İran yenə hədələdi
SEPAH generalı yeni müqavimət cəbhəsindən danışdı
08:12 | 14 iyul 2022 | Cümə axşamı
Məqaləyə 1056 dəfə baxılıb
Şriftin ölçüsü
SEPAH generalı yeni müqavimət cəbhəsindən danışdı
Trampdan Netanyahuya xəbərdarlıq
Şiraz hava limanında uçuşlar dayandırıldı
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
İran mediası ABŞ ilə gözlənilən sazişi təkzib etdi
Hörmüz boğazı ilə bağlı xüsusi maddə var
Hörmüz boğazında gərginlik yenidən artır
Qiymətlər sürətlə bahalaşır
11 insan haqları təşkilatından ibarət qrup Belçikaya müraciət edərək İranla bağlamağa hazırlaşdığı qarşılıqlı məhbus mübadiləsi sazişini ləğv etməyə çağırıb. Sözü gedən qrupun Belçika parlamentinə ünvanlanmış birgə bəyanatında deyilir ki, bu saziş məhkum edilmiş bir terrorçunun azad olunmasına və “İranın girovgötürmə praktikasının leqallaşmasına” yol aça bilər.
Qrup iddia edir ki, sözü gedən saziş Belçikanın və Avropa İttifaqının terrorçuların cavabdehliyinin təminatına dair öhdəliklərinə ziddir.
Belçikada çıxan “De Morgen” qəzeti yazır ki, bu saziş Brüssel Universitetinin professoru, ikili İran-İsveç vətəndaşlığı olan və 2016-cı ildən casusluğa görə məhkum edilərək İran həbsxanasında saxlanan Əhmədrza Cəlalinin və İranda casusluq ittihamı ilə həbsdə olan belçikalı humanitar yardım işçisi Olivier Vandekastilin azad olunmasına yol aça bilər.
***
İran isə öz növbəsində Belçikada 2021-ci ildə terror ittihamı ilə 20 il azadlıqdan məhrum edilmiş Əsədulla Əssadinin həbsxanadan buraxılmasını istəyir.
O İranın mühacir Milli Müqavimət Şurasının 2018-ci ildə Paris yaxınlığında keçirilən mitinqində bomba partlayışı planlaşdırdığına görə məhkum edilib. Milli Müqavimət Şurası İranda qadağan edilmiş Mücahedine-Xəlq təşkilatının siyasi qanadıdır. Mücahedine-Xəlq İran hakimiyyətinin devrilməsi üçün silahlı mübarizə aparır.
Belçika parlamentinin aşağı palatasının Xarici Əlaqələr Komitəsi iki gün ərzində keçirilən debatlardan sonra, iyulun 6-da sözü gedən sazişin imzalanmasına razılıq verib. Buna baxmayaraq bu qərar 150 üzvü olan parlament tərəfindən səsvermə ilə qəbul edilməlidir.
Belçika reallığında parlament adətən parlament komitəsinin qərarlarına səs verir. Sözü gedən 11 təşkilatın arasında Əbdürrəhman Borumənd Fondu, Syamək Purzənd Fondu, İran İnsan Haqları Səndələşdirmə Mərkəzi və Kürdüstan İnsan Haqları Şəbəkəsi də var. Onlar xəbərdarlıq ediblər ki, Belçika “insan həyatından alət kimi istifadə olunmasına” yol verməməlidir.