3 qonşunun 4 tərəfdən hücumu
Bu müharibədə silah məlumat, müdafiə isə milli şüurdur
19:03 | 13 iyul 2022 | Çərşənbə
Məqaləyə 984 dəfə baxılıb
Şriftin ölçüsü
Bu müharibədə silah məlumat, müdafiə isə milli şüurdur
Bir çox tarixi faciələrdə rusun adını pozub ...
Ermənistan baş naziri ilə mətbuat katibi 24 saat fərqlə bir-birini təkzib etdi
Müstəqillik dövründə ilk dəfə ...
Azərbaycan Ermənistanla ticarət tranzitinə qoyulan məhdudiyyətləri aradan qaldırdı
Məzar daşları dağıdıldı
... Cənubi Qafqazda sabitliyə təhdid
ŞKTC parlamenti “iki dövlətli həll” qərarını qəbul etdi
Bu ticarətin Paris-Ankara münasibətlərinə təsiri olacaqmı?
Yeni ünvan seçimləri arasında İstanbul da var
Türkiyənin Rusiya enerjisindən imtina etməsi ehtimalına Moskvadan cavab
Avropada yaşayan türklərin mövsümü rekordu
Qərb və yəhudi bankirlər, yoxsa ...
Yaxud Cənubi Qafqazın yeni parametrlərinə hazırlıq
Zəngəzur dəhlizinin praktiki müstəvidə icrasına qədər detallar açıqlanmaya bilər
ABŞ-dan türklərə misli görünməmiş xəbərdarlıq
44 günlük müharibə tək bölgədə vəziyyəti kökündən dəyişib, beynəlxalq ədaləti bərpa etmədi, eyni zamanda region dövlətlərinin hər biri üçün gələcəyə, inkişafa geniş imkanlar açdı ki, bu da özlüyündə bütünlükdə qitə, dünya üçün uzun illərdir mümkünsüz görünən layihələrin reallaşması baxımından olduqca böyük əhəmiyyətə malik oldu.
Vətən müharibəsi o müharibələrdən oldu ki, bölgədə, regionda uzunmüddətli sülh üçün yeni imkanlar açdı. Hətta məsələ o yerə çatdı ki, Ermənistanda günü bu gün də düşmən ölkə olaraq bütün təhsil-tədris müəssisələrində uşaqlara, yeniyetmələrə aşılanan Türkiyə ilə də münasibətləri normallaşdırmaq, sərhədləri açmaq məsələsi günümüzün ən aktual mövzularından birinə çevrilib.
Ermənistanın baş naziri Nikol Paşinyan ilə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın telefon danışığı bu deyilənlərin bariz nümunəsidir. İki ölkə lideri arasında təmasların yaxın perspektivdə baş tutmadığını nəzərə alsaq, Azərbaycanın dünya üçün nə qədər önəmli aktora çevrildiyini, nəhəng dövlətlərin bacara bilmədiyini bacardığını görürük.
Bu telefon danışığı zamanı Paşinyan Ərdoğanı Qurban bayramı münasibətilə, Türkiyə Prezidenti Ermənistanın baş nazirini isə qarşıdan gələn Vardavar münasibətilə təbrik edib. Liderlər ölkələri arasında münasibətlərin nizamlanması üçün ikitərəfli prosesinin vacibliyini vurğulayaraq, ölkələrinin xüsusi nümayəndələrinin 1 iyul görüşündə əldə olunan razılaşmaların tezliklə həyata keçiriləcəyinə ümidlərini ifadə ediblər.
Təbii ki, bu, Türkiyə və Ermənistan liderləri arasında ilk belə təmas deyil. Amma müharibədən sonrakı təmaslar köhnələrdən fərqlənir. Dövlət başçıları arasındakı dialoqdan belə məlum olur ki, iki ölkə arasında təmaslar sərhədlərin açılmasında maraqlıdır. Ancaq onu da əlavə edək ki, Ərdoğanla Paşinyan arasında ilk dəfə telefon danışığı gerçəkləşib.
Burada ən diqqətçəkən məqam isə ondan ibarətdir ki, qalmaqallı Sürix protokollarından sonra sözügedən telefon danışığı Türkiyə və Ermənistan liderlərinin ilk rəsmi təmasıdır və 13 il öncəkindən fərqli olaraq, indi münasibətlər Bakının maraqları-istəkləri fonunda baş tutur.
Bu gün Bakı və Ankara bölgədə elə bir yeni geosiyasi vəziyyət yaradıblar ki, hər iki ölkə İrəvanla vasitəçi olmadan dialoq aparır. Bu danışıqların əsas vəzifəsi Ermənistanı keçmiş ritorikasından uzaqlaşdırmaqla sülh müqaviləsinin imzalanması məsələsini ən qısa zamanda həll etməkdir.
Paşinyan əlinin içi kimi bilir ki, Azərbaycan və Türkiyənin iştirakı və icazəsi olmadan Ermənistan nəinki iqtisadi və sosial yoxsulluqdan çıxa bilməyəcək, üstəlik Avropaya tək qapısı, Türkiyə qapısı qeyri-müəyyən tarixə qədər bağlı qala bilər.
Bu baxımdan İrəvan da istəyir ki, Türkiyə ilə təmaslar məntiqi nəticəsini tapsın. Proseslər və ehtimallar deməyə əsas verir ki, yaxın vaxtlarda Ərdoğan və Paşinyan arasında üzbəüz görüş də keçirilə bilər. Telefon danışığı həm də o görüşə, bir növ, hazırlıq xarakteri daşıyır.
Xüsusilə də 44 günlük müharibənin bitdiyi dövrdən geridə qalan son ilyarım ərzində Bakı ilə Ankaranın qərarlarında sinxronluğun müşahidə edilməsi deməyə əsas verir ki, İrəvan da yaxşı anlayır ki, Türkiyə ilə münasibətlərin tənzimlənməsi məsələsində Azərbaycan faktoru həlledicidir.
Bakı və Ankara Paşinyana başqa çıxış yolu qoymayıb. O, yaxşı bilir ki, əks halda Ermənistan 44 günlük müharibənin şokunu üzərindən atmamış növbəti zərbəni ala bilər. onu yeni müharibə gözləyir. Xüsusilə də Azərbaycanla sərhəddə Ermənistan tərəfinin törətdiyi son təxribatlar, revanşistlərin səsləndirdikləri sərsəm bəyanatlar yeni hərbi əməliyyat ehtimalını daha da artırır. Bu məntiqdən yola çıxsaq, deyə bilərik ki, İrəvanın qərar vermək üçün bir neçə həftəsi var.