ölçüsü
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Dövlət hesabına mühafizə və imtiyazlar cəmiyyət tərəfindən müzakirə olunur
100 milyardlıq layihənin ləğvi Avropanın müdafiə planlarına zərbə vurdu
Rusiya trilyon dollardan çox itki verib
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Kreml Cənubi Qafqazdan Mərkəzi Asiyaya qədər olan nüfuzunu qaytarmağa çalışır
Ermənistanda qutudan kim çıxacaq ...
Almaniya BMT Təhlükəsizlik Şurasına seçilə bilmədi
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
Kremlə gözlənilməz zərbə
“Brent” 100 dollara yaxınlaşdı
Müharibə xərcləri ölkəni iflasa aparır
Belqrad 2026-cı ilin sonunadək vizasız rejimi ləğv edə bilər
Almaniya avqustun 1-dən Rusiyadan kömür, dekabrın 31-dən isə neft almağı dayandıracaq. Bu ölkə Moskvanın Ukraynanı işğal qərarından sonra Rusiyadan enerji asılılığına son qoymağa çalışır.
İndiyədək Almaniyanın istifadə etdiyi kömürün 40, neftin də 40 faizini Rusiya verib. Bunu Maliyyə nazirinin müavini Corq Kukis iyulun 13-də Sidney Enerji Forumunda deyib. Forumu Avstraliya hökuməti və Beynəlxalq Enerji Agentliyi təşkil edib.
***
“Sovet imperiyasının Şərqi Avropa üzərində aləti olan Drujba neft kəmərinin tarixini hər kəs bilir. Bu asılılıqdan qurtulmaq xırda məsələ deyil, ancaq bir neçə aya buna nail olacağıq”, – Kukies vurğulayıb.
Onun sözlərinə görə, qarşıda duran əsas problem Almaniya və Avropa İttifaqı Rusiya təchizatından qurtulandan sonra qaz təchizatında yaranacaq nəhəng boşluğu doldurmaq olacaq. Hazırda ilə 158 milyard kubmetrlik qaz təchizatından söhbət gedir.
Almaniya boşluğu doldurmaq üçün mayeləşdirilmiş təbii qaz (LNG) idxal terminallarını inkişaf etdirir.
Kukies deyib ki, ABŞ və Qətər birlikdə Avropaya 30 milyard kubmetr LNG verə bilərlər, ancaq yenə də təchizatda böyük boşluq qalacaq.
“Biz sadəcə, bu problemin yox olacağına ümid edə bilmərik”, – Kukiez söyləyib.
***
Birləşmiş Ştatlar və Böyük Yeddilik (G7) Rusiyanın Ukraynada apardığı müharibənin maliyyə mənbəyini kəsməyə çalışır. Onlar həm neftin və benzinin qiymətini aşağı salmağın yollarını axtarır, həm də Rusiyadan neft alışı üçün qiymət həddi qoymaq istəyirlər.
ABŞ-ın Maliyyə naziri Canet Yellen Hind və Sakit okean hövzəsi ölkələrini gəzərək bu təklifə lobbiçilik edir. İyulun 12-də Yellen və yaponiyalı həmkarı Suzuki Şuniçi Tokioda deyiblər ki, iki ölkə “uyğun olan yerdə qiymət həddini mümkünlüyünü” araşdırmağa razılaşıblar.
G7-nin təklifi belədir ki, maliyyə xidmətləri, sığorta və neft daşımaları qiymət həddi ilə əlaqələndirilsin. Nefti daşıyan, yaxud onun idxalçısı yalnız Rusiya nefti üçün maksimum qiymət qoymağa razılaşdığı halda bu xidmətlərə çıxışı olsun.