Ukraynalı uşaqlar qaytarılmalıdır
Əks halda ABŞ Rusiyanı “terrorun təşkilatçısı olan dövlət” elan edəcək
11:39 | 27 mart 2014 | Cümə axşamı
Məqaləyə 1597 dəfə baxılıb
Şriftin ölçüsü
Əks halda ABŞ Rusiyanı “terrorun təşkilatçısı olan dövlət” elan edəcək
Avropadan Trampa sitəm: “Putinin nazıyla çox oynayırsan ha, ...”
Ukraynanın İsveçdən almağa hazırlaşdığı 150 hərbi təyyarənin özəllikləri
... Ukrayna 2000 km aralıdakı zavodu vurdu
USQ Rusiyadakı strateji kimya zavodunu “Storm Shadow” ilə hədəf aldı
Zelenski: “Lazımi sayda “Patriot” raketlərini təmin etmək üçün ABŞ ilə birgə çalışırıq”
Ukrayna ordusunda çinlilər də döyüşür
Kremldən Trampa ironiyalı cavab: “Yaxınlaşma sıfır nəticə verdi”
Rusiya PUA-sı Rumıniyanın hava məkanını pozub
Polşa əsgərlərinə Ukraynada PUA təlimi
Rusiya PUA hücumu ilə Polşa ilə Ukrayna arasında gərginlikdə saxlamaq istəyir
Von der Leyen Rusiyaya yeni sanksiyalar və Ukrayna üçün kredit planını açıqladı
AB şərq qanadının təhlükəsizliyini gücləndirməyi planlaşdırır
Sərhədi keçən Rusiya PUA-ları vuruldu
Ukraynalı əsgərlər üç il sonra Rusiya işğalı altındakı xəstəxanadan azad edildi
“Dünyada savaş qaydaları çökür”
«Aİ yaxşı və müsbətə doğru dəyişikliyə yardım etmək üçün Ukraynadadır», - yüksək nümayəndə heyətinə sədrlik edən Avropa İttifaqı (Aİ) genişlənmə və qonşuluq siyasəti üzrə avrokomissar Ştefan Füle Kiyevdə çıxışı zamanı bildirib. Bu barədə «New Europe» xəbər portalı məlumat verib.
Qeyd edək ki, Ştefan Füle gələcəkdə Avropa ailəsinə qoşulacaq ölkə ilə prosesi sürətləndirmək məqsədilə Ukraynaya səfər edib.
«Səfərin məqsədi Avropa Komissiyasının prezidenti Joze Manuel Barrozu tərəfindən verilən vədi həyata keçirməkdir. Ötən həftə Aİ ilə Ukrayna arasında Assosiasiya Müqaviləsinin siyasi bəndlərinin imzalanmasından sonra təcili surətdə zəruri olan islahatlar üçün yardım vədi nəzərdə tutulur», - Füle deyib.
Xatırladaq ki, Krımın Rusiyaya birləşdirilməsinin ardınca ötən həftə Aİ və Ukrayna arasında Assosiasiya Müqaviləsinin siyasi fəsilləri imzalanıb.
O, bildirib ki, görüşlərdə haqqında danışılan və son iki gündə həyata keçirilən iki prinsip «iştirak» və «birlik»dir. Assosiasiya Müqaviləsinin tətbiq edilməsi üçün Ukraynanın hər bir hissəsinə çatmaq önəmlidir. Ali Rada və vətəndaş cəmiyyəti ilə dialoqu davam etdirmək islahatların həyata keçirilməsində mühüm rol oynayacaq. İkincisi, Aİ Ukraynaya dəstək məsələsində birləşib. Ukrayna da yekdil olmalıdır.
Füle izah edib ki, əsas diqqət iqtisadi, siyasi islahata yönəlib. Ukraynada sabitliyə ehtiyac var və Aİ buna bacardığı qədər dəstək olacaq.
«Siyasi islahatlar, iqtisadi yardım, ticarət, enerji, mobillik və digər məsələlərin təfsilatlarından danışmayacağam. Lakin özünüz görəcəksiniz ki, işimizin nəticəsində təkcə hökumət, digər maraqlı tərəflər, Avropa İttifaqı üçün deyil, həm də bütün ukraynalılar üçün sənəd şəffaf və ictimai olacaq. Biz də verdiyimiz vədə əməl etmiş olacağıq», - komissar deyib.