vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 5 oktyabr 2026
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Nəriman Nərimanov (1870 - 1925)

«Siz ata-babalarınızın müqəddəs yerlərinə o vaxt VƏTƏN deyə bilərsiniz ki, onun sahibi olasınız»

Nəriman Nərimanov (1870 - 1925)
REGİON  
«Ermənistan BMT-də rüsvay oldu» 21:22 | 28 mart 2014 | Cümə Məqaləyə 1851 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Ermənistan BMT-də rüsvay oldu»

«Avrointeqrasiya tabutuna sonuncu mismar da vuruldu»

MÖVZU İLƏ ƏLAQƏLİ

«BMT-də Ukrayna ilə bağlı Ermənistanın səsverməsi ölkənin avrointeqrasiyasının tabutuna vurulan sonuncu mismar oldu». Musavat.com-un erməni mediasına istinadən verdiyi məlumata görə, bunu Ermənistanın keçmiş xarici işlər naziri, deputat Aleksandr Arzumanyan deyib.

«Əgər sentyabra (Ermənistanın Gömrük İttifaqına qoşulduğu tarixə - red.) kimi ölkənin Rusiyaya doğru hərəkət eləməsinə şübhələr var idisə, BMT Baş Məclisində dünənki səsvermə bizim biabırçılığımız və rüsvayçılığımız oldu. Bütün müstəqil Ermənistan dövlətçiliyi tarixində belə bir şey hələ olmamışdı. Biz heç vaxt belə qul statusunda olmamışdıq», - deyə XİN-in sabiq rəhbəri söyləyib.

Arzumanyanki təəssüflə qeyd edib ki, Ukrayna Ermənistana öz səhvini düzəltməyə bir neçə dəfə imkan versə də, İrəvan bundan yararlanmayıb.